GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İran Azərbaycana qarşı narkomüharibə aparır

İran Azərbaycana qarşı narkomüharibə aparır

Tarix: 22-05-2021, 11:20 Bölmə :Cəmiyyət Baxış: 287


Bu günlərdə erməni KİV-ləri Azərbaycan-İran münasibətlərinin pisləşməsi baxımından daha bir həyacanlı informasiya yayıblar və bildiriblər ki, İran ordu qüvvələri Azərbaycanla sərhədə cəmləşdirilir. Erməni mediaresursları rusdilli medianın simonyan seqmenti ilə birlikdə İran qoşunlarının Azərbaycan sərhədinə cəmləşdirilməsini Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli 10 noyabr razılaşmasının mühüm bəndinin-“Zəngəzur dəhlizi” adlanan nəqliyyat-kommunikasiya xətlərinin açılmasının reallaşdırılması kontekstində dəyərləndirir.

İran rəsmi şəxslərinin və erməni hökumət ekspetlərinin çıxışlarına əsasən Tehran İran-Ermənistan sərhədinə nəzarətin itirilməsi ehtimalından çox narahatdır. İkinci Qarabağ müharibəsinin yekunları Tehrandakı İran-Ermənistan oxu tərəfdarları üçün heç də ürəkaçan olmayıb. Açıq-aydın görünür ki, Tehran müharibənin yekunlarını həzm edə bilmir. Axı Azərbaycanın Cənubi Qafqazdakı rolunun güclənməsi, İranla on illər ərzində işğal altında qalan sərhədlərinə nəzarəti ələ alması Tehranın regiondakı situasiyaya təsir üçün çox mühüm rıçaqlarından birini əlindən alıb. İranın mühafizəkar-dini çevrələrində Azərbaycana qarşı tez-tez eşidilən çıxışlar, Yerevanla hərbi-siyasi əməkdaşlığın möhkəmləndirilməsi cəhdləri Tehranın tarixin gedişatını dəyişdirməyə yönəlmiş çarəsiz cəhdləri kimi dəyərləndirilə bilər.

Yerevanda ruhlanıblar-İran ordusu Azərbaycanla sərhədə cəmləşdirilir

Hərçənd Yerevan siyasi ekspertləri Tehranın Ermənistana siyasi və praktiki dəstəyini böyük ruh yüksəkliyi ilə qarşılayıblar, Qriqor Balasanyan kimi ekspertlərin fikrincə, İranın Ermənistanla yaxınlaşması rəsmi Yerevana geosiyasi baxımdan cəsarət verib.

Olduqca maraqlıdır ki, son günlər İranla Azərbaycan sərhədində gərinlik xeyli artıb, iranlı narkokuryerlər bir-birinin ardınca sərhədi pozmağa cəhdlər edir. Bu günlərdə İrandan Azərbaycan ərazisinə narkokuryerlər qismində yaxşı hazırlıq keçmiş və avtomatik silahlarla silahlanmış, xüsusi texnikaları olan diversantların keçməsi, sərhədçilərimizlə atışma və iki sərhədçinin qətlə yetirilməsi diqqəti xüsusi cəlb edir. Həmin narkokuryerlər yaxşı hazırlıq keçmiş olmalıydılar ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin iki peşəkar hərbçisini qətlə yetirə bilsinlər və qaçaraq Yardımlı dağlarında gizlənə bilsinlər. Və daha sonra orada xüsusi təyinatlı bölmələrə müqavimət göstərsinlər. Belə görünür ki, söhbət yaxşı planlaşdırılmış xüsusi diversiya əməliyyatından gedir.

Hələ bir neçə il əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi özünün açıq hesabatlarından birində göstərmişdi ki, İran xüsusi xidmət orqanları Azərbaycanın işğal altında olan əraziləri üzərindən narkotrafik təşkil edib. Üstəlik Azərbaycan xüsusi xidmət orqanları İranla həmsərhəd işğal edilmiş ərazilər üzərindən əsas narkotranzit marşrutunun keçdiyi haqda dəfələrlə bildirmişdilər. Həmin ərazilər işğaldan azad ediləndən sonra qısa müddət ərzində Azərbaycanın sərhəd qoşunları sərhəd zonasını öz nəzarəti altına aldı, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və DİN son bir neçə ay ərzində dəfələrlə Azərbaycana tonlarla narkotikin keçirilməsinin qarşısını alıblar. Bu narkotiklər Azərbaycan ərazisindən keçirilməklə Rusiya, Ukrayna, Gürcüstan, Moldova və digər ölkələrə istiqamət almalıydı.



Belə görünür ki, heroinin işğal zonası üzərindən manesiz daşınması imkanları əldən çıxandan sonra iranlı narkobaronlar yeni marşrutlar axtarışındadır. Bəlli olduğu kimi, narkotrafik, silah qaçaqmalçılığı və qeyri-leqal qızıl alveri hələ də İranın dəstəklədiyi terrorçu qrupların, ilk növbədə “Hizbullah”ın əsas gəlir mənbələridir. Bu mənbələrdən ildə milyardlarla dollar əldə edilir. “Hizbullah” və İraqdakı “Xətaib Hizbullah” qruplaşmalarının döyüşçüləri tez-tez narkotacirlər qismində çıxış edirlər.


Azərbaycan xüsusi xidmət və hüquq-mühafizə orqanları hələlik iranlı narkokuryerlərin ölkə üzərindən keçməsini və yeni narkotranzit marşrutları açmasının qarşısını ala bilir. Azərbaycan üzərindən Rusiyaya və oradan Avropaya heroin daşınması marşrutu yaratmaq cəhdləri narkoticarəti himayə edən İran hərbiləşdirilmiş qruplarının açıq-aşkar düşmənçilik siyasətindən xəbər verir. Sual olunur-yüzlərlə kiloqram narkotik daşıyan “narkokuryerlər” İranın yaxşı mühafizə olunan və mümkün xarici hərbi müdaxiləyə qarşı hazırlanmış sərhədlərini bu cür tez-tez, heç bir manəyə rast gəlmədən, kefləri istəyən kimi necə keçir?!

Azərbaycana İrandan daxil olan və aşkarlanan narkotiklərə dair statistikaya diqqət yetirin. Mayın 20-də Dövlət Sərhəd Xidməti “Horadiz” sərhəd məntəqəsində narkotik qaçaqmalçılığının qarşısını alıb. Həmin gün gömrükçülər Astarada 224 kiloqram heroin aşkarlayıb. Mayın 5-də DİN Astarada 70 kiloqram heroin aşkarladığını bildirib. Mayın 3-də gömrükçülər İranla sərhəd Biləsuvar gömrük postunda 244 kiloqram heroin aşkarlayıblar. Bundan az əvvəl isə gömrükçülər iranlının yükündə 107 kiloqram “ağ qızıl” tapıblar...

İranın dəstəklədiyi qüvvələrin Azərbaycana qarşı narkomüharibəsinin xronikasına nəzər salın: sözün əsl mənasında az qala hər gün gömrük postlarında və sərhəd zastavalarında yüzlərlə kiloqram heroin aşkarlanır. İranın İnqilab Keşikçiləri Korpusunun dəstəklədiyi qüvvələr üçün strateji əhəmiyyəti olan bu malın son ünvanı Rusiya və Avropadır. Belə görünür ki, İran elə onlara da narkomüharibə elan edib.

Bu arada İran TIR-larının Ermənistan üzərindən Qarabağa hərəkəti də davam edir. Redaksiyamız Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərə İran TIR-larının hansısa şübhəli yüklər daşıdığına dair yeni görüntülər əldə edib. Həmin görüntüləri təqdim edirik: /virtualaz.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüqəyyə Kəbiri Tehran Beynəlxalq Qısametrajlı Film Festivalının mükafatını almaqdan imtina edib

    Rüqəyyə Kəbiri Tehran Beynəlxalq Qısametrajlı ...

    17-12-2019, 16:08

  • 
  • İran Prezidenti də Bakıya gəlir

    İran Prezidenti də Bakıya gəlir ...

    21-10-2019, 10:53

  • 
  • İran-Türkiyə sərhədində zəlzələ oldu

    İran-Türkiyə sərhədində zəlzələ oldu ...

    22-06-2020, 10:45

  • 
  • Azərbaycan və İran nəqliyyat dəhlizi və yük daşımalarını müzakirə edib

    Azərbaycan və İran nəqliyyat dəhlizi və yük ...

    5-08-2019, 14:01

  • 
  • İran mənşəli britaniyalı qadın yenidən Tehran həbsxanasına qaytarılıb

    İran mənşəli britaniyalı qadın yenidən Tehran ...

    23-07-2019, 10:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu