GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Media haqqında qanun layihəsini dərc edin”-Əhməd İsmayılova müraciət

“Media haqqında qanun layihəsini dərc edin”-Əhməd İsmayılova müraciət

Tarix: 3-07-2021, 10:35 Bölmə :Cəmiyyət Baxış: 651
“Media haqqında qanun layihəsini dərc edin”-Əhməd İsmayılova müraciət


“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Cənab Əhməd İsmayılova məktub yazıb.

Gundemxeber.Az olaraq həmin məktubu olduğu kimi dərc edirik:  

“Hörmətli cənab İsmayılov,

12 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin  yaradılmasından sonra məlum oldu ki, kütləvi informasiya vasitələri haqqında qanunu əvəzləməli olacaq media haqqında qanun layihəsilə bağlı qapalı müzakirələr aparılır. Mən bir daha təəssüflə vurğulamaq istəyirəm ki, qanun layihəsinin məhdud dairədə qapalı müzakirəsi aparılır, halbuki, qanun layihəsi təkcə jurnalistlərin yox, həm də dövlətin, cəmiyyətin və kütləvi kommunikasiya vasitələrinin maraq dairəsini əhatə edir. Mən kütləvi kommunikasiya vasitələri terminindən qəsdən istifadə edirəm.  Çünki o, kütləvi informasiya vasitələrindən daha geniş anlam kəsb edir. Belə ki, təkcə peşəkar informasiya fəaliyyətini həyata keçirən şəxsləri əhatə etmir, bütün cəmiyyəti, hər şəxsiyyəti əhatə edir, çünki biz artıq 15 ildir ki, görünməmiş operativliyin və ümumi əlçatanlığın əks əlaqə imkanlarını yaratmış İnternetin inkişafı şəraitində informasiya cəmiyyəti mərhələsinə qədəm qoymuşuq.

Bizim hakimiyyətin (xahiş edirəm ki, dövlət anlayışı ilə qarışdırmayasınız. Dövləti hakimiyyət idarə edir) repressiv mahiyyətini nəzərə alaraq, mən hələ o zaman Media Agentliyinin söz azadlığının və müstəqil KİV institutunun inkişafı məqsədilə yaradıldığını şübhə altına almışdım. Hakimiyyət KİV, söz azadlığı və azad informasiya cəmiyyəti ilə bağlı mənfi siyasət yürüdür. Bütün bu müddətdə hakimiyyətin siyasəti söz azadlığının boğulmasına və KİV-in müstəqilliyinin, azad informasiya təşəbbüslərinin məhdudlaşdırılmasına yönəldilib, çünki o, heç vaxt dövlətin həyatı ilə bağlı və ya digər məsələlərlə əlaqədar cəmiyyətlə açıq polemika aparmağa qadir olmayıb. Belə polemika,  əgər olubsa da, hakimiyyətin öz opponentləri üzərində zorakılığı ilə başa çatıb. Bu, KİV-in kontentlərindən aydın görünür, hələ yerli və beynəlxalq səviyyəli müxtəlif araşdırmalardan, Azərbaycanın qeyri-azad ölkə kimi beynəlxalq statusundan danışmırıq. Mənim KİV sahəsində şəxsi araşdırmalarım Azərbaycanda hərtərəfli, yetərli, müstəqil KİV-lərin inkişafının qeyri-mümkünlüyünü nümayiş etdirir. Bu araşdırmaları heç kim inkar etməyib, çünki onlar dövlət statistikasının məlumatlarına əsaslanıb.

Hakimiyyət məqsədyönlü siyasətlə çap KİV institutunu məhv edib və buna heç kəs sağlam bəraət qazandıra bilməz. Televiziya kanalları auditoriyaya əvvəlki təsirlərini dayandırıblar, çünki hakimiyyətin göstərişilə peşəkar yanaşma birtərəfli, qərəzli, qeyri-obyektiv, qeyri-plüralist olub. Eyni tale 21-ci əsrin əvvəllərindən dirçəlməyə başlamış onlayn medianı da gözləyir, çünki onlar da hakimiyyətin nəzarəti altına düşürlər. Son illərdə hakimiyyətin strategiyası ayrı-ayrı şəxslərin informasiya təşəbbüsünün məhdudlaşdırılmasına və hətta KİV sahəsindən kənarda sərbəst düşüncə üzərində total nəzarətin yaradılması cəhdlərinə yönəlib.

Ən faciəvi məqam ondan ibarətdir ki, hakimiyyət şəxsiyyətin yaradıcı azadlığının təzahürü platforması olan informasiya sahəsini məhdudlaşdırmağa çalışır. Azadlıq olmadan yaradıcılıq mümkün deyil. Hakimiyyət nə azad yaradıcılığın, nə də azad şəxsiyyətin olmaması üçün hər şeyi edib. Və sizin agentliyin fəaliyyətini müşahidə edərkən (agentlik yaradılarkən mən onun Azərbaycanın informasiya cəmiyyətinin rifahı üçün çalışacağını şübhə altına almışdım) mən bir daha əmin oluram ki, o, müflisləşmiş KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (rəhbər həbsdə, baş ideoloq isə istintaq altındadır) modernləşdirilmiş variantıdır.

Yeni qanun üzərində gizli iş ancaq ondan xəbər verə bilər ki, hakimiyyət cəmiyyətin yaradıcı tələbatını dəstəkləmək niyyətində deyil, onu ənənəvi olaraq məhdudlaşdırmaq niyyətindədir. İnformasiya cəmiyyətinin müasir sürətli inkişafı şəraitində, məmurların özləri də daxil olmaqla, istehsalçıların və istehlakçıların cəmiyyətin fərdləri olduqları şəraitdə, informasiya cəmiyyətinin bütün üzvlərinin münasibətlərini tənzimləyəcək, Azərbaycan dövlətinin “informasiya buludu”nu formalaşdıracaq, onun dünya informasiya sistemi ilə qarşılıqlı əlaqəsini və inteqrasiyasını təmin edəcək qanunun ictimai müzakirəsindən imtina etmək qeyri-uzaqgörən, üstəlik cinayətkar siyasətdir, çünki məhdud müzakirələrin nəticəsi məhdud cəmiyyət və dövlət olacaq.

Başa düşmək lazımdır ki, informasiya cəmiyyətinin inkişafının katalizatoru fərdlərin düzgün informasiya əldə edilməsinə, informasiya mübadiləsinə, informasiya istehsalına və ya ifadə azadlığının reallaşmasına olan tələbatıdır. Və bu ehtiyac, mənim kiborqlar adlandırdığım yeni nəslin ön plana çıxdığı şəraitdə vüsət alır. Telefon texniki vasitə,  davamlı istehsal və informasiya mübadiləsi kimi yeni nəslin eqosunun bir hissəsidir. Və sizin qanun layihəniz mənim ehtiyat etdiyim kimi, bu dönməz prosesin məhdudlaşdırılmasına yönəlib. Biz vahid jurnalist vəsiqələri haqqında eşidirik. Ənənəvi KİV-in öz əhəmiyyətini itirdiyi, uşaqlardan tutmuş, ölkə prezidentinə qədər hər kəsin informasiya və kontent istehsalçıları kimi çıxış etdiyi bir şəraitdə onların məqsədi nədən ibarətdir? Onların özünü ifadə etmək tələbatını necə tənzimləməyi düşünürsünüz? Bu o deməkdirmi ki, yalnız vəsiqə sahibləri informasiya istehsal etmək hüququna malik olacaqlar? Bu o deməkdirmi ki, kimin informasiya istehsal edib, kimin isə etməməsilə bağlı qərarı siz verəcəksiniz? ? Və bu cür suallar az deyil.

Deyilənləri nəzərə alaraq, sizi media haqqında qanun layihəsini dərc etməyə və Azərbaycanın informasiya cəmiyyətinin inkişafı naminə geniş ictimai müzakirələr təşkil etməyə çağırıram. Söz və ifadə azadlığı Azərbaycan Medianın İnkişafı Agentliyinin eksklüziv sahəsi deyil”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərbaycan hökuməti Mehman Əliyevi dərhal azadlığa buraxmalıdır" – Respublikaçı Senator

    "Azərbaycan hökuməti Mehman Əliyevi dərhal ...

    30-08-2017, 14:57

  • 
  • “Turan” İnformasiya Agentliyinin BƏYANATI

    “Turan” İnformasiya Agentliyinin BƏYANATI ...

    30-08-2017, 12:41

  • 
  • Medianın İnkişafı Agentliyi:Reallıqlar və gözləntilər

    Medianın İnkişafı Agentliyi:Reallıqlar və ...

    28-01-2021, 13:25

  • 
  • Əli Həsənov: "Mehman Əliyev prezidentə müraciət edib"

    Əli Həsənov: "Mehman Əliyev prezidentə ...

    11-09-2017, 15:11

  • 
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu