GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda müxalifətçi olmaq ailə üzvlərinə risk yaradırmı?

Azərbaycanda müxalifətçi olmaq ailə üzvlərinə risk yaradırmı?

Tarix: 22-04-2019, 11:39 Bölmə :Cəmiyyət Baxış: 230
Azərbaycanda müxalifətçi olmaq ailə üzvlərinə risk yaradırmı?


Müxalif siyasətçilərin uşaqlarına təzyiqlərlə bağlı şikayətlər zaman-zaman Azərbaycanda müzakirə mövzusu olub. Hələ, 2003-cü il prezident seçkilərindən sonra, Müsavat Partiyasının təmsilşilərindən Mirbaba Babayevin oğlunun məktəbdən qovulmasına aid şikayətlər uzun müddət müzakirələrə səbəb olmuşdu.

Bu həftə isə, aprelin 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının məktəbli qızının küçədə fiziki zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər gündəmi bir xeyli məşğul etdi.

Bu hadisəni törətdiyi bildirilən Tural Qarayev adlı şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 15 sutka inzibati cəza aldı.

Fuad Qəhrəmanlın xanımı, yazıçı Zümrüd Yağmur hadisədən sonra qızının üzun müddət izləndiyini açıqlayıb. O, məhkəmə qərarından da narazı qalıb və verilən cəzanı yüngül sayıb.

Onun bu açıqlamasına Tural Qarayev və rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb. Amma saxlanmazdan əvvəl Tural Qarayev kimi təqdim edilən şəxsin hadisə ilə bağlı sosial şəbəkələrdə video müraciəti yayılıb.O məktəbli qızın ailəsini xaricə işləməkdə ittiham edib.

Baş verənlər indi bəzi müşahidəçilərdə belə bir sual yaradıb. Azərbaycanda müxalifətçi olmaq ailə üzvlərinə, xüsusilə də uşaqlara risk yaradırmı?​

​Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məsələni belə dəyərləndirdi:

“Birincisi, Azərbaycan xalqının mentaliteti var, kişinin işi kişi ilə olmalıdır, onun ailəsi, yaxud qadınına toxunmaq uyğun deyil. İstər iqtidar, istərsə də müxalifət olsun. Biz həmişə demişik ki, Azərbaycanda sağlam siyasət olmalıdır. Kimin kiminlə sözü varsa, özünə deməlidir, ailəsi barədə danışmamalıdır. Müxalifət və ya iqtidar nümayəndəsinin bir-birinin ailəsi haqda danışmaları qəbuledulməzdir”.

“Eyni zamanda, hər iki tərəfdə...”

Məhərrəm Zülfüqarlı məlum olayı pislədiyini qeyd edərək əlavə edir ki, iqtidarda da, müxalifət də bu məsələdə sağlam fikir nümayiş etdirən insanlar var:

“Eyni zamanda, hər iki tərəfdə dar düşüncəli, şəxsi mənafeyi üçün hadisələri qızışdırmaq istəyən, hamıya düşmən münasibət bəsləyən radikallar var. Çalışmaq lazımdır ki, hər iki cəbhədə belə insanların düşüncəsi dəyişsin. Nəticədə siyasi mübarizədə sağlam rəqabət olsun”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə vurğulayıb ki, əvvəllər də siyasi fəalliyyətlə məşğul olan insanların yaxınları müxtəlif təzyiqlərə məruz qalıb:

“Onlar ya işdən çıxarılıb,...”

“Onlar ya işdən çıxarılıb, yaxud kiçik biznes obyekti varsa qapadılıb. Bununla bərabər, mühacirətdə olanların çıxışına görə də, yaxınları həbs olunub. Məsələn, MeydanTV-nin rəhbəri Emil Millinin, “ Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin qohumlarının həbs olunması buna sübutdur. Bu hallar uzun illərdi davam edir. Təbii ki, bu tənqid olmalıdır, insanların ailə üzvləri və qohumlara da təqiblərə və təzyiqlərə məruz qalmamalıdır. Çünki bu insanlar da öz fikirlərinə görə azaddırlar”.

Bəşir Süleymanlı deyir ki, hətta fərqli fikir söyləməyə görə, nəinki insanın yaxını, heç özü də təzyiqə məruz qalmamalıdır:

“Biz mübahisələndirə bilmərik ki, onların ailə üzvləri yaxınlarının fikirini bölüşür və ya bölüşmür. Fərqli fikirləri bölüşüb, bölüşməməsi də onların şəxsi işləridir, fərq etməz. Ona görə də hökümətin siyasi proqramını tənqid etməsi insanın ailə üzvlərinin təqibə və yaxud təzyiq üçün əsas yarada bilməz. Bu yanaşma qınanmalıdır”.

Azərbaycan rəsmiləri isə bəyan edirlər ki, ölkədə heç kimin siyasi baxışlarına görə, özü, ailəsi basqı və ayrıseçkiliyə məruz qalmır. Onların fikrincə belə tənqidlər əsasız və qərəzlidir.//AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb - RƏSMİ

    Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs ...

    18-04-2019, 14:37

  • 
  • Fuad Qəhrəmanlının işində əcaib yenilik

    Fuad Qəhrəmanlının işində əcaib yenilik ...

    4-02-2016, 20:10

  • 
  • Zümrüd Yağmur: Trollar sosial şəbəkələrdən küçələrə çıxıb

    Zümrüd Yağmur: Trollar sosial şəbəkələrdən ...

    18-04-2019, 18:30

  • 
  • AXCP sədrinin müavininin azyaşlı qızı fiziki təzyiqə məruz qalıb

    AXCP sədrinin müavininin azyaşlı qızı fiziki ...

    18-04-2019, 11:57

  • 
  • AXCP ittiham etdi, Müsavat cavabını verdi

    AXCP ittiham etdi, Müsavat cavabını verdi ...

    7-01-2014, 13:51


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (558)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu