Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi-hərbi gərginlik daha da şiddətlənir. Azərbaycanda həbsdə saxlanılan erməni hərbiçilərinin geri qaytarılması və sərhəd məsələsi hazırda bütün müzakirələrin gündəmini təşkil edir. Sanki, bütün siyasi və hərbi qüvvələr bundan danışmalı və mütlər təkliflər irəli sürməlidir. Təkliflər arasından ən sərsəmini Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general-mayor Edvard Asryan irəli sürüb. O təklif edib ki, "Azərbaycan hərbçilərini ələ keçirib əsir saxlamaq lazımdı. Qeyd edib ki, bunun üçün hər zaman fürsət var. Çünki, Ermənistanın sərhəd bölgələrində də çoxlu sayda Azərbaycan əsgəri var". Öz sərhədlərini qoruya bilməyib, onu da ruslara tapşıran məğlub ölkənin generalının səsləndirdiyi belə sərsəm ideyadan əsla təəccüblənmirəm. Bu yenidən müharibəyə çağırışdır, onu bu gün seçkiqabağı müzakirələrdə rəqiblər bir-birinə qarşı istifadə edir. İtkin düşən əsgərlərinin sorağı İrandan da gələn, hazırda çox hakimiyyətlilik hökm sürən Ermənistandan seçkiyə qədər çox şey eşidəcəyik. Hələ qarşıda kritik 24 gün vardır. Bugünlər ərzində ermənilər atəşkəsi istənilən vaxt və istənilən yerdə poza bilərlər. Odur ki, bu arada hərbçilərimiz daha diqqətli olmalı və sərhədlərimizin göz bəbəyi kimi keşiyində durmalıdır. Tanrı Azərbaycanı, Allah əsgərlərimizi qorusun!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?