Türkiyədə vəfat etdiyi bildirilən aktrisa Mila Əminə sağdır.
Gündəm xəbər Milli.Az-a istinadən xəbər verir ki, bu barədə aktrisanın həmkarı və rəfiqəsi Sevinc Şirinova məlumat verib. Onun sözlərinə görə həmkarı hazırda Medical Park Qazi Osmanpaşa xəstəxanasında saxlanılır:
"Milanın beyni ölüb, gözləri də ağalıb. Sadəcə, ürəyi işləyir. Amma ikinci gün Türkiyədə dəfn ediləcək. Kimsəsizlər qəbristanlığında dəfn edilməsiylə bağlı yazılanlar yalandır.
Çox adam dedi ki, yalan xəbər paylaşmısan və buna görə məni qınadılar. Nə qədər vicdansız olmaq lazımdır ki, belə şeylər kimisə piar edəsən. Dediyim kimi, Milanın, sadəcə, ürəyi işləyir, beyin ölüb. Mənimçün çox ağır itkidir. İki gündür özümə gələ bilmirəm. Hətta möcüzə gözləyirəm ki, o, həyata dönəcək".
Qeyd edək ki, 28 yaşlı Mila Əminənin ölüm xəbəri yayılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?