GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ekoloqdan ilginc iddialar: “Meşələr ekoloji silah vasitəsilə yandırılır”

Ekoloqdan ilginc iddialar: “Meşələr ekoloji silah vasitəsilə yandırılır”

Tarix: 12-08-2021, 12:54 Bölmə :Cəmiyyət Baxış: 277


“Meşə öz-özünə yanmır...”

Qardaş Türkiyə də daxil olmaqla, meşə yanğınları dünyanın getdikcə daha geniş ərazilərini öz çənginə almaqdadır. Artıq qonşu Yunanıstanda, uzaq ABŞ-da böyük yanğınlar var. Yaşıl meşələr isə planetin “ağ ciyərləri” sayılır və onların bərpası üçün on illər lazımdır.

Amerikalı professor Stiven Payn deyib ki, dünyada yanğınların sayı getdikcə artacaq, çünki planetimiz yanğın dönəminə daxil olub. O, dünyanın böyük təhlükə altında olduğunu, bir çox ölkələrdə meşə yanğınlarının qaçılmaz olacağını və artan yanğın ocaqlarını hava şəraiti dəyişmədən, yəni yay mövsümü bitmədən söndürməyin mümkünsüz olduğunu söyləyib: “Bu problemə görə ən böyük məsuliyyəti insan daşıyır. Bəşəriyyət dünyanı yanğınlarla ”bəzəyir", ekologiya çoxdan dəyişib".

Professorun sözlərinə görə, yanmağa meylli meşəlik ərazilərdə ağaclar fərqli şəkildə basdırılarsa, alovların təsir dairəsini azaltmaq mümkündür.

Azərbaycanın tanınmış ekoloqu Telman Zeynalov isə hesab edir ki, dünyanı bürüyən yanğınların kökündə ekoloji silahlar, insan amili və iqtisadi maraqlar dayanır: “Amerika özü meteoroloji silahlardan istifadə edir. Əgər belə olmasaydı, 1972-ci ildən bəri dövlətlər meteoroloji silahlardan istifadə və havaya müdaxilənin qadağan edilməsi ilə bağlı 30-a yaxın konvensiyaya qol çəkməzdilər. Ancaq bu gün ekoloji silahlardan istifadə edirlər. Kim necə istəyirsə, bundan istifadə edir, heç kim böyük dövlətləri bu konvensiyaya əməl etməyə məcbur edə bilmir. ABŞ-a heç kim bata bilmir. Rusiya Amerikaya qasırğaları göndərir, Amerika da meşə yanğınları göndərir. Meşə yanğınları onların özlərində də baş verir”.

Professor deyir ki, meşədə ağacları fərqli şəkildə əkmək lazımdır: “Kimin ağlına nə gəldi danışır. Yaxşı olardı ki, dövlətlər elmə fikir versinlər. Əlbəttə, Amerika və digər Qərb dövlətləri elmə üstünlük verir. Lakin SSRİ dağıldıqdan sonra bu dövlətlərdə elm sıfra bərabərdir. Bizim alimlərimiz Amerika alimlərindən qat-qat güclü idilər. Cavan alimlərimiz Azərbaycandan çıxıb getdi. Rusiyaya, Fransaya, Amerikaya və digər ölkələrə getdilər. MDB dövlətlərindən bütün elm adamları xaricə axın etdi. Çünki onlara qiymət vermədilər”.

Ekoloqun sözlərinə görə, ilk növbədə təbiət özü bərpa proseslərini aparacaq, bu, təbii şəkildə gedəcək: “Oksigenin qabağını yanğınlar kəsə bilməyəcək. İnsanların nəfəs alması üçün nə qədər lazım olsa oksigen yaranacaq. Süni yanğınlar isə buna mane olur. Bunu törədən də insanlardır. Süni yanğınlar ən çox iqtisadi rəqabət nəticəsində bu meydana gəlir. Torpaq uğrunda, ərazi uğrunda mübarizə gedir. Azərbaycanda yanğın nədən başladı? Bir ay öncə məsələ qaldırdılar ki, haradasa çay plantasiyası salmaq üçün 30 hektar meşə ərazisi ayırıblar. Biz qeyri-hökümət təşkilatlarının rəhbəri olaraq məsələ qaldırdıq ki, buna icazə verilməsin. İqtisadi rəqabətdir, onlar da bu şəkildə cavab verdilər ki, bizə qismət olmazsa, sizə də olmaz. Meşələri yandırdılar, az sonra həmin yanmış ərazini satın aldılar”.

Türkiyədəki yanğınlar barədə T.Zeynalov bunun da təbii amillərlə əlaqəsinin olmadığını vurğuladı: “Hər kəs bilir ki, bu, təbii proses deyil. Türkiyə rəsmiləri də açıqlama verdilər ki, biz ziyanı törədənləri tutmuşuq. Təbiətdə öz-özünə yanğın prosesi getmir. Meşədə yanğın təhlükəsi üçün yeganə faktor ildırımdır və ildırım meşəni yandırmır. Əgər hər hansı ağacı ildırım vursa da, yanğın gedib kötüyünə çatmamış sönür. Ağacda olan nəmişlik alovun qarşısını kəsir.

Yaşıl meşələrin öz-özünə alışıb yanmasını gəlincə, bu mümkün deyil, çünki öz-özünə, ümumiyyətlə, meşə yanmır. Bunu coğrafiya kitablarında yazıblar, dərsliklərdə yazılıb. Ancaq bu gün mətbuat yalanla doludur. Doğrunu yazmaq üçün elm lazımdır, elm isə sıfıra bərabərdir. Ona görə də mətbuat yalan məlumatlarla dolub daşır. Yalançının həmişə şahidi yanında olub. Görürsünüzmü, Bakıda bir həftədən çoxdur ki, hava dumanlı və buludludur, ancaq yağış yağmır. İki damcı göydən düşür və bitir. Amma Rusiyada yağış, leysan tökür, şəhərlər su altında qalır. Bu nə deməkdir, biz belə vəziyyət görməmişik, buna öyrəşməmişik. Məsələ budur ki, siklonla antisiklon arasında rəqabət gedir. Ona görə ki, silahlar işə düşüb, siklon soyuq küləkdir, qərbdən, şimaldan cənuba doğru əsdikcə qabağına antisiklonu qaldırırlar və onun qabağını kəsirlər. Bunu heç kim öyrənmək niyyətində deyil. Stratosferdə olan atom hissəciklərini 5 min dərəcəyə qədər qızdıranda yaranan siklon buludlar yaranır. İstiliyi artırır, o zaman dünyanın istənilən yerində siz şəhəri də, meşəni də yandıra bilərsiniz"./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - ekspert

    Ermənilərin yandırdıqları meşələrin bərpası ...

    1-12-2020, 09:49

  • 
  • Ağsuda meşə yanır

    Ağsuda meşə yanır ...

    28-07-2018, 10:45

  • 
  • Türkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edilib

    Türkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar ...

    31-07-2021, 12:38

  • 
  • Nazirlikdən azad edilmiş ərazilərlə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

    Nazirlikdən azad edilmiş ərazilərlə bağlı əhaliyə ...

    2-06-2021, 14:01

  • 
  • Yanğında ölənlərin sayı 82-yə çatıb

    Yanğında ölənlərin sayı 82-yə çatıb ...

    26-07-2018, 21:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu