Mədəniyyət nazirinin bu gün vəzifədən çıxarılan və DTX tərəfindən saxlanılan müavini Rafiq Bayramov və Nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov məhkəməyə aparılıb.
DTX-nın istintaq orqanının onlar barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.
Onlarla bağlı qərarı Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev verəcək.
***
Hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar verilib. Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?