GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Büdcədən oğurlanan milyonlar: Sabiqlərin topdağıtmaz sərvəti - Siyahı

Büdcədən oğurlanan milyonlar: Sabiqlərin topdağıtmaz sərvəti - Siyahı

Tarix: 23-07-2021, 11:34 Bölmə :Cəmiyyət Baxış: 285


Azərbaycanda məmurlar acgözlükdə evin tualetinə qızıl unitaz qoymuş rus korrupsionerlərindən geri qalmırlar...

Stavropol Yol Polis şöbəsinin direktoru, korrupsiya ittihamı ilə həbs edilən Aleksey Safanovun evində axtarışda üzə çıxan faktlar çoxlarını təəccübləndirib. Belə ki, rüşvət ittihamı ilə nəzarətdə olan Safanovun evinin içərisi qızıl işləmələrlə tamamilə örtülüb. Fotolara əsasən polkovnikin ikimərtəbəli malikanəsinin darvazası, sütunları qızıl suyuna çəkilib. O cümlədən evin içərisində dəbdəbəli mebellər, bahalı lüstürlər qeydə alınıb. Evin tualetində isə qızılı unitaz qoyulub, vanna otağının qapısı da qızıl suyuna çəkilib, kranların da hamısı qızıl suyu ilə işlənib. Evin pilləkənləri mərmərdəndir, qapılar əllə işlənib. Voronej vilayəti üzrə Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin (keçmiş “QAİ”) keçmiş rəis müavini, polis podpolkovniki İqor Kaçkin həbs edilib. Kaçkinin mülkiyyətində 22 mənzilin olduğu üzə çıxıb, mənzillərin ümumi dəyəri 50 milyon rubla yaxındır.

Azərbaycanda da məmurlar acgözlükdə Rusiyadakı həmkarlarından geri qalmırlar. Yəhudilərin “pul yeyən doymaz” atalar sözü bizim məmurların həyat devizidir. Ümumiyyətlə, pulla bağlı məsələlərdə məmurlarımız yəhudi düşüncə tərzinə çox yaxındırlar. Fərq ondadır ki, məmurlarımız öz pullarını deyil, xalqın cibindən oğurladıqlarını artırmaqla, bizneslərini genişləndirib şaxələndirməklə məşğuldurlar. Oğurladıqca iştahlanır, oğurlayırlar...

Ümumdünya axtarış sistemi Google-də “məmur mülk siyahı” sözlərini yazıb daxil etmək kifayətdir ki, Stavropolda korrupsiya ittihamı ilə həbs edilən Aleksey Safanovun bizim məmurların yanında “balaca oğru” olmasını görəsən. Biz də elə bu şəkildə axtardıq, 3 sözü daxil etməklə böyük oğurluqların xəritəsinə vaqif olduq.

2005-ci ilin oktyabrında Fərhad Əliyev həbs edilən günlərdə səhiyyə naziri Əli İnsanov da qandallanmışdı. Onun nazir olduğu günlərdə sahibləndiyi mal-mülkün dəyərinə Aleksey Safanov Stavropolda deyil, paytaxtı Moskvada 10 daha dəbdəbəli, qızıl-platinlə işlənmiş, əl işi olan qapı-bacalı imarətlər qura bilərdi.

Xalq 10 “şirvan”la günü-günə calamaqla ayı başa vurduğu illərdə İnsanov varidat siyahısını babat genişləndirə bilmişdi. Və bütün bunlar neft pulları ölkəyə sel kimi axmağa başladığı 2005-ci ilə qədər baş vermişdi. İstintaq materiallarında yer alan siyahı belə idi:

Bakı şəhərində, Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi-76 ünvanında yerləşən Axundov adına Milli Elmi Tədqiqat və Tibbi Profilaktika İnstitutunun Tibbi parazitoligiya klinikasının 702, 2 kvadratmetr qeyri-yaşayış və 1008, 7 kvadrat metr torpaq sahələri.

Nəsimi rayonunda, Rəşid Behbudov küçəsi-80 ünvanındakı İnformatika və Statistika İdarəsinin Məlumat Mərkəzinin yerləşdiyi 821, 7 kvadratmetr qeyri-yaşayış sahəsi.

Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 9 saylı şəhər poliklinikasının yardımçı binasının 91,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

Yenə həmin rayonun Mir Cəlal küçəsində yerləşən 21 saylı uşaq poliklinikasının yardımçı binasının 176,5 kvadrat metr qeyri-yaşayış və 680 kvadrat metr torpaq sahələri.

Nəsimi rayonu Azadlıq prospekti 114, Respublika Xalq Təbabəti Mərkəzinin 894,4 kvadratmetr qeyri yaşayış sahəsi.

Nəsimi rayonu, Bakıxanov küçəsi-42 ünvanında yerləşən 5 saylı şəhər poliklinikasının 148,4 kvadrat metr qeyri yaşayış sahəsi.

Əliyev adına Təsərrüfat hesablı poliklinikanın Nəsimi rayonu Bülbül prospekti 43 ünvanında yerləşən 69,2 kvadrat metr qeyri-yaşayış sahəsi.

Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanında yerləşən Bakı Şəhər 17 saylı uşaq poliklinikasının 37,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

Nəsimi rayonu Məhərrəmov küçəsi, 37 ünvanında yerləşən 12 saylı uşaq poliklinikasının 196,5 kvadratmetr qeyri-yaşayış sahəsi və 244,8 kvadrat metr torpaq sahəsi.

523 adda qızıl-zinət əşyaları, Lüksemburq Hersoqluğunun “Bank de Lüxeburq” kommersiya bankında hesab.

2021-ci ilin aprelində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Əhməd Əhmədzadənin varidat siyahısı isə Əli İnsanovun varidatını kölgədə qoyur. Aleksey Safanov vaxtında Əhməd Əhmədzadənin oğlu Cuma ilə tanış olsaydı, yəqin ki, mal-mülkləri ilə bunca qürrələnib yaxasını istintaqçıların əlinə verməzdi.

15 il Azərbaycanın su təsərrüfatına rəhbərlik etmiş, əli neft dollarlarına da çatan Əhməd Əhmədzadə bu illər ərzində özünə böyük, nataraz bir biznes qurub. Oğlu Cumanın adına olan biznesin flaqmanı “Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.

“Lipno Investment s.r.o.” adlı bu şirkət 2017-ci ildə Cuma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (ər-arvad) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktivləri 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib. Bu şirkət Cuma və Günelin Avropada sahib olduqları onlarla şirkətdən biri, sərvətlərinin bir damcısıdır.

Əhməd Əhmədzadənin sərvətlərinin siyahısını təqdim edirik:

Villa və mənzillər

Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;

Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;

Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci mərtəbələrdən ibarət malikanə;

Kiprdə dəbdəbəli malikanə;

Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;

Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;

Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil;

Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.

Hotellər və restoranlar:

Qaxda “El Resort” hotel kompleksi;

Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi;

İlisu kəndində “Yaşıl Park” otel kompleksi;

“Səngər Qala” hotel kompleksi,

“Ulu Dag” hoteli,

Qax rayonu, Eden Park Hotel;

Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi.

Bakı, Koroğlu Rəhimov küçəsindəki “Novbahar” Restoranı

Bakıda “Zakura Yapon mətbəxi” restoranı

Yerli şirkətləri və obyektləri:

Qax Fındıq Zavodu;

Qax rayon taxıl məhsulları kombinatı;

Qax Rayon Avtovağzalı;

“Uluyurd” şirkətlər qrupu:

“Advisors CO.” şirkəti;

“Proyekt”, MMC şirkət;i

“Çağdaş” MMC şirkəti;

“Elit-R1" MMC şirkəti;

“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;

Xaricdə olan şirkətləri:

Çexiyada “ALPS s.r.o.” şirkəti;

İngiltərədə “Gyunel Limited” şirkəti

İngiltərədə “Globally LTD” adlı daha bir şirkət

Türkiyədə “Etiler Dış Ticaret Limited” şirkəti

Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur

Vəzifədə olan yaxin qohumlarinin bir hissəsinin adi:

Qardaşı Mübariz Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini;

Rəşad Əhmədzadə polis orqanlarında bölmə rəisi;

Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı;

Qardaşı oğlu Vüqar Əhmədzadə - DSMF Qax rayon şöbəsinin müdiri;

Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi.

7 il İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Vilyam Hacıyev belə Aleksey Safanovu təəccübləndirəcək qədər varidat sahibidir.

62 yaşlı Vilyam Hacıyev 15 ildən çox icra başçısı olub. Həmin müddətin 7 ilini İmişlidə başçı vəzifəsində keçirib. Bu illər ərzində babat da mal-mülk yığa bilib. Siyahıya baxaq:

Bakıda, Həsən Əliyev küçəsində villa

Bakı, “Sahil” metrostansiyası üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil

Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

Bakı, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa

İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil

Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil

Dubayda milyonluq biznesi

Qazaxıstanda tikinti biznesi

İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb.

Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

Az 10 PP 369 dövlət nömrə nişanlı “Bentley”

Eyni nömrə nişanlı “Land Rover”

Az 90 AA 369 dövlət nömrə nişanlı “Mercedes S class”

Həmçinin son model “Mercedes Gelandewagen”.

Siyahını, qeyd etdiyimiz kimi, bəs deyincə artırmaq da olar. Aleksey Safanovun həbsdə olduğu bu günlərdə Azərbaycanda onun varidatlarına, dəbdəbəli imarətlərinə, bahalı maşınlarına qibtə edə biləcəyi xeyli korrupsioner məmur azadlıqda, kefdə-damaqdadır. Dünya bu qədər haqsızdır.../musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​ Mənzildən 15 min manatlıq qızıl oğurlandı - BAKIDA

    ​ Mənzildən 15 min manatlıq qızıl oğurlandı - ...

    16-08-2017, 17:18

  • 
  • Bakıda avtomobildən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

    Bakıda avtomobildən qızıl-zinət əşyaları ...

    9-04-2019, 11:20

  • 
  • Bakıda evdən 10 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

    Bakıda evdən 10 000 manatlıq qızıl-zinət əşyaları ...

    14-11-2018, 15:44

  • 
  • Manat, dollar, qızıl, mobil telefon, sənədlər... – Zaur Rzayev saxlanıldı

    Manat, dollar, qızıl, mobil telefon, sənədlər... ...

    1-12-2018, 17:07

  • 
  • Evdən qızıl oğurlayan saxlanıldı

    Evdən qızıl oğurlayan saxlanıldı ...

    15-05-2018, 13:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu