Bu gün Tərtərdə məhkəmə önündə boşanmaq istədiyi əri Anar Əliyev tərəfindən öldürülən Arzu Abbasova üç övlad anası imiş.
Anar Əliyev Şəki rayonunun Sarıca kəndindəndir və cütlük evləndikdən sonra həmin kənddə yaşayıblar. Onların birgə nikahdan üç azyaşlı övladı var.
26 yaşlı A.Abbasova Tərtər rayonunda qeydiyyatda olduğu üçün boşanmaq məqsədilə həmin rayonun məhkəməsinə müraciət edib. Məhkəmə iclasından sonra binanın önündə onlar arasında mübahisə yaranıb. 34 yaşlı A.Əliyev üzərində gəzdirdiyi bıçaqla arvadına üç bıçaq zərbəsi vurub, daha sonra qadının boğazını kəsib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Əliyev tutularaq istintaqa cəlb edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?