GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ədəbi yatanlar - "Xala ədəbiyyatı"

Ədəbi yatanlar - "Xala ədəbiyyatı"

Tarix: 6-07-2021, 23:00 Bölmə :Cəmiyyət Baxış: 1 102


"Sən bir qəşəng qız idin,
Universitetə qəbul olmaq istədin.
Qiyabi oxumaq istədin.
Partana əyləşəndə ilk dəfə dizlərini müəllimin gördü.
Yaşıdın oğlanlara salam vermədin,
Quşun yaşlı kişilərə qondu.
Hardan bildin ki, yaşlı kişilər gənc qızlara bərk bağlanırlar.
Onları itirməmək üçün hər şeyə gedirlər.
Yaşlı qadınlar da sütül oğlanları bərk tuturlar.
Bunu sənə köhnə "İnturist" mehmanxanasında işləyən yaşlı xozaykan söyləmişdi".
Bu, Kəramət Böyükçöl qələmindən süzülüb gələn, vaxtilə keçmiş ANS telekanalının "Adam içində" verilişində haqlı qınağa səbəb olan misralar idi. Amma bu "ənənə" Kəramətlə başlamır. Hələ 2000-ci illərin əvvəllərində Seymur Baycan, Əli Əkbər elə o vaxtlar müasir ədəbiyyatı sözün əsl mənasında yataqda boğdular. Onların qurşaqdan aşağı olan silsilə yazıları, qonşu ölkələrdə, hərbi xidmətdə başına və ağzına gələn hər şeyi ədəbiyyat şəklində oxuculara sırıyaraq özlərini bu yolla reklam edib tanıtmaq istəkləri qıcıqla qarşılandı. Əlbəttə, o vaxtın əxlaqdan kənar yazıları ilə məşhur olan "İnterpark" və "Əyləncə", "Oxu məni" qəzetləri və onların oxucuları səviyyəsində "sevildilər". Bu qəzetlərin mətnlərinin 99 faizi erotik, bəzən də pornoqrafik sözlərlə cilalanırdı. Düzdü, sonra da sakit dayanmadılar. Onlardan sonra "vilka"nı seks aləti kimi istifadəyə həsr olunan şeir yazanı da oldu, həmcinslərin nikahından bəhs edən roman yazanı da.
Biz 80-lərdə doğulduq, 90-da yetkinləşdik, 2000-lərdə hansısa mənsəb sahibi olduq. Müraciət etdiyimiz ən son güclü nəsr 60-lar oldu. Anarı, Elçini, Əkrəm Əylislini, İsa Hüseynovu və başqalarını oxuduq. Amma 2000-lərdə zövqümüzü bax beləcə korlayan ədəbiyyat nümunəsizlikləri ortaya çıxdı. Deyərdim ki, "xala ədəbiyyatı" yarandı. Özlərinin seksual aclığını şeirə, nəsrə, dramaturgiyaya gətirən neçə-neçə gənclər gəldi ədəbiyyata. Çox təəssüf ki, indi də bu ənənə davam etməkdədir. Düzdür, ilk illərdə oxucuları çox ola bilərdi. İnternet, sosial şəbəkələr o qədər də populyar deyildi. Qəzet daha çox satılırdı. Buna görə də "xalaşünaslar" ədəbi nəbzi tuta bilmişdi. Amma sonradan onların əzəli və cari cızma qaraları oxucuda ikrah hissi yaratdı. Nə idi bunların istəyi? "Qız-gəlin tutmaq", "xala axtarışı", özlərinin seksual istəklərinə ədəbi vasitələrlə çatmaq!? Hər küçə qadını ilə yaşadıqlarını yazmağa başladılar. Demirəm ki, bu cür ədəbi nümunələr dünya ədəbiyyatında yoxdur. Amma Dostoyevskinin "Cinayət və cəza"sında Sonya, Remarkın "Zəfər tağı"ndakı Janna, Mopassanın hüznsüz, Markesin hüznlü fahişələri belə deyildi axı. Qəhrəmanı sevdirirdi oxucuya, qəhrəman sözünü ucuzlaşdırıb qısaltmırdı.
İndiki yazarlar da öz yaşadıqlarını qələmə alsalar da, bir həqiqət var ki, heç də hamının yaşadığı hər oxucu üçün maraqlı olmur. Axı, sən Cek London, Frans Kafka, Stefan Sveyq deyilsən. Heç Allahverdi Eminov, Tahir Kazımov, Əzim İsmayıllı da deyilsən.
Gəlin nəzər salaq qurşaqdan aşağı nümunələrə:
Seymur Baycanın "Fərqanə" hekayəsindən:
"Gəlin toy gecəsi bakirə çıxmamışdı".
"Körpüsalanlar" romanından:
"Gəlin sonuncu dəfə əyiləndə Ruslan dözmədi, təzə aldığı sabunu götürüb hamama getdi".
"Ruslanın ürəyi qadın istədi. Kim olsaydı, yatardı. Lap qoca arvad olsa belə".
"Səriyyə divardakı rəsmi ancaq kişilərlə yatanda görürdü".
"Bu bədən çox kişiləri onanizmlə məşğul olmağa məcbur edib".
"Niyaz qızın pivə içməməyinə dilxor oldu. O bilirdi ki, qadınlar içəndə daha asan soyunurlar".
"Hər iki qızın üzünə kişisizlikdən cod tüklər çıxmışdı".
"Şair var, deyib ki, prezervativlə olanda elə bil kağızı soyulmamış konfet yeyirəm".
İsmayıl Rizvanoğlu "Vəfa böyük tənhalıq" romanından:
"Uşaq olanda Vəfa adlı bir qadına vurulmuşdum. Onda olardı 14 yaşım. Onunda 37"...
"Gecə gördüyüm iniltili, ehtiras yağan o səsin sahibəsi mənim Vəfam deyilmiş"...
Şvartsman "Məhəbbət üçün ürəkbulanma" romanından:
"Bütün kişilər yaxşı bilsələr də, heç vaxt etiraf etməzlər ki, başqasının arvadı ilə yatmaq öz arvadı ilə yatmaqdan daha maraqlıdır"...
"Evlənmək özünü it kimi zəncirləyib azadlığını ailənə qurban verməkdir"...
"Nikah şəhadətnaməsi üzərində cinsi əlaqəyə görə qadın əxlaqlı sayılacaqsa, mən bu oyunda yoxam"...
"Atalar "ehtiyat igidin yaraşığıdır" deyəndə məhz prezervativi nəzərdə tutublar"...
"Nikah şəriət və hüquq sisteminin kokteylidir"...
"Bəlkə məhəbbət şairlərin qadınlarla yatmaq üçün uydurduqları şeirdir?"
Və sonda xala ədəbiyyatının təntənəsi - "Kamillanın 40 yaşı var, mənim 28. Evlidir, iki uşağı var. Sahildəyik. Yumşaq dalğalar ayaqlarımızı yalayır"...
Nicat Həşimzadənin bir portala müsahibəsindən:
"İlk dəfə 8 yaşında şeir yazmışam, musiqi müəllimimizə həsr eləmişdim. Sevgi şeiri idi. O da hər dərs məni küncə qoyurdu"...
Və ya "Şeyxin ehtiras mələyi" hekayəsindən:
"Mənim qadınımı zorla, səni qızıla tutaram, yetər ki, boşanım".
"Rahibələr monastrında kişilər" hekayəsindən:
"Gözəl Yelena İsanın ruhuna tüpürərək sevdiyi kişiylə sevişirdi".
"Qadınını paylaşan ər" hekayəsindən:
"Natalya əvvəllər oynaşlarını ərindən gizlətsə də, sonralar buna lüzum görmədi. Yura evdə başqa insanın olduğunu anlayanda səssiz halda uzaqlaşar, qadınını başqa kişinin qoynunda sərbəst qoyardı".
"Mexikolu alfonsun Bakı macəraları":
"Azərbaycan qadınları vəhşi münasibətləri romantik, nəzakətli əlaqədən daha üstün hesab edirlər".
"Ötəri münasibətləri qadınlar kişilərdən daha çox arzulayır".
Açıq-aşkar görünür ki, hazırkı ədəbi nəsil natamamlıq kompleksi yaşayır. Ədəbiyyatda seks, 18+ yazılarla gündəmə gəlmək özünü bəh-bəhlə yazar adlandıran kəsə yaraşmır. Bu əsərlərdə əsərdən əsər-əlamət yoxdur. İntim arzular bu cür gerçəkləşdirilmir. "18,6 sm", "Ət və ət məhsulları, "30+1" və s. O A4-lərə də heyf, çox heyf! Bəs bu "seksual görməmişliyi" kitab halında ərsəyə gətirən nəşriyyatlar da özünə hörmət etmir? Budurmu ədəbiyyat? 20 il ərzində ”xalaşünas"ların metastaz verdiyi ədəbsiz mühit formalaşıb.
Heyf səndən ey Azərbaycan ədəbiyyatı! Sən nə ədəbsiz yadların əlinə düşdün. Şeiriyyəti "vəhşi arı", "vilka kayfı", nəsri "məhəbbət üçün ürəkbulanma", "artuş və zaur", "nari", detektivi qız-gəlinlərin seksual təsviri, felyetonu Mirzə Ələkbər Sabir, Səməd Vurğun kimi klassiklərimizin bayağı tənqidi, məqaləsi qərəzli mövqe, dramaturgiyası açıq-saçıq paltarların reklamı...
Erməni qızının bədəninin bütün cizgilərinin xırdalandığı "Xəstə ruhlar"ı oxuduqca, klassiklərimizin, dünyasını dəyişənlərin ruhları narahat olur, dirilərin isə ruhu incik. Bu gedişlə oxucunu mat qoymursuz, özünüz özünüzü mat edirsiz.
Ədəbi mühitə yüksək əxlaqi dəyərlər gətirin, özünüzə rəva gördüyünüz əxlaqi davranışlar sərgiləyin. Ədəbinizi yatmağa qoymayın. Yaddaqalan əsərlər yazın ki, gələcək nəsil bəhrələnsin. Axırınız yoxdu, axarınız var belə getsə. Axıb gedəcək yazdıqlarınız çirkli sular kimi...

Tural Səftərov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qız sevgilisinin telefonunda elə şəkillər gördü ki, özünü asdı - FOTO

    Qız sevgilisinin telefonunda elə şəkillər gördü ...

    22-10-2019, 14:07

  • 
  • Ana 15 yaşlı qızını müdiri ilə görüşməyə məcbur etdi Azərbaycanda ŞOK HADİSƏ (VİDEO)

    Ana 15 yaşlı qızını müdiri ilə görüşməyə məcbur ...

    29-03-2019, 21:17

  • 
  • Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb.

    Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb. ...

    6-12-2018, 10:55

  • 
  • Tovuzda 18 yaşlı qız dərmandan zəhərləndi

    Tovuzda 18 yaşlı qız dərmandan zəhərləndi ...

    19-10-2018, 14:39

  • 
  • Şəkidə 24 yaşlı qız intihar edib

    Şəkidə 24 yaşlı qız intihar edib ...

    26-02-2019, 10:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu