İnsanlar tez-tez təkrar etməyi sevir: “Dəyişikliklər hər zaman yaxşılığa doğrudur”
Həqiqətdə isə bu o deməkdir ki, səninlə bağlı arzu etmədiyin nəsə baş verib
“Sizə məktub var” filmindən
Bu gün Azərbaycanda bir qrup miskin, zəlil, mənəviyyatsız insanlar var ki, “dəyişiklik”lər eşqinə düşüblər, bunun üçün “tənqid” etmədikləri nəsə qalmayıb, hətta Azərbaycanın daxili səfalı sularını, münbit torpaqlarını, onun üzərindəki hava məkanından da narazılıq edərək gündəmə gəlmək üçün alışıb yanırlar. Sutka ərzində küçə qadınları kimi deyinən bu ünsürləri dərindən araşdıranda görürsən ki, onlar elementar biliklərdən də kasaddırlar. İki beçə toyuğun dənini səpə bilməyənlərin hamısı tənqid cəbhələrinə səpələniblər. Bu səpələnmiş naqislərin bir qrupu da “yazar”, “yazıçı” adı ilə baş qaldıran ağacdibi göbələklərdir. Bu yazımda bir vaxtlar xətir-hörmətini gözlədiyim, duz-çörək kəsdiyim, yazı-pozusuna bələd olduğum, bütün əsərlərini oxuduğum, lakin müsahibəsində söylədiyi fikirləri ilə Xəzərə tökülən kanalizasiya axıntıları kimi dəyərsizləşən Şvartsman (əsl ad-soyadı Tamerlan Güliyevdir. Şvartsman təxəllüsüdür, alman sözüdür, mənası qara adam deməkdir) barədə, daha doğrusu onun nadürüst, murdar düşüncələrindən söhbət açacağam. Şvartsmanın “Sevginin formulu” kitabını, “30+1” kitabındakı (gənc yazarların nəzm-nəsr əsərlərinin yer aldığı) “İntervü”, “Dilemma” əsərlərini, müxtəlif saytlarda dərc olunan “İki nəfərlik minor”, “Başqasının dodaqları”, “40 yaşlı qadın”, “Ailə komediyası”, “İyrənc” hekayələrini, məqalələrini eləcə də bu il işıq üzü görən ilk roman-kitabı “Məhəbbət üçün ürəkbulanma”nı son dərəcə diqqətlə oxuyub analiz edərək tənqidlərimi və müsbət qeydlərimi dəfələrlə üzbəsurət müəllifin diqqətinə çatdırmışam. Həqiqət naminə vurğulamaq lazımdır ki, Şvartsmanın ədəbi dili, üslubiyyəti Əkrəm Əylislinin “Ömür kimi bir gecə” əsərində canlandırdığı, bu gün də at ilxısı, köpək sürüsü qədər olan Təvəkkül Təfəkkür kimi, əsasən yuxarı orta və yaşlı nəsil içindəki boğazdan yuxarı “şair”lərdən, ərgənlik cəngəlliklərindən çıxa bilməyərək penis-vaginalarını bəsləmək üçün qələmdən yapışan gənc gədə-güdə və qadıncığaz “yazar”lardan qat-qat üstündür. Başlayaq Şvartsmanın “Məhəbbət üçün ürəkbulanma” romanından. Adı çəkilən əsərin 95% şəxsi bioqrafiyadır (Şvartçmanın özbioqrafiyası), yəni müəllif uğursuz sevgi izdivacından, hərbi xidmətindən, mülki həyata qayıdaraq müxtəlif qız-qadınlarla seks izdivaclarından və özünü axtararaq tapmağa çalışan bir şəxsin motivləri üzərində qurulub. Sosial tənəzzül, mental dəyərlərin çürümüş tərəflərinin tənqidi əsəri müəyyən qədər zənginləşdirirsə, onun bioqrafikliyi, seksual aclıq, qərəzlilik, tüfeylilik, anarxizmə meyillilik və s. bu kimi xüsusiyyətlər onu pərdə arxasına salır. Romanda müəllifin ən ziddiyyətli fikirlərindən biri dövrümüzdəki əyər-əskikliklərin (təhsilzlik, qadın-kişi münasibətlərində bərabərsizlik, qadına zorakılıq və digər bu kimi arxaik düşüncələr) hamısını İslama bağlamasındadır. Halbuki, Quranı açarkən oxu kəlməsi əmr edildiyi, qadına qarşı şiddətin, zorakılığın yolverilməz olduğunu vurğulamasına, bütün səmavi dinlər içərisində qadına daha çox azadlıq-hüquqlar, hətta əri onun cinsi ehtiyaclarını düzgün təmin edə bilmədiyinə görə arvadın ərinə talaq verib boşamaq hüququnu dəstəklədiyi halda Şvartsman bunları görməzlikdən gəlib. Hər kəs dini mükəmməl səviyyədə bilmək məcburiyyətində deyil, amma dini, dini təriqətləri, ümumilikdə klerikalizmi, fidelizmi tənqid mövqeyi tutan kəslər ən azından müqəddəs kitabları, fiqh elmini və digər bu kimi ədəbiyyatları mütləq nəzərdən keçirməlidir. Mənim məqsədim İslamın və onun ardıcıllarının müdafiəsinə qalxmaq deyil, sadəcə olaraq cəmiyyətimizdə baş verən bütün naqislikləri dinə bağlamaq ədalətli yanaşma deyil. Bu gün dinsiz, ateist, deist, nihilist, avropapərəst, amerikapərəst, demokrat, liberal, feminist, childfree adı ilə baş qaldıranlar təsbeh oynadan saqqallılardan daha çox iyrəncliklər saçır. Amma müəllif yuxarıda qeyd etdiyim mövzuları analiz etməsi bir kənara qalsın, durub qadın bikinisindəki tüklərin ərə getmədən əvvəl təmizlənməsi qadağasını dinə-kitaba bağlayır. Şvartsmanın bu bağlantısı bəzi “dindar”ların həyat yoldaşı ilə hansı pozada cinsi əlaqədə olsa, daha çox savab qazanmasını düşünənlərlə eyniyyət təşkil edir. Nə qədər dar düşüncəli, cahil, nadan olasan ki, bu cür məsələləri dinə bağlayasan...
Ümumiyyətlə, seks, seksual izdivaclar Şvartsmanın əsərlərinin əsas qayəsidir. “Başqasının dodaqları”, “40 yaşlı qadın” hekayələrində bu daha qabarıq və iyrənc şəkildə nəzərə çarpır. Qara adamın əsərlərində seksin önə çəkilməsi bu səbəblərdən irəli gələ bilər, ya müəllif natamamlıq kompleksindən əziyyət çəkir, ya doğru-dürüst intim həyatı yoxdur, ya seksual nəfsi dəliklərlə göz oxşayan su çəni kimidir, yəni dolmaq bilmir, ya da müəllif Azərbaycan ailə modelini tamamən dağıdılmasında maraqlı olan qüvvələrin dəyirmanına Kürün suyunu axıtmaqla məşğuldur. Bu dediklərimə fakt kimi Şvartsmanın 12 aprel 2021-ci il tarixdə edebiyyat.az saytına verdiyi müsahibəyə (https://edebiyyat.az/sohbet/1589-svartsman-sevgilimden-ayrildim-evli-qadinla-sevgili-oldum-ve-bu-kitabi-yazdim.html) baxmaq kifayətdir. Gəlin, həmin müsahibədə Şvartsmanın əxlaqsız düşüncələrinə nəzər yetirək : “On milyonluq xalq sekslə məşğul olur, amma bunun haqqında danışmaq ayıbdırsa, onda sekslə məşğul olmaqda da ayıb sayılmalıdır. Bir şey haqqında danışmaq pisdirsə, onu etməkdə pis olmalıdır. Siz etiraz edib buna “əxlaq” deyirsiz, mən isə ikiüzlülük”. Əvvəla, onu qeyd edim ki, Şvartsman elementar riyazi savaddan pəhrizdədir. Çünki, on milyonluq xalqın sırf 2,5 milyonu uşaqdır, həmin uşaqların minimum götürsək iki milyonu 0-14 yaş arası uşaqlardır. Sonra bunun həbsdə olanı, onkoloji xəstəsi, asseksualı, fanatik zəhmətkeşi, fanatik dindarı, çöllərdə-dağlarda xidmət edən zabit-əsgəri, qocası və s. qrupları götürsək təxminən 5-6 milyon əhali edir. Yəni, heç də on milyon əhali seks aludəçisi deyil.
İkinci, Azərbaycandakı mövcud iqtisadi, sosial tənəzzülü nəzərə alsaq, heç də insanların əsas hədəfi seksual ehtiyaclarının coğrafiyasının genişləndirmək yox, birtəhər özünə və ailəsinə çörək qazanmaqdır. İnsanın yaradılış instinktləri içərisində qarın aclığı penis-vagina aclığından daha güclüdür. Üçüncü, insanların zəruri ehtiyacları deyilən xüsuslar var, seks də onlara daxildir. Bunu heç bir normal təfəkkürlü insan inkar etmir, lakin bunu əlində bayraq kimi hər an reklam etmək hansı etika-estetikaya sığır?! Məsələn, yediyimiz-içdiyimiz nə varsa, xaric olmalıdır. Çox maraqlıdır, görəsən Şvartsman həmin zəruri ehtiyaclarından dolayı ayaqyoluna gedəndə hamıya “işəməyə, bağırsağmda bərkiyərək yığılanları boşaltmağa gedirəm” və s. bu kimi ifadələri ucadan elan edir yoxsa sakitcə aidiyyatı ünvana keçir? Əgər o internasional qatarı kimi qulaqları batıran siqnal verib ayaqyolu qapısına doğru addımlamağı və ya xaric olma “əməliyyat”larını bunun üçün təyin olunmuş yerlər əvəzinə parkın mərkəzində, məhəllənin ortasında etməyin ictimai qaydanı pozmaq və ictimai əxlaqsızlıq olduğunu vurğulayırsa, deməli super riyakardır. Çünki, seksual ehtiyaclarını hamıya bəyan etmək, tələbatını necə, harda, kimlə ödədiyini qrammofonla bağırmaq da elə o cür ictimai əxlaqsızlıqdır. Daha sonra Şvartsman, evli qadınla seks macərasından dəm vurur, hətta müsahibinin ona ünvanladığı : -Siz yazıçısınız. Xalqın ruhunu və mənəviyyatını təmsil etməlisiniz və qorumalısınız. Sizcə, evli qadınla münasibət qurub bu haqda kitab yazmaq nə dərəcədə etikdir? Sualına : -Qeyri-etik olan bir insanın sevmədiyi başqa biriylə evlənməyə məcbur edilməsidir. Xəyanət, bir-birini sevməyən iki insanın birlikdə yaşamağa məcbur edilməsindən yaranır. Məhəbbət birlikdə yaşamaq deyil, anlayış və ürək döyüntüsüdür. Mən kitabımda ironik və yumorik dillə oxucuya bunu çatdırmağa çalışmışam. Başqasının arvadı başqasının dodaqları kimidir, çox yaxın olsan öpə bilərsən. Ciddi danışsaq, heç kim heç kimə məxsus deyil - deyə cavab verir.
Şvarçmanın bu cür sarsaqlaması 2017-ci ildə Rusiyada çəkilən “Trotski” teleserialının 4-cü seriyasındakı Ramon Merkader, Diyeqo Rivera, Frida Kahlo, Trotski arasındakı dialoqu xatırladır. Əvvəlcə Ramon Merkader, rəssam Diyeqo Rivera ilə söhbəti zamanı : -Siz məzəli adamsınız, üç il əvvəl Trotskiyə öz bağ evinizdə sığınacaq verdiniz. O isə sağol əvəzinə arvadınızla yatdı. Diyeqo Rivera : -Sevgi eynən istedad kimi yalnız bir insana məxsus ola bilməz. Ramon Merkader: -Trotski sizə xəyanət edir, amma buna rəğmən siz yenə həyat yoldaşınızı onunla görüşə gətirirsiz? Bu vaxt Frida Kahlo pəncərədə görünərək : -Senyor Cekson (Merkaderin adlarından biri), siz çox ciddi görkəmdəsiniz, nəyin mübahisəsini edirsiniz? Ramon Merkader: -Ərinizlə satqınlıq anlayışını müzakirə edirik. Əriniz deyir ki, bu meşansayağı və burjuaziyaya xas olan bir şeydir. Bu zaman Trotski Frida Kahlonun yanında peyda olub, onun seksual gündəyməzini əlləyərək : -Dar mənada götürsək, şəxsi mülkiyyətin olmadığı, hər şeyin əlçatan və hamı üçün olduğunu nəzərə alsaq, əşyapərəstlik və sahibkarlıq refleksidə ləğv olunur. Deməli, satqınlıq, xəyanət mümkünsüzdür (Yəni, ər ilə arvadın bir-birinə bağlılıq, sadiqlik, hörmət, məsuliyyət və s. bu cür dəyərlər yoxdur - red A.İ)
Filmlə kifayətlənməyib tarixə nəzər salsaq yəhudi bolşeviklərin, başda Aleksandr Parvus (əsl adı İsrail Gelfand) olmaqla bütün yəhudi kapitalistlərinin, anarxistlərin həyata keçirdiyi “Oktyabr inqilabı” nəinki qüdrətli Rusiya imperiyasını, hətta həmin dövlətin möhkəm sütunlarından biri olan ailə institutu və digər milli-mənəvi dəyərlərini də dağıdaraq sıradan çıxarmağa hər vasitə ilə cəhd etdi. Lenin, Trotski, Radek, Zinovyev, Kamenyev, Sverdlov kimi yəhudi canilər, İnessa Armand, Larisa Reysner kimi anarxist fahişələr qadının kefi istədiyi vaxt kimlə və harda gəldi azad seks yaşamaq, ailəni dağıtmaq azadlığa qovuşmaqdır, yaşasın ailəsizlik, rədd olsun əski dəyərlər, əxlaq insan azadlığının zənciridir və s. şüarlarla bağırsalar da, onların “inqilabi ideyaları” Rusiyada nə ayaq açıb yeriyə bildi, nə də dominantlıq edən dəyərə çevrildi. Sovet xalqının böyük bir hissəsi həmin çağırış edənləri Stalinin əli ilə tarixin üfunətli kanalizasiyasında axıtdı. Görünür Şvartsman da həmin “fikir”lərin axıntılarında üzərək inqilab eyforiyasına düşüb. Anar “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndəki Təhminəsi ilə Azərbaycanda xəyanəti çiçəkləndirdisə, Şvartsman qoca “yazıçı”dan daha uzağa hoppanaraq, bütün xalqı təhminəçilik qarderobuna soxmaq istəyir. Ümumiyyətlə son illərdə Azərbaycanda iyrənc riyakarlıq baş alıb gedir. Özünün həyat təcrübəsi telefon ekranı, çayxana stəkanı səviyyəsində olanlar başqalarına həyat dərsi verir, evində bacısına, arvadına, qızına icazəsiz supermarketdən çörək almağa, milli ön aparatlarında kommunal xidmətləri ödəmək üçün belə çölə addım atmağa imkan verməyənlər, qadın azadlığından dəm vurur, adicə xırda bir səhvə görə evindəki uzunsaçlını qul kimi kötəkləyənlər Cəmil Həsənlinin seks iştahından doymayan qızının şəxsi həyatının toxunulmazlığının vəkilliyini öz üzərinə götürür. Şvartsmanın əxlaq sözünə və əxlaqlı davranışlara qarşı ürəkbulanması var. Onun “yüksək” zəkasına görə əxlaq İslamın uydurmasıdır, əxlaq normaları ilə yaşamaq isə şüursuzluqdur. Özünü “islahatçı” yazıçı hesab edən bu gerizəkalı hələ də anlamır ki, əxlaq heç də dinlə bağlı deyil. Qatı materialist, dinləri darmadağın edən SSRİ-də ictimai davranış, əxlaq kriteriyaları ilə minlərlə kitablar yazılıb, milyon tirajlarla dərc olunub. Eləcə də Yaponiya, Koreya, Çin kimi fanatik dindarlığın olmadığı ölkələr də əxlaqi dəyərləri ilə öyünür. Həmçinin Azərbaycanın İslamdan da əvvəl zəngin tarixi, mədəniyyəti, əxlaqi-mənəvi dəyərlərə söykənən yaşam tərzi olub. Hansı ki, Herodotdan tutmuş Plutarxa qədər bütün qədim tarixçilər əcdadlarımız haqqında zəngin məlumatlar verib. Avropa dillərində əxlaq moral (latınca moralitas – ümumi qəbuledilmiş ənənələr deməkdir) sözü ilə ifadə olunur. Bu söz ilk dəfə eradan əvvəl I əsrdə romalı filosof, alim, natiq Siseron tərəfindən işlədilib. Yəni, İslamdan, Xristianlıqdan xeyli əvvəl əxlaq sözü, əxlaq konsepsiyası, əxlaqli yaşam tərzi olub. Əgər Şvartsman seksual aclığından baş açsa, qədim dövrün sivilizasiyaları, mədəniyyətləri ilə bağlı yazılan monoqrafiyaları oxuya bilər. Adı çəkilən yazarcığa görə səhvi bir, on, yüz, min nəfər edirsə, bu, səhvdir, mütləq çoxluq, hamı edirsə, səhv deyil. Onun bu yanaşmasına uyğun olaraq, xəyanəti az qismdə adamlar edirsə, bu, xəyanətdir, çoxluq edirsə bu, xəyanət yox, zövqdür və normadır. Bu cür “təfəkkürə” qalsa, Azərbaycanda əhalinin mütləq əksəriiyəti rüşvəti oksigen kimi alıb-verir, özünə müsəlman deyənlər ilin on bir ayını hər cür əyər-əskikliklər, alçaqlıqlar edib, bir ay ərzində Allaha xatir naqisliklərdən uzaq durması, öz düşüncəsi, mövqeyi olmayaraq qonşudan geriqalma prinsipi ilə yaşaması və s. bu kimi hallar normal hesab olunmalıdır. Çox maraqlıdır “başqasının arvadı, başqasının dodaqları kimidir, çox yaxın olsan öpə bilərsən” ifadəsini fərəhlə vurğulayaraq, cəmiyyətə afişa şəklində elan edən Şvartsman bir gün işdən yorğun-arğın evinə gəlib öz arvadını başqası ilə “Zevs” vəziyyətində minet etməsini, missioner-dogi-stayl pozalarında iniltisi ilə hard-rok ifaçılarının səsini batıran halda görsə, “tolerant” münasibət göstərəcəkmi?! Yaxud öz anasının, bacısının başqasının dodaqları tərəfindən dadılmasını rəva bilərmi?! Mən Şvartsmanı beş ilə yaxındır tanıyıram. İnanmıram ki, təbliğ etdiyi “yenilikçi”liyi özünə və əzizlərinə rəva bilə. Heç ən yaxın qohumları da “miss Uorren” peşəsinin (işi əla gedən fahişə) nümayəndələri deyil, özlərinə də bu cür yaşam tərzini seçməzlər, yəni başqasının dodaqlarından uzaq olarlar. O zaman Şvartsmanın riyakarcasına fikirlər bildirərək özünü şəxsiyyətsizlik, gədəlik, oğraşlıq səviyyəsinə qədər niyə endirir?! Cavab : Diqqət cəlb etmək, gündəmdə olmaq və kitablarını satmaq! Necə ki, Günel Mövlud, Kəramət Böyükçöl, Aysel Əlizadə, Əli Əkbər, Zümrüd Yağmur və bunlar kimi digər tör-töküntülər xalqın milli-mənəvi dəyərlərini, tarixi şəxsiyyətlərini aşağılayaraq “olimp zirvəsi”nə dırmaşmağa çalışır. Qədim Roma tarixçisi Tit Livinin gözəl deyimi var : “Hamıya eyni dərəcədə açıq olan ürəyin nöqsanlı cəhəti – hər istəyənin ona tüpürmək imkanıdır” . Bu gün demokratiya, liberalizm, bərabərlik deyilən utopik ideyalar Azərbaycanda sonsuz sayda açıq pəncərələr, qapılar qoyaraq, ruslar demiş “perexadnoy dvor” yaradıb ki, hər yoldan keçən nadürüst, iyrənc tör-töküntülər bu pəncərə-qapıları aşaraq cəmiyyəti murdarlayır. Bu cür halların baş alıb ayaq açması taun, quş qripi, covid-19 bəlalarından da qorxunc virusdu. Hələ XVIII əsrdə yaşamış görkəmli irland-ingilis siyasi xadimi, publisist Edmund Börk gözəl vurğulamışdı : “İdeal demokratiya yer üzərində ən utanc verici şeydir”. İnsanlarımız, əsas da əlində kitab tutub mütaliə edənlər anlamalı və görməlidirlər ki, bizə ideal sistem kimi təqdim olunan mütləq demokratiya hansı iyrənclikləri saçır. Dünən hər şey etməkdə sərbəstəm deyən, bu gün başqasının arvadını əldə etməyi, sabah isə uşaqlara qarşı seksual hərəkətləri təbliğ edəcək və bunları nümayiş etdirəcək. Şvartsman son yazdığı “İyrənc” hekayəsində belə bir ifadə işlədir : “Bir partiya sıçmısız və ikinci partiya sıçdığınız poxa sıçırsız”. Həqiqətdə isə Şvartsman birinci partiya danışanda quşlayır, ikinci partiyada ulayaraq arxadan qaz buraxır, üçüncü partiyada isə qrammofon səsi yayaraq sıçır. Ardınca həmin hekayəsində yazır : “Tez-tez getdiyim supermarketdəki hicablı kassir qız yadıma düşür. Adətən hicablı qızlar gözəl olmur, amma bu qız gözəl üzlü və dolu bədənli idi. Əvvəllər məni dindarlıq iyrəndirərdi, indi isə sadəcə şəhvətə gətirir. İnsan gənclikdə daha əxlaqsız olur, yaşa dolduqca özü də hiss etmədən əxlaqlı adama çevrilir. Bu proses məndə əksinə gedir: yaş artdıqca kobudlaşıram, abırsız və əxlaqsız adama çevrilirəm. Bunlar hamısı gəncliyimdə əxlaqlı olmağın nəticəsidir. Yoxsa, mən sizin üçün Tolstoy deyiləm ki, gəncliyimdə min hoqqadan çıxım, qocalanda sizə mənəviyyatdan danışım. Həmişə o qızı görəndə vizit kartımı verib ədəbsiz təklif etmək istəyirəm. Çox güman, bakirədir. Ona sadəcə mənimlə yatmağı üçün aylıq maaşını verərəm. 300 manat. Bakirəliyinə də toxunmaram, gizli kamera ilə də çəkmərəm. Sadəcə... zövq! 300 manata görə bu qədər vaxt itirir, zəhmət çəkir. Yalnız iki-üç saatlıq sevişməyə görə, 300 manat. Pis məbləğ deyil. Hər halda, mən dişləri sarı, dazbaş, qarnı tüklü kişi deyiləm ki, məndən iyrənsin. Axı onun da sevişmək istəyi var, niyə seks üçün uyğun adam və vaxtı gözləsin? Həyat əllərimizdən axıb gedir, hər anı dəyərləndirmək lazımdır. Mənim bu ədəbsiz təklifimi qəbul etməmək üçün ya axmaq, ya da saxtakar olmalısan. Lakin mahiyyət etibarilə ikisi də eyni şeydir”. Bu cür istəklərin vurğulandığı “əsəri” nəzərdən keçirəndən sonra oxucular və xalq özü ayırd etməlidir, Şvartsman ləqəbli birisi hərtərəfli dünyagörüşə, zəngin savada malik xalqı maarifləndirən yazardı, yoxsa iyrəncliklər, murdarlıqlar, pozğunluqlar yayan biridir?! Şvartsmanın insanlar içərisində ikrah-nifrətlə qarşılanan absurd, gerizəkalı bir “ifadəsi” var: “Masturbasiya və Allahın varlığı eyni məqsədə xidmət edir: İnsanı tənhalıq qorxusundan xilas etmək”. Görünür bu zavallı, yeniyetməlik-ərgənlik çağlarında yalnızlıq sindromunu penisi ilə söhbət etməklə keçirib. Sindromun ona bəxş etdiyi boşluğu doldurmayanda Allaha sığınıb, göyün yeddinci qatındakı yaradan da ona “müqəddəs orta barmağını” göstərməklə (eynən özünün yazdığı “İkinci şans” hekayəsindəki kimi) mükafatlandırdıqdan sonra cızma-qaraları ilə tənhalıq alatoranlıqlarından qaçmağa cəhd edir, amma daha da zülmətə yuvarlanır.
P.S Mənəviyyatdan yoxsul, ərgənlik zəncirini qıra bilməyən, normal intim həyatı olmayanlar bu gün “yazar” adı ilə peyda olaraq cızma-qaraları ilə striptiz göstərir!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?