Tərtər Rayon Məhkəməsinin qarşısında baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Öldürülən 1995-ci il təvəllüdlü Arzu Abbasova əslən Samux rayonundandır.
O, 2014-cü ildə qohumu - Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Anar Əliyevlə evlənib və bu rayonda birgə yaşayıblar. Daha sonra qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Abbasova ilə mübahisə edib.
Məlumata görə, Anar Əliyev arvadından boşanmaq istəmirmiş.
Mübahisə zamanı Anar Əliyev bıçağa əl atıb və o, bir neçə bıçaq zərbəsi ilə qadını qətlə yetirib.
Anar Əliyev Şəki rayonunun Sarıca qəsəbəsində yerləşən 123 saylı Kəlbəcər rayon orta məkbəbində ibtidai sinif müəllimi işləyir. O, ötən gün məhkəməyə görə, məktəb direktorunun adına icazə ərizəsi yazaraq, Şəkidən Tərtərə qayıdıb.
Cütlüyün üç azyaşlı oğlan övladı var.
Qeyd edək ki, faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib./“Report”/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?