GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "1 manat rüşvətin olmadığı" gömrükdəki həbslər nəylə bağlıdır?

"1 manat rüşvətin olmadığı" gömrükdəki həbslər nəylə bağlıdır?

Tarix: 19-05-2021, 10:09 Bölmə :Cəmiyyət Baxış: 274


Dəfələrlə Dövlət Gömrük Komitəsinin fəaliyyətindəki saysız-hesabsız çatışmazlıqlar, bunun ümumilikdə iqtisadiyyatımıza, ölkənin sahibkarlıq və rəqabət mühitinə vurduğu ziyanlarla bağlı yazılar dərc etmişik.

Ayrı-ayrı iş adamlarının konkret rüşvət, süründürməçilik, inhisarçılıq faktlarına dair şikayətlərini, ölkə rəhbərliyinə müraciətlərini işıqlandırmışıq və hökumət başda olmaqla, müvafiq orqanlar tərəfindən bu faktların araşdırılmasını istəmişik. Hətta ölkə başçısı da elə DGK sədri Səfər Mehdiyevin iştirak etdiyi iclasların birində gömrük orqanlarının işini tənqid etmişdi. Ancaq bütün bunların demək olar ki, heç bir ciddi sayılacaq faydası olmadı və deyəsən, həbslər növbəsi DGK-ya da çatdı...

Əvəzində, son illər gömrük orqanlarının işində müsbətə doğru müəyyən addımlar atılsa da, ümumilikdə əsasən kosmetik dəyişikliklərin şahidi olmuşuq, mahiyyətsə dəyişməyib.

Sanki bu quruma rəhbərlik edənlər hər zaman iqtisadiyyata, sahibkarlığa münasibətin fəlsəfəsini, gömrüyün işgüzar mühitə saymazyana münasibətinin, burada yol verilən neqativ halların, bəzən talançılığa bərabər addımların ölkənin imicinə, onun iqtisadi və sosial mühitinə vurduğu ziyanı anlamaqda çətinlik çəkib və çəkir də...

“Mən tam məsuliyyətimlə bəyan edirəm ki, əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq... Biz şou düzəltmirik, sadəcə olaraq bəyan edirik ki, nə qədər ki, bu postdayıq, ilin 365 gününü gömrük sferasında korrupsiya ilə mübarizə aparacağıq...” Bunlar Səfər Mehdiyevin 2018-ci ildəki mətbuat konfranslarından birində söylədiyi bəzi fikirlərdir.


“Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb... Aparılan əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunan malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.


Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Toplanan sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir...”

Bu isə Baş Prokurorluğun yaydığı rəsmi məlumat əsasında dərc edilən xəbərdir.


Həmin məlumatdan belə aydın olur ki, S.Mehdiyev hələ 2018-ci ildə komitədə korrupsiyaya qarşı ciddi mübarizəylə bağlı “biz şou düzəltmirik” desə də, ötən illər ərzində bu sahədəki fəaliyyət elə şoudan başqa bir şey olmayıb. Korrupsiya da, rüşvət də öz yerindədir.

Məsələn, indi kimsə durub deyə bilərmi ki, DGK-nın əsas struktur vahidlərindən biri olan Bakı Baş Gömrük İdarəsində baş verənlərdən DGK sədrinin xəbəri olmayıb? Bir qədər sadəlövh səslənsə də, bu adam necə rəhbərdir ki, tabeçiliyindəki əsas idarələrdən birindəki rüşvət, korrupsiya faktlarından xəbərsizdir? Axı o, vaxtilə “1 manat rüşvət”in söhbətini edirdi. Axı, ən azından hörmətli generalın elə həmin Bakı Baş Gömrük İdarəsində çoxlu sayda qohum-əqrəbası, dost-tanışı işləyir. Onlardamı Mehdiyevə xəbər verməyiblər?...

Yeri gəlmişkən, ötən ilin sonlarında mətbuatda S.Mehdiyevin gömrük orqanlarındakı qohum-əqrəbasının siyahısı dərc edilmişdi. Çoxları bu siyahının tam olmadığını bildirsələr də, hətta burada göstərilənlər belə heyrət doğuracaq qədərdir. Adam əməlli-başlı ailə podratı yaradıb.

DGK sədri kimi fəaliyyəti barədə bir şey deyə bilməsək də, bir “nəsil ağsaqqalı” kimi işinin öhdəsindən tam gəldiyi şübhə doğurmur. Mətbuatdan götürdüyümüz həmin siyahını və oradakı qeydləri müdaxilə etmədən təqdim edirik:

1.Qaynı Tarquluyev İlham. DGK-da tikintilərə nəzarət edir. Saxta tenderləri "udur”.

2. Qaynı İlham Tarquliyevin kürəkəni Kamran. ER və DNBGİ-də baş inspektordur. Bütün “pullu işlərə” ancaq o baxır.

3. Köməkcisi Rəşad. Yaxın qohumudur.

4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum. Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. İki ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir.

5. Qaynı Tarquluyev Zeynal. “Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavinidir. “Qara kassa”ya o nəzarət edir. Gömrük İdarələri ətrafında ofislər açaraq, “lojistik xidmətlər” göstərir. Gömrükdə hər kəs həmin "xidmətə” yönəldilir.

6. Qardaşı oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində İnzibati idarəetmə şöbəsinin rəisidir.

7. Bacısı oğlu Fərman. Dövlət Gömrük Komitəsində Audit və Təhlil Baş İdarəsində Baş inspektordur. Bakı Baş Gömrük İdarəsində “Broker xidməti” acıb. İş adamlarına sövdələşmələrlə "güzəştlı” xidmət göstərir.

8. Bacısı oğlu Əli. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində Baş inspektor.

9. Bacısı oğlu Məhərrəm. Bakı Baş Gömrük İdarəsində Baş inspektor işləyir.

10. Qardaşının kürəkəni Sənan. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində Qiymətləndirmə şöbəsinin rəisidir. Respublikaya idxal edilən bütün avtomobillərə ağlına gələn qiyməti o yazdırır.

11. Baldızı oğlu Rəfail Niftəliyev. Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsində idarə rəisidir.

12. Bacısının kürəkəni Sahib. Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordur.

13. Bacısının kürəkəninin qardaşı Zaman. Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektorudur.

14. Bacısı oğlu Rövşən. Rəsmən Dövlət Gömrük Komitəsində İşləyir. Hec vaxt işə gəlmir. Kənarda bizneslə məşguldur.

15. Bacısının kürəkəni Vilayət. Dövlət Gömrük Komitəsində baş inspektordur.

16. Bacanağı Həsən. Dövlət Gömrük Komitəsinin Hospitalında işləyir.

17. Dostu Elman. Dövlət Gömrük Komitəsinin Hospitalında Baş həkimdir. Onun qardaşı Fərman gömrük zabiti olduğu halda, saxta dərman idxalına görə DTK tərəfindən həbs edilib.

18. Bacanağı Eldar. Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə “qara kassa”ya o nəzarət edir.

19. Bacanağı İlham. Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir.

20. Qardaşının kürəkəni Arif. 51 yaşında komitədə işə düzəlib. "Gömrük Orqanlarında Xidmət Haqqinda” Əsasnamənin ziddinə olaraq, onu 51 yaşında işə götürüblər...

S.Mehdiyevin rəsmən təkzib etmədiyi sözügedən siyahı olduqca uzundur və oradakı bütün adları dərc etmirik. Ancaq elə bu siyahının özü də kifayətdir ki, sözügedən qurumun fəaliyyəti, “kadr siyasəti” barədə dolğun təsəvvür yaransın. Bəs, bu adamlar gömrük orqanlarına necə doldurulub?

Məsələn, elə S.Mehdiyevin yerlilərindən biri, Nehrəmdən olan Hidayət Hüseyn oğlu Hüseynlinin mətbuatda dərc olunan şikayət məktubunda deyilir: “S.Mehdiyev savadsız qohum-əqrəbasını gömrük xidmətinə doldurub, qısa müddət ərzində onlara kapitan, mayor, polkovnik rütbəsi verdirib. Bacısının 3 kürəkəni, bacısı oğlu, qaynatası, bacanaqları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyir. Bunlar guya işə testlə qəbul ediliblər, ancaq heç vurma cədvəlini də bilmirlər...”

Bir sözlə, qurumdakı “kadr siyasəti”nin mahiyyəti barədə əlavə hansısa şərh verməyə ehtiyac qalmır...

“Biz yerli istehsalçının müdafiəsi üçün tədbirlər görürük. Bu gün İranda armaturun qiyməti 200 dollardan bir az yuxarıdır. Lakin bu gün mal idxal olunarkən, biz qiyməti 300 dollar qaldırırıq və 500 dollara rəsmiləşdiririk. Demək istəyirəm ki, yerli istehsalçının müdafiəsi üzrə tədbirlər görülür… Hesab edirsiniz ki, yüz faizlik inhisarçılıq var? Mən isə hesab edirəm ki, yoxdur…” Bu da S.Mehdiyevin çıxışından sitatdır və DGK sədri kimi strateji bir post tutan şəxsin iqtisadiyyata, sahibkarlıq mühitinə, iqtisadi qanunlara primitiv münasibətinin ən bariz nümunəsidir.

“Biz qiyməti 300 dollar qaldırırıq” deməklə açıq-aşkar qanunu pozduğunu etiraf edən komitə sədrinin sözlərindən belə çıxır ki, “Baku Steel Kompany” qismindəki inhisraçı 500 yox, 10.000 dollar qiymət qoysaydı, gömrük də 200 dollarlıq armaturun qiymətini 9800 dollar qaldıracaqdı və nə ölkənin tikinti sektorunu, nə də əhalini vecinə qoymayacaqdı? Əslində bu, komitə sədrinin savadsızlığından irəli gəlmir, əksinə, Mehdiyev kifayət qədər savadlı kadr sayılır. Sadəcə, heç bir savad, “daxili bazarın qorunması” kimi bəhanələr və s. açıq-aşkar inhisarçılığı və DGK-nın bu inhisarçılığa xidmət göstərməsini ört-basdır edə bilmir…

Təbii ki, bir yazıda gömrüklə bağlı bütün problemləri və bu problemlərin bütünlükdə iqtisadiyyata vurduğu ziyanı tam əhatə etmək mümkün deyil.

Qısası, ortaya iradə qoyulması, iqtisadiyyatın açar alətlərindən biri olan gömrüyün işinin həm qanunvericilik, həm də icra müstəvisində təkmilləşdirilməsi, DGK-da sözün əsl mənasında “təmizləmə işləri” aparılması qaçılmazdır. Yoxsa, hansısa gömrük idarəsində 3-5 nəfər həbs edilməklə, iqtisadiyyat və cəmiyyət bu bəladan qurtulan deyil…(“AzPolitika.info”)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Mehdiyevin qohumbazlığı başına bəla ola bilər... - DGK üzərində "qara buludlar"...

    Səfər Mehdiyevin qohumbazlığı başına bəla ola ...

    7-08-2019, 12:27

  • 
  • Yeni sədr rəislərin yerini dəyişdi

    Yeni sədr rəislərin yerini dəyişdi ...

    4-05-2018, 16:21

  • 
  • Gömrükdə səs-küylü həbslər - Səfər Mehdiyev hardadır?

    Gömrükdə səs-küylü həbslər - Səfər Mehdiyev ...

    18-05-2021, 14:22

  • 
  • Aydın Əliyevdən korrupsiya etrafı

    Aydın Əliyevdən korrupsiya etrafı ...

    11-01-2013, 11:02

  • 
  • Monopolist Talıb Əlixanbəyovun DGK rəhbərliyi ilə dost münasibətləri var... - Gömrükdə daha bir inhisar faktı...

    Monopolist Talıb Əlixanbəyovun DGK rəhbərliyi ilə ...

    28-01-2019, 12:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu