“Demirəm ki, əllərimi və ayaqlarımı sırf Qarabağda itirmişəm”.
Gundemxeber.Az bildirir ki, bu sözləri “Şərq” TV-nin “Düzünü deyək” verilişinin qonağı olan qazi-əlil Elnur Əfəndiyev söyləyib. O, bildirib ki, əl və ayaqlarının amputasiyası Qarabağ döyüşlərindən sonra baş verib: Döyüşdə sol ayağımdan yaralandım, 3 gün mühasirədə qalıb dondum. Əllərim və ayaqlarımı don vurmuşdu. İllər keçdikcə vəziyyətim daha da pisləşdi. Müalicələrin xeyri olmadı. Həbsxanaya düşdükdən sonra vəziyyətin daha da ağırlaşdı. Yanıma gəlib-gedən az oldu, müalicəmi davam etdirə bilmədim və sağlıq durumum kəskinləşdi. Hazırda çanaq hissəmdə sol tərəfdə aldığım qəlpələrdən birinin yarası var. Bu gün də həmin yara irin verir. Həyat yoldaşım hər gün şprislə 50-100 qram irin çəkir. Belə əzablarla yaşayan adama zərbə endirmək yalnız düşmənə yaraşan hərəkətdir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?