"Sadlıq saraylarında qiymət dəyişikliyi yolverilməzdir. Sarayın dekorasiyasının içəridən açıq havaya daşınmasının qiymətə nə aidiyyatı? Bütün bunlar yaranmış vəziyyətdən sui-istifadədən başqa bir şey deyil”. Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Vahid Məhərrəmov toyların keçirilməsinə icazə verilən şadlıq saraylarında qiymət artımından danışarkən deyib. Ekspert hesab edir ki, şadlıq saraylarının rəhbərləri edilən çoxlu sayda müştəri müraciətinə baxmayaraq, qiyməti artırmamalıdırlar: "Şadlıq saraylarının bir hissəsi yüksək vəzifəli məmurlara məxsusdur. İki ildir fəaliyyət göstərmirlər. Onlar bu itkilərini kompensasiya etmək üçün qiymətləri artıracaqlar. Bu günə kimi onların rəhbərləri bəzi işçilərinə əmək haqqı ödəyiblər. Bu sistem sanki oliqraxların əlindədir. Buna görə də qiyməti onlar diqtə edir. Bəzi kimsəsiz şadlıq saraylarının rəhbərləri də onların diqtəsi ilə razılaşmalı olacaq. Baxmayaraq ki, şadlıq saraylarının sayı çoxdur, amma onların arasında elə də ciddi rəqabət yoxdur. Bunlar artıq oturuşub, bir-birinin menyusundan da məlumatlıdırlar”.
Vahid Məhərrəmov bildirib ki, hazırda sadlıq saraylarının rəhbərləri daha çox qazanc əldə etmək üçün çalışır: "Bu bazarda nisbətən qiymət ucuzlaşdırıb daha çox müştəri cəlb etmək mümkün deyil. Artıq müştərilər növbəyə durub. Dekorasiyanın istər içəridə, istərsə də bayırda olmağının qiymətə nə aidiyyatı var? Onsuz da bunlar xidmətdən daha çox gəlir əldə edir. Onların təqdim etdiyi yeməyin qiyməti maya dəyərindən fərli olaraq 10 dəfə baha qiymətə təklif olunur. Kababın maya dəyəri, məsələn, 60 qram əti götürəndə 2 manat 50 qəpik edir. Toy sahibinin ödədiyi bundan qat-qat böyük rəqəmdir. Tərəvəz məhsullarını topdansatış alırlar, amma baha qiymətə təklif edirlər. Ətin qiymətində bahalaşma yoxdur, qiymətində ciddi artım olan ərzaqlardan istifadə olunmur. Bütün bunlardan sonra restoranların qiymət artırması heç bir məntiqə sığmır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?