GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan “Delta” ştammının əhatəsində - yeni təhlükə ölkəmizə də gələrsə...

Azərbaycan “Delta” ştammının əhatəsində - yeni təhlükə ölkəmizə də gələrsə...

Tarix: 1-07-2021, 12:27 Bölmə :Cəmiyyət Baxış: 323
Azərbaycan “Delta” ştammının əhatəsində - yeni təhlükə ölkəmizə də gələrsə...


Zülfüqar Yusifov: “Qarşılaşacağımız ştammlar nəinki ”Delta", hətta “Beta”, “Qamma” da ola bilər, əsas odur ki..."

Dünya üçün yeni təhlükə hesab edilən “Delta” ştammı artıq Azərbaycan sərhədlərini əhatə etməyə başlayıb. Yeni ştamm sərhədimizdə olan İranda, Gürcüstanda, Rusiyada və qardaş Türkiyədə aşkar edilib. Mütəxəssislər yoluxma və öldürücülük qabiliyyəti yüksək olan “Delta” ştammının ölkəmizdə də yayılmasının sadəcə bir an məsələsi olduğunu bildirir. Bəzi ekspertlər hava uçuşlarına məhdudiyyətlərin qoyulması, epidemioloji nəzarətin daha da gücləndirilməsini tövsiyə edir.

Azərbaycanda ümumi koronavirusla bağlı vəziyyətə gəldikdə isə çox təəssüf ki, son bir neçə gündə gündəlik yoluxma statistikasında artım müşahidə olunur. Məsələn, ötən həftə yoluxma sayı 20-30 nəfər arasında dəyişirdisə, 30 iyuna olan məlumata görə, ölkədə 87 yoluxma və 3 ölüm faktı qeydə alınıb. Halbuki bir müddət idi ki, gündəlik ölüm faktı da qeydə alınmırdı. Bəs ölkədəki epidemioloji vəziyyətə təsir edən amillər hansılardır?

Bu və digər məsələlərlə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb. Həkim ilk öncə “Delta” ştammının Azərbaycan sərhədlərinə yaxınlaşmasından söz açıb:

“Bəli, bu bir faktdır ki, artıq ətraf ölkələrdə bu ştamm aşkar edilib. Bu o deməkdir ki, qorunma tədbirlərini daha da gücləndirməli, təmasa diqqət etməliyik, tələb olunan yerdə mütləq şəkildə maskadan istifadə olunmalıdır.

Hesab edirəm ki, aidiyyəti orqanlar “Delta” ştammının ölkəmizin yaxınlığına qədər gəlib çıxmasını nəzərə alaraq, ölkəyə giriş-çıxışa məhdudiyyətlər qoyulmasa da epidemioloji nəzarəti gücləndirmək lazımdır. Çünki əgər yenidən məhdudiyyətlər qoyularsa, bu, həyatımıza, yaşayış tərzimizə yenidən pis təsir edəcək və bu olduqca ciddi problemləridir. Yəni məhdudiyyətlərin yaranması həyatımıza virusdan az zərbə vurmur. Bununla artıq keçmiş təcrübələrimiz var.

Əlbəttə ki, hökumət də həmişə istəyir ki, hərəkətlilik, ölkəyə giriş-çıxış olsun, sosial-iqtisadi əlaqələr bərpa edilsin və bunlar çox önəmlidir. Ən əsası nəzarəti gücləndirmək lazımdır. Tədbirlər kompleksinin dayanıqlı, tutarlı olması olduqca vacibdir.

Daha bir məsələ, bu dalğaların nə qədər davam edəcəyi barədə dəqiq informasiya yoxdur və bilmirik ki, gələcəkdə hansı ştammlarla üz-üzə qalacağıq. Həyat davam edir və bu davam etmək mövcud təhlükənin tələb etdiyi şərtlər çərçivəsində olmalıdır".

Bel və oynaq ağrılarından necə xilas olaq? Həkim məsləhəti... VİDEO, FOTOLAR

“İyun ayından başlayaraq ölkəmizdə bir çox sahələrin fəaliyyətinə icazə verilir, məhdudiyyətlər aradan qaldırılır, açılımlara gedirik. Lakin müşahidə edirik ki, açılımlar olduqca insanlar hətta maska tələb olunan yerlərdə belə maskadan istifadəyə laqeyd yanaşmağa başlayır. Düşünürlər ki, əgər hansısa şəraitdə maskaya tələb yoxdursa, deməli, digər şəraitlərdə də ehtiyac yoxdur. Lakin virus hələ ki həyatımızda davam edir. Bu günə qədər gördüyümüz bütün qoruyucu tədbirləri görməli, maskadan istifadə etməliyik, bundan imtina etmək olmaz.

Təkrar edirəm ki, virus hələ də həyatımızdadır. Qarşılaşacağımız ştammlar “Delta”, hətta “Beta”, “Qamma” ola bilər. Çalışmalıyıq ki, bu problemlə üz-üzə qalmayaq, qaldığımız təqdirdə isə uğurla dəf etməyə hazır olmalıyıq. Bu barədə artıq ciddi bir təcrübəmiz var, yetər ki, bu təcrübəyə çox məsuliyyətli nəzər salaq və tələb olunan tədbirlərə lazımınca riayət edək".


Professor Adil Qeybulla “Report”a açıqlamasında bildirib ki, dünyada virusa yoluxma ilə bağlı statistika azalsa da, bir çox ölkələrdə yeni ocaqlar yaranır:

“Hindistan ştammının belə sürətlə yayılması koronavirus infeksiyasında IV mərhələ, yaxud yeni pandemiyanın baş verəcəyi ilə bağlı alimlərin proqnozları var. Azərbaycanda epidemoliloji vəziyyətə gəlincə, 3 milyondan çox vaksin vurulub, insanların çoxunda immunitet formalaşıb. Ancaq yenə də arxayınlaşmaq olmaz. Yeni ştammın Azərbaycanda yayılacağı təqdirdə özünü necə aparacağı barədə fikir irəli sürmək çətindir. Ona görə də insanlar diqqətli olmalıdır”.

Mütəxəssis qeyd edib ki, sosial həyatın ayrı-ayrı sahələrində olan yumşalma tədbirlərinə yenidən baxmaq lazımdır: “Situasiyaya uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər. Ümumilikdə qapalı məkanlarda karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Delta ştammının özəlliyindən biri də odur ki, uşaqlar arasında da yayılır. Halbuki COVİD-19-un uşaqlar arasında gedişatı əlamətsiz idi. Lakin Delta uşaqlarda ciddi xəstəliklər yaradır. Qonşu ölkələrdə yeni ştamm yayıldığından Azərbaycanda da olması, yaxud olacağı ehtimalı böyükdür. Delta ştammının sürətlə yayılması böyük narahatlıq doğurur”.

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hazırda Azərbaycanda koronavirus infeksiyasının müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparıldığını vurğulayıb. Qeyd olunub ki, bu günə kimi ölkədə Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, bu ilin mart ayında Azərbaycanda “Sars Cov-2" genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi.

Qeyd edək ki, bu günə qədər ölkədə 335 961 nəfər COVID-19-a yoluxub. Onlardan 330 193 nəfəri artıq sağalıb. Ümumilikdə isə virusa yoluxan 4 973 nəfər dünyasını dəyişib./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Koronavirusun "delta" variantı 96 ölkədə qeydə alındı - ÜST

    Koronavirusun "delta" variantı 96 ...

    30-06-2021, 16:26

  • 
  • Koronavirusun təhlükəli növü dəhşət SAÇIR - Sərhədlərimizə qədər çatdı

    Koronavirusun təhlükəli növü dəhşət SAÇIR - ...

    26-06-2021, 11:38

  • 
  • Rusiyada 6760 yeni yoluxma, 147 ölüm faktı

    Rusiyada 6760 yeni yoluxma, 147 ölüm faktı ...

    2-07-2020, 14:44

  • 
  • Azərbaycanda koronavirusa yoluxma və ölüm sayında yeni rekord

    Azərbaycanda koronavirusa yoluxma və ölüm sayında ...

    12-11-2020, 15:44

  • 
  • Bəşəriyyət koronavirusa təslim olur: 7 gündə 93 min adam ölüb

    Bəşəriyyət koronavirusa təslim olur: 7 gündə 93 ...

    5-05-2021, 10:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu