Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabad rayonunda iki şəxs tərəfindən döyülərək zorlanan qadınla bağlı məsələni nəzarətə götürüb.
Bunu Oxu.Az-a açıqlamasında qurumun informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, komitənin əməkdaşları qadını ziyarət ediblər:
“Zərərçəkənin sosial-psixoloji vəziyyəti araşdırılıb. Məsələ barədə iyunun 6-da komitə tərəfindən Daxili İşlər Nazirliyinə müraciət göndərilib. Ailədə olan uşağın da sosial-psixoloji vəziyyəti qiymətləndirilib”.
E.Səfərov qeyd edib ki, baş verən hadisə ilə bağlı ailəyə dəstək göstərilir:
“Məsələ barədə cinayət işi açılıb. Bu cür hadisələrin olması yolverilməzdir. Zorakılığı törədən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb edilməlidir. Ailəyə sosioloqlar, psixoloqlar və hüquqşünaslar dəstək göstərir. Hazırda bu istiqamətdə işlər aparılır”.
Qeyd edək ki, iyunun 12-də yaşadığı evdə tək olarkən N.M həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanıb.
Məsələ ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?