Bakı Metropoliteni QSC-nin maliyyə hesabatına əsasən qurum 2020-ci ili 83.543 milyon manat zərərlə başa vurub. Mövcud vəziyyət metroda gediş haqqının artırılması ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.
Gundemxeber.az bildirir ki, məsələ ilə bağlı BAKU.WS-ə müsahibə verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metroda gediş haqqının artırılmasının təmsil etdiyi qurumun ixtiyarında olmadığını bildirib:
"Metroda gediş haqqı qiymətinin tənzimlənməsi Bakı Metropolitenin səlahiyyətində deyil. Bu Azərbaycan Respublikası Tarif Şurası səlahiyyətinə daxil olan məsələdir. Bakı Metropoliteni, təbii ki, hesabatlı qurumdur və aidiyyəti dövlət qurumları, o cümlədən Tarif Şurası qarşısında hesabatla çıxış edir və hesabatları təqdim edir. Bu il də istisna edilmədi və hesabatı təqdim etdi”.
Bəxtiyar Məmmədov onu da bildirib ki, bu günlərdə Bakı Metropoliteni qiymətin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Qeyd edək ki, Metropolitenin 2020-ci il üçün açıqlanan maliyyə zərəri əvvəlki il ilə müqayisədə 51% artıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?