Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 sərnişin təyyarəsinin düşdüyü yeri müəyyənləşdiriblər.
Bu barədə “RİA Novosti"yə istinadla xəbər verir. Təcili yardım xidmətinin nümayəndəsinin sözlərinə görə, Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsinə uçan təyyarənin dənizə düşdüyü ehtimal edilir. Təyyarənin göyərtəsində 6 ekipaj üzvü, iki uşaq və qəsəbə başçısı Olqa Moxireva da daxil olmaqla 22 sərnişin olub. Qəza ilə bağlı xüsusi komissiya yaradılıb, qaynar xətt işləyir. Hazırda meteoroloji şərtlər axtarış üçün əlverişsizdir.
***09:20
Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.
“An-26”nın göyərtəsində biri uşaq olmaqla 22 sərnişin və 6 ekipaj üzvü var. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. O, təyin olunan vaxta əlaqəyə girməyib. Xilasedicilər “Mi-8” helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?