İyulun 28-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 294 toy şənliyinin monitorinqini həyata keçirib. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib. Monitorinq 213 şadlıq sarayında, 81 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 100 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 4 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 1977 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Sorğu
Yeni dizaynımız necədir?