GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "2.4 milyonunun 300 mini nağd mənə verilib, amma..."- DTX-nın həbs etdiyi keçmiş rəis Zakir Sultanovun ifadəsi TƏFƏRRÜAT

"2.4 milyonunun 300 mini nağd mənə verilib, amma..."- DTX-nın həbs etdiyi keçmiş rəis Zakir Sultanovun ifadəsi TƏFƏRRÜAT

Tarix: 13-08-2021, 13:00 Bölmə :Cəmiyyət Baxış: 324
"2.4 milyonunun 300 mini nağd mənə verilib, amma..."- DTX-nın həbs etdiyi keçmiş rəis Zakir Sultanovun ifadəsi TƏFƏRRÜAT


Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmənin baxış iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittihamla Zakir Sultanov özünü qismən təqsirli bilib. Hakim xatırladıb ki, Zakir Sultanov istintaqda özünü tam təqsirli bildiyini deyib. Zakir Sultanov isə söyləyib ki, istintaqda da özünü qismən təqsirli bildiyini deyib, amma tam təqsirli bilinməsi kimi qeyd edilib.

Daha sonra Zakir Sultanov ittiham olunduğu epizodlar üzrə ifadə verib.

İlk epizod Masallı Rayon Mədəniyyət Evinin təmiri üçün 2.4 milyon manatın ayrılması və həmin məbləğin 300 min manatının nağdlaşdırılaraq Zakir Sultanov tərəfindən götürülməsidir.

Zakir Sultanov bildirib ki, həmin 300 min manat məbləğin hamısını özünə götürməyib. Bildirib ki, 300 min manatın müəyyən hissəsi ona çatıb, amma əsas məbləğ tikintidə görünməyən və rəsmiləşdirilməyən xərclərə sərf edilib.

Görünməyən xərcləri isə Zakir Sultanov abadlıq işləri, parkların salınması və s. işlər kimi izah edib.

İkinci epizod Lənkəranda tarixi abidənin bərpası üçün ayrılan 1.4 milyon manatın 200 min manatınının nağdalaşdırılaraq ələ keçirilməsidir.

Bu iki epizod üzrə pullar Mətləb Məmmədov adlı şəxsə məxsus şirkətə ayrılıb. Həmin təmir, tikinti və bərpa işlərini Mətləb Məmmədov həyata keçirib.

M.Məmmədiv "Elmi-Bərpa İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub.

Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsində yerləşən Mülsüm Maqomayev adına musiqi məktəbinin təmiri üçün ayrılan vəsaitlərin bir qismi də eyni qaydada nağdlaşdırılıb.

Zakir Sultanov bu epizodlar üzrə danışarkən əlavə edib ki, belə layihələrin rəsmi qurumlardan keçməsi üçün rüsumlar ödənilməli idi. Buna görə də layihənin xərcləri şişirdilirdi. Həmin vəsait də dövlət qurumlarına ödənilirmiş. Zakir Sultanov qeyd edib ki, bu məbləğ rüşvət yox, ödənilməli olan rüsum olub.

Məlum olub ki, bu epizodlar üzrə pullar Elmar Məmmədov adlı şəxs vasitəsi ilə nağdlaşdırılıb.

Başqa bir epizod isə Maştağa qəsəbəsində yerləşən mədəniyyət mərkəzinin abadlaşdırılması üçün layihədir.

İttihamda yazılır ki, layihə başa çatmadığı halda işin tam görülməsi aktlaşdırılıb.

Zakir Sultanov: Mədəni irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zakir Sultanov bunu belə izah edib:

"İl qurtarana yaxın Maliyyə Nazirliyi tərəfindən xəbərdarlıq gəldi ki, ayrılan vəsaitlərin, görülən işlərin hesabatı verilsin. Əgər həmin işin görülməsi göstərilməsəydi, növbəti ildə Maliyyə Nazirliyi pul ayırmayacaqdı".

Başqa bir epizod isə Milli İncəsənət Muzeyinin təmiri üçün ayrılan vəsaitin mənimsənilməsidir.

Bu epizod üzrə danışan Zakir Sultanov bildirib ki, Milli İncəsənət Muzeyi ilə bağlı uzun-uzun danışmaq olar:

"Bu, çox uzun məsələdir. Baş podratçı və subpodratçı şirkət arasında müqavilə oldu. Subpodratçı İtaliya şirkəti idi. 2 ilə nəzərdə tutulan layihə 4 ilə qədər uzandı. Səbəb isə devalvasiya idi. Həmin layihənin başa çatması vacib idi. İtalyan şirkətinə özüm nağd şəkildə 300 min vermişəm. Ümumi olaraq 1 milyon manat əlavə olaraq pul xərcləmişəm. Bunu sübut edəcək şahidlərim də var".

İttihamda daha bir neçə layihə tam həyata keçirilmədiyi halda işlərin başa çatması ilə bağlı aktlar yazılıb. Sonuncu epizod isə 950 manat internet pulunun yazılması və mənimsənilməsi var. Zakir Sultanov bu epizoda gülərək cavab verib.

Deyib ki, istintaq zamanı da müstəntiq deyib ki, bu boyda rəqəmlərin yanına 950 manatı nəyə yazırsan?

"Çox gülməli idi. Bunu müstəntiqə də dedim. Xidmətin saytının yığılması üçün vəsait ayrılmışdı. Həmin istiqamətdə iş görülürdü. Bu məbləğ də oradan götürülüb. Müstəntiqə dedim ki, həmin rəqəmlərin yanına bunu niyə yazırsan?",- deyə Z.Sultanov bildirib.

Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.

Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, Zakir Sultanov İttihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DTX-nin həbs etdiyi xidmət rəisinin məhkəməsinin vaxtı məlum olub

    DTX-nin həbs etdiyi xidmət rəisinin məhkəməsinin ...

    29-07-2021, 12:36

  • 
  • DTX əməliyyat apararkən nazir də orada olub - Saxlanılan şəxslərin adları

    DTX əməliyyat apararkən nazir də orada olub - ...

    8-05-2020, 16:49

  • 
  • Əbülfəs Qarayevin müavini məhkəmə önündə

    Əbülfəs Qarayevin müavini məhkəmə önündə ...

    20-05-2021, 16:55

  • 
  • Nazirin xəstə olması və işə çıxmaması ilə bağlı - Rəsmi açıqlama

    Nazirin xəstə olması və işə çıxmaması ilə bağlı - ...

    19-05-2020, 12:01

  • 
  • Sabiq nazir müavini və xidmət rəisi həbs edildi - Yenilənib

    Sabiq nazir müavini və xidmət rəisi həbs edildi - ...

    9-05-2020, 20:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu