Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatlarında bildirilir ki, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər "Zaminbank"ın "Sumqayıt" filialının müdiri olub.
"Zaminbank"dan əvvəl Maliyyə Nazirliyində çalışdığını deyib.
Təqsirləndirilən şəxslərdən Anar Osmanovun isə bankın xəzinə şöbəsinin müdiri vəzifəsində çalışdığı məlum olub.
Təqsirləndirilənlərdən Zərifə Abıyeva da bankın əməkdaşı olub.
İş üzrə zərərçəkmiş tərəf- "Zaminbank"ın nümayəndəsi də məhkəmə iclasında iştirak edib.
Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məhkəmə baxışı oktyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər.//virtualaz.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?