GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

Tarix: 31-07-2021, 10:32 Bölmə :Cəmiyyət Baxış: 346
Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi


“AzTV”nin xanım jurnalistini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən “CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gundemxeber.Az Lent.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında araşdırılıb. Cinayət işi materiallarında qeyd olunub ki, Y. Şəfiyev AzTV-nin xanım əməkdaşı Aynurla (ad şərtidir) qeyri rəsmi ər-arvad münasibətində yaşayıb. Onlar ayrılandan sonra isə kişi qadına məxsus olan «Mitsubishi Eclipse» markalı avtomobili şantaj edərək ondan istəyib. O, qadının barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə və mətbuatda yayacağı ilə hədələyib. Təqsirləndirilən şəxs bu taktika ilə ondan müxtəlif vaxtlarda ümumilikdə 6726 manat pul alıb.
Aynurun şikayəti əsasında Yusif Şəfiyev həbs edilib.

Məhkəmədə ifadə verən Y.Şəfiyev özünü təqsirli bilməyib. O, məhkəmədə deyib ki, 2015-ci ilin oktyabr ayında “CBC Sport” telekanalında operator işləyərkən Aynurla tanış olub:

“Həmin vaxt Aynur kanalda müxbir vəzifəsində işləyirdi. O, 2018-ci ildən sonra AzTV-yə keçdi. Bizdə işləyən vaxtlar onunla münasibətim yarandı. Sosial şəbəkələr vasitəsilə onunla danışmağa başladıq. Həmin vaxt Aynur evli idi. 2016-cı ildə Fransada futbol üzrə dünya çempionatına getmişdim. 40 gün orada qaldım. Həmin vaxtda Aynurla danışırdıq. Oradan qayıdandan sonra bir gün Aynur məni evinə dəvət etdi. Mən də durub onun evinə getdim.
Daha sonralar bu görüşümüzdən onun ərinin də xəbəri olmuşdu. Aynur da evdən qaçaraq “Melissa park” yaşayış kompleksində kirayədə yaşamağa başladı. Əri onu axtarsa da, yerini tapa bilmirdi. Hətta əri gəlib məndən arvadının evini soruşurdu. Onunla kirayə qaldığı evdə görüşürdük.
Daha sonra mənim yoldaşım bu münasibətdən xəbər tutdu. Boşanmaq üçün məhkəməyə müraciət etdik. Aynurla xarici ölkələrdə, Azərbaycanın regionlarında istirahətlərə getmişik. Hətta onunla Türkiyəyə gedib orada yaşamaq barədə qərar da verdik. Ora gedəndən sonra iş tapa bilmədiyimizdən geri qayıtdıq. Binəqədi rayonunda kirayə ev tapdıq. Onunla birlikdə həmin evdə yaşamağa başladıq. Bir neçə gün sonra anası və oğlu bizə gəldi. Ərindən ayrılandan sonra Aynurun uşağına onun anası baxırdı. Anası son vaxtlar evdə problemlər yaradırdı. Bu səbəbdən də evdən çıxdım. Lakin onunla münasibətimiz qalırdı. Həmin vaxtlarda onunla birlikdə 5300 manata “Misubishi Eclipse” markalı maşın aldıq. Həmin pulun 2300 manatını o, 3000 manatını isə mən verdim. Həmin vaxt həyat yoldaşımla boşanma ərəfəsində olduğum üçün maşını onun adına keçirdim. Avtomobili ikimiz də sürürdük. Aynur səhər saat 9-dan axşam 21-dək işdə olduğundan, səhər onu işə aparıb düşürürdüm və axşam isə işdən götürüb evə gətirirdim”.

Təqsirləndirilən şəxs həmçinin deyib ki, heç zaman Aynurdan pul tələb etməyib: “Hədə-qorxu ilə 1500 manat pul tələb etməmişəm. Yalnız avtomobil alınması üçün 2300 manat pul verib, avtomobilin təmiri üçün ondan pul almamışam. Həmin vaxt işləmədiyindən onun pulu olmayıb. Bir müddət sonra Aynurla kirayədə yaşamaqdansa, Daşqın Səfərov küçəsində yerləşən mənə məxsus mənzildə yaşamağı təklif etdim. Qəbul etdi və evin təmir işləri üçün pul verdi, köməklik göstərdi. Ondan sonra ailə kimi olmuşuq, başqa ortaq xərclərimiz olub. Evə kreditlə onun adına elektrik əşyaları almışıq. Birlikdə yaşamışıq,heç zaman nəyisə almağa məcbur etməmişəm, hədə-qorxu gəlməmişəm”.
Yusif Şəfiyev bildirib ki, Aynurdan ona xəyanət etdiyi üçün ayrılıb: “Bir gün evə qayıdan zaman onu küçədə gördüm. Harasa gedirdi. Mənə Müdafiə Nazirliyindən təcili çəkilişə çağırıldığını dedi. 20 ildən artıq televiziya təcrübəmin olduğunu, hələ bugünədək Müdafiə Nazirliyinin gecə saatlarında çəkilişə adam çağırmadığını dedim. Lakin məni saymadı, çıxıb getdi. Hara getdiyini öyrənmək üçün başqa bir taksiyə əyləşib arxasınca təqib etməyə başladım. Onun “Ağ otel”ə getdiyini gördüm. Səhəri evə gələndə çantasında 1000 manat var idi. Başa düşdüm ki, mənə xəyanət edib. Ondan pulu haradan aldığını soruşdum, mənə yalandan dedi ki, çəkilişdən alıb. Bundan sonra onunla münasibətlərimiz pozulmağa başladı. Heç vaxt Aynuru şantaj etməmişəm. Bunların hamısının səbəbkarı anasıdır. Mən anası ilə dalaşan zaman görüntülərin olduğunu və camaata yayacağımı demişəm. Amma bunu da hirsimdən etmişəm, heç kimə göndərməmişəm”.

Məhkəmədə dindirilən Aynur isə deyib ki, 2013-cü ildə ailə həyatı qurub, 2017-ci ildə rəsmən boşanıb. “AzTV” və “CBC Sport” telekanallarında müxbir işləyib: “2015-ci ildə həmin telekanalda operator işləyən Yusiflə tanış olmuşam, bir müddət sonra aramızda sevgi münasibəti yarandı. Mənimlə evlənmək istəyirdi. Yaxın münasibətdə olan zaman mənim intim və çılpaq şəkillərimi çəkmişdi. Bunu nəyə görə etdiyini soruşanda deyirdi ki, ayrı qalanda baxacaq. Yusifi sevdiyim üçün ona inanmışam, həmin şəkillər və videolardan mənə qarşı istifadə edə biləcəyini ağlıma belə gətirməmişəm.
Həmin ərəfədə ərimdən boşandığım üçün Yusiflə ailə qurmağı planlaşdırırdım. Bir müddət birlikdə yaşadıq. 2018-ci ilin oktyabr ayında anam və oğlum biz qalan evə gəldi. Yusif onlarla birlikdə yaşamaq istəmədiyini dedi. Bundan sonra münasibətlərimiz pisləşdi. Daha sonra ayrılmaq qərarına gəldik.

2018-ci ilin noyabr ayında Yusif məni intim və çılpaq fotoşəkillərimi, videolarımı Instagram və digər sosial şəbəkələrdə yayacağı ilə hədələdi. Hətta dedi ki, görüntüləri “AzTV” rəhbərliyinə göndərəcək. Yusifin hədələrini real qəbul edib, ehtiyat etməyə başladım. Məndən əl çəkməsini, rahat yaşamağa imkan verməsini xahiş etdim. Yusif məni həm maddi, həm də mənəvi ziyan vuracağı ilə hədələyirdi. O, “Mitsubishi Eclipse” markalı maşınımı ona verməyimi istədi. Verməyəcəyim təqdirdə görüntülərimi yayacağını bildirdi. Hətta dedi ki, onları keçmiş ərimə atacaq. Həmin görüntüləri keçmiş ərimə atsaydı, o da bundan istifadə edərək övladımı məndən ayıracaqdı. Qorxumdan maşını etibarnamə ilə ona verdim. Bir müddət keçəndən sonra maşının təmiri ilə bağlı məndən 1500 manat pul tələb etdi. Çəkindiyimdən pulu ona verdim. Daha sonra başqa bəhanələr gətirərək müxtəlif adlarla məndən pul istədi, adıma kreditlər götürdü. Artıq bezmişdim. Ondan məni rahat buraxmasını tələb edirdim. Yusif mənim şəkillərimi, videolarımı artıq yaymışdı. İşlədiyim yerdə görüntülərim sürətlə yayılırdı. Bundan sonra polisə müraciət etdim. Ondan şikayətçiyəm, ən ağır cəzanın verilməsini xahiş edirəm”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Şəfiyev 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
Əlavə edək ki, Y.Şəfiyev “ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur. N.Şəfiyev AzTV, İTV, “Türkel” TV və ARB 24 televiziyalarında müxtəlif vəzifələr tutub. 2018-ci ilin sentyabr ayında “ARB 24” telekanalının rəhbəri vəzifəsindən çıxarılıb.

Daha sonra İsmayıllı rayon Basqal bələdiyyəsinin sədri işləyən Nadir Şəfiyev bu hadisədən sonra ərizə yazaraq vəzifəsinin icrasını dayandırıb.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 16 yaşlı gənci intim görüntüləri ilə şantaj edənlərə hökm oxundu

    16 yaşlı gənci intim görüntüləri ilə şantaj ...

    5-07-2019, 15:08

  • 
  • Məhkəmə quldur dəstəsinə 39 il cəza verdi

    Məhkəmə quldur dəstəsinə 39 il cəza verdi ...

    31-10-2018, 17:10

  • 
  • Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi

    Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi ...

    13-11-2017, 14:30

  • 
  • Növbəti "İnstagram" şantajı: qızı hədələyib, pul alan qohumlar dalaşdılar

    Növbəti "İnstagram" şantajı: qızı ...

    4-07-2018, 19:19

  • 
  • “İntim şəkillərini göndər, yoxsa...” - Azərbaycanda qadına ŞOK ŞANTAJ

    “İntim şəkillərini göndər, yoxsa...” - ...

    29-05-2019, 13:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu