Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elçin Aslanov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Kamal Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Aslanov 11 il, S.Şəfiyev 9 il, K.Fərhadov 10 il, R.Quliyev isə 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, Elçin Aslanov 2017-ci il mayın 13-də Səyavuş Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın evinə daxil olaraq oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.
Həmin il mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə daxil olaraq ona bıçaqla xəsarət yetirib ayaqlarını bağlayıb, evdən 2352 manat pul və 3 min manat dəyərində qızıl aparıblar.
İyunun 14-də Ramillə Kamal Xətai rayonunda yaşayan Maksimov Yuri Aleksandroviçin evinə girib, onu girov saxlayaraq oradan 13 min manatlıq pul və qızıl aparıblar.
2017-ci ilin oktyabrın 22-də isə Səyavuşla Kamal Bakıda yaşayan Viktor Məmmədovun evinə qonşu adı ilə girib oradan 3375 manatlıq quldurluq ediblər./Trend
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?