Türkiyənin Afyonkarahisar ərazisində dəhşətli qətl hadisəsi baş verib.
Boşanma prosesində olan polis Atilla Aydemir həyat yoldaşını və onun valideynlərini xidməti silahla vuraraq, öldürüb. Belə ki, həyat yoldaşı Gönül Aydemirin atasına evinə getməsi polisi əsəbiləşdirib. Atilla A. qayınatasının evin gedərək, Gönüldən evə qayıtmasını tələb edib. Onlar arasında yarana mübahisəyə qızın ata və anası qarışıb. Polis əməkdaşı üzərində daşıdığı silahla həyat yoldaşına, daha sonra qayınatası Nuray Akdeniz və qayınanası Kadriye Akdenizə atəş açıb. Polis daha sonra həmin silahla başından vuraraq, intihar edib. Silah səslərinə qonşular polisə xəbər veriblər. Şəxslərin meyitləri aidiyyatı qurumlara təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?