Səhiyyə Nazirliyi Kollegiyasının qərarına əsasən, 2018-ci il 31 yanvar tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda dəyişiklik edilib.
Gundemxeber.az-ın məlumatına görə, insan ölümü kliniki və beyin ölümündən sonra bioloji ölümlə başa çatacaq.
Qeyd edək ki, bundan əvvəl insan ölümü kliniki və ya beyin ölümündən sonra bioloji ölümlə başa çatırdı.
Eyni zamanda, meyitdən transplantasiya məqsədi ilə insan orqanlarının və toxumalarının götürülməsi zamanı bioloji ölüm və ya beyin ölümünün baş verməsi barədə qərar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə uyğun olaraq həkim konsiliumu tərəfindən qəbul ediləcək.
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə əsasən donorun ölüm anının təsdiqində həkim-transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır.
Sorğu
Yeni dizaynımız necədir?