İnterpol məşhur azərbaycanlı iş adamı Telman İsmayılovu beynəlxalq axtarışa verib.
Gundemxeber.az bildirir ki, bu barədə elan və məlumatlar İnterpolun saytında yerləşdirilib.
Telman İsmayılov qətldə, odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin qanunsuz alışı, satışı, saxlanması və daşınmasında təqsirli bilinir.
Qeyd edək ki, yəhudi əsilli Telman İsmayılov bir neçə il əvvələ qədər Rusiyanın ən qüdrətli iş adamlarından biri olub.
Türkiyəyə 1.5 milyardlıq yatırımından sonra Telman İsmayılov Putinin qəzəbinə tuş gəlib və bununla da çökdürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?