GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldəniz Səlimov türmədə NECƏ QARŞILANDI... - “Dustaq ona ”krısa“ deyəcək, harada görsə, onu mırta tutacaqlar“

Eldəniz Səlimov türmədə NECƏ QARŞILANDI... - “Dustaq ona ”krısa“ deyəcək, harada görsə, onu mırta tutacaqlar“

Tarix: 6-08-2021, 10:30 Bölmə :Cəmiyyət Baxış: 498
Eldəniz Səlimov türmədə NECƏ QARŞILANDI... - “Dustaq ona ”krısa“ deyəcək, harada görsə, onu mırta tutacaqlar“


İyi bihuş edən bahalı ətirlər, hər cür dəbdəbə, qiyməti yarım milyonu aşan maşınlar, bir oturumluq hesabı 5 nəfərlik ailəni ayboyu bəy balası kimi dolandıracaq restoranlar, gecə həyatı, bir sözlə, rəngarəng günlərdən birbaşa təcridxanada “ağ-qara” günlərə düşmək artıq sabiq deputat Eldəniz Səlimovun aqibətidir.

Sərxoş halda polisi döyən deputat Eldəniz Səlimov kimdir?

Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovnın atası - Adil Səlimov dəmiryolçu olub. 1993-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məktəbi bitirib. 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov rus dilini bilir. Eldəniz Səlimov 2000-2002-ci illərdə Vergilər Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002-2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışan Eldəniz Səlimov 2011-2012-ci illərdə “TexnikaBank” ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində çalışıb. 2013-2014-cü illərdə Müdafiə Sənayesi Nazirliyinin “Üfuq” İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olan Eldəniz Səlimov 2014-2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçkilərə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi Milli Məclisə düşə bilib. O, 2010-2015-ci illərdə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü vəzifəsində çalışıb. Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Onun dəmiryolçu atası Adil Səlimovun da varidatı başından aşır. Adil Səlimovla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ay məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Xaçmaz rayonunun Fərzəlioba kəndində xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərinin kəsildiyi faktı müəyyən edilib. Araşdırma zamanı təbiətə ümumilikdə, 65 040 manat məbləğində ziyan dəydiyi hesablanıb və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz Rayon Prokurorluğuna göndərilib. “Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov arasında razılaşma əldə edilib və aqrobağın salınması üçün işlərə başlanılıb. Lakin iş aparan “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmadığı məlum olub.

Ata Səlimovla başlayan ağ-qara zolaq oğul Səlimov üçün daha çətin şəkildə meydana gəlib. Xaçmazı özünə oylaq bilən sabiq deputat növbəti kef məclisində vərdiş etdiyi davranışı sərgiləyib və mandatı da, azadlığı da əlindən gedib. Əlinə qandal vurub onu Bakı İstintaq Təcridxanasına yola salıblar.

Sabiq deputatı hansı kameraya salıblar?

“İçəri”də keçmişdə vəzifə sahibi olmuş birini necə qarşılayıb, necə davranırlar? Adətən bu cür adamlar təcridxanaya gələndə digər təqsirləndirilənlərin reaksiyası necə olur, özlərini necə aparırlar, hansı kameraya salırlar?

“Xural” qəzetinin baş redaktoru, ötənlərdə şərlənərək həbsə alınmış, məhbus həyatı yaşamış Əvəz Zeynallı “Yeni Müsavat”a deyib ki, vəzifəli şəxsin “içəri” gəlişi toy-bayram olur: “Penitensiar Xidmətdə olanlar varlı-karlı birinin həbsə düşməsi xəbərini qazanclarının artması kimi qarşılayırlar. Dustağın özünə gəldikdə isə onun durumu özünü necə aparmasından asılıdır. Adətən onların oradakı vəziyyəti azadlıqdakı vəziyyətlərindən daha yaxşı olur. Penitensiar Xidmətdə hər şey pulnandır. Eldəniz Səlimovu tutanda ”içəri"də sevindilər ki, təzə müştəri gəlir".

Əvəz Zeynallı deyir ki, həbsə alınan hər kəsə, vəzifəsindən, pulundan asılı olmayaraq münasibət ilk növbədə onun özünü necə aparmasından asılıdır: “Dustağın nə işi var onunla? Dustaq üçün onun keçmişdə deputat olub-olmamasının elə də fərqi yoxdur. O, dustağa ilişməsə, özünü pis aparmasa, dustağın xoşuna gəlməyən hərəkətlər etməsə, dustağın onunla işi olmaz. Onu Bakı İstintaq Təcridxanasında aparacaqlar birinci mərtəbəyə. Orada hər kəsin pulunu-parasını verəndən sonra olacaq oranın əziz-xələfi. Hələ bir az da sonra ola bilər ki, ”sançast"a yerləşər ki, daha rahat olsun ona. “Sançast”a gedəndə bir-iki imkansız dustağı alırlar yanlarına ki, onların yeməyini-içməyini versin, onlara qulluq etsin. Yəni belə bir qorxulu şey yoxdur, Eldəniz orada rahat olacaq, dincələcək. Ağlı olsa gündəlik, ya da kitab yazar. Məsələn, mənə çox maraqlıdır ki, bir deputatın günü necə keçir? Əgər pulu varsa, xəsis deyilsə, pul xərcləyəcəksə, orada heç bir problemi olmayacaq".

Əvəz Zeynallı deyir ki, deputat Eldəniz Səlimov ayda 10-15 min manat xərcləməli olacaq: “Ayda heç olmasa, 10 min manat xərcləməlidir ki, rahat yaşaya bilsin. Bizdən ”karmuşka"nı açıb hava vermək üçün bir manat alırdılar. Deputat isə beş-on manat verməli olacaq. Məsələn, görüşdə bizə “veş”, yemək, içmək gətirirdilər, beş manat alırdılar. Ondan isə 25-50 manat alacaqlar. Eldəniz Səlimov telefon istəsə, ona ayı 5-10 min manata telefon verəcəklər. 24 saat kiminlə istəsə danışacaq. Çanaq antenna qoydurub hansı kanala istəsə baxacaq. Bunun üçün də pul verməlidir".

Əvəz Zeynallı deyir ki, təcridxanada qayda var - hər ayın 15-də və 30-da imkansız dustaqlar üçün ərzaq, pul yığılır: ““İçəri”də adına 15-30 deyirlər. Hər ayın 15-də və 30-da dustaqlara kömək etmək üçün pullar yığılır orada. Təbii ki, Eldəniz Səlimov da bu qaydaya əməl edib imkansızlara kömək etməlidir. Ağlı olsa, bir az pul xərcləyər, hörmətli olar, olmayacaqsa, dustaq ona “krısa” deyəcək, harada görsə onu mırta tutacaqlar".

Əvəz Zeynallı deyir ki, dustaqların Eldəniz Səlimova əl qaldıracağına inanmır: “Yox, inanmıram indi keçmiş deputata əl qaldıran olsun. Eldəniz Səlimovun özü də, maşallah, 2010-cu ildə vergilərin bir əməkdaşını döyüb, oradan qovulub. İndi də polisi döyüb. İndi elə bir səhvi olarsa, yanlışı olarsa, yekəxanalığı olarsa, təbii ki, dustaq sındırar onu. Yəni kim olur-olsun, dustağa qarşı hörmətsizlik edilərsə, dustağın sındırmadığı adam yoxdur. Bir az hörmətli olacaq, bir az əli cibində olacaq, yaşayacaq özünə görə. ”Zon"da qalacaqsa, ora gedəndə kasıb-küsuba kömək edəcəksə, imkansız “xata”lara yemək göndərəcəksə, təbii ki, hörmətli olacaq. Dustaq çox amansızdır, həm də ədalətlidir. O görür ki, sən normal insansan, yaxşı insansan, sənin başına dolanacaq. Yox, görür sən yekəxanasan, bir az yuxarıdan aşağı baxırsan, səni sındırıb ayaqlarının altına qoyacaq. Ona görə dustağın özündən asılıdır, amma pulu varsa, məncə, ciddi bir problemi olmayacaq"./“Yeni Müsavat"/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldəniz Səlimov YAP-dan qovuldu

    Eldəniz Səlimov YAP-dan qovuldu ...

    3-08-2021, 11:07

  • 
  • Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirilib

    Eldəniz Səlimov Kürdəxanı təcridxanasına ...

    4-08-2021, 16:00

  • 
  • Deputatın polisi döyməsi təsdiqləndi - Araşdırma başlanıldı

    Deputatın polisi döyməsi təsdiqləndi - Araşdırma ...

    30-07-2021, 11:45

  • 
  • Eldəniz Səlimovun həbsi atasından gizlədilir - Müəmma

    Eldəniz Səlimovun həbsi atasından gizlədilir - ...

    4-08-2021, 11:45

  • 
  • Məhkəmə Eldəniz Səlimovla bağlı qərar verdi - YENİLƏNİB

    Məhkəmə Eldəniz Səlimovla bağlı qərar verdi - ...

    4-08-2021, 15:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu