5 yaşlı Denis Rodikov mayın 18-də səhər saatlarında xəstəxanada vəfat edib.
Sonradan polis yeniyetmənin özünü Kiyevdə körpüdən atdığını müəyyənləşdirib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, 15 yaşlı Denisin valideynləri yaxınlarda koronavirusdan vəfat ediblər. Onların 12 uşağı qalıb. Ərlə-arvad ailə tipli uşaq evi yaradıblar və 5 bioloji, 7 götürülmüş uşaq böyüdüblər. Valideynləri rəhmətə gedəndən sonra yetkinlik yaşına çatan böyük qızları əri ilə yetkinlik yaşına çatmayan qardaş və bacılarını himayəyə götürmək qərarına gəlibmiş. /lent.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?