GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Ən təhlükəli hal dini dəyərlərlə milli dəyərlərin qarşı-qarşıya qoyulmasıdır” - Hacı Şahin

“Ən təhlükəli hal dini dəyərlərlə milli dəyərlərin qarşı-qarşıya qoyulmasıdır” - Hacı Şahin

Tarix: 17-08-2021, 10:25 Bölmə :Cəmiyyət Baxış: 264
“Ən təhlükəli hal dini dəyərlərlə milli dəyərlərin qarşı-qarşıya qoyulmasıdır” - Hacı Şahin


Niyə toy etmirik və ya öz şəhidlərimizə ağlamırıq - bir daha Məhərrəmlik haqqında; ilahiyyatçı: “Təkcə Kərbəlaya yox, namaza da, Qurana da xurafat qarışa bilər. Biz xurafat qarışdığına görə məsələnin özünü inkar etməməliyik, onu xurafatdan təmizləməliyik”

Azərbaycanda hər il Məhərrəm ayı daxil olduqda ənənəvi müzakirələr başlayır. Bu il də cəmiyyətimizdə Məhərrəmlik fəlsəfəsini sorğulayan, “niyə toy etmirik” sualını verən, 14 əsr öncəki hadisənin unudulmamasından narahatlığını ifadə edənlər, hətta bu il daha irəli gedərək Vətən müharibəsi şəhidləri ilə Kərbəla şəhidlərini qarşı-qarşıya gətirənlər var. Suallar budur ki, 2 ay niyə toy etmək, ailə qurmaq, nişan aparmaq olmaz? Bu, dəyərlərə olan sayğıdır, yoxsa dini maarifçiliyin zəif olduğu dönəmlərdə şüurlara yeridilən xofdur, qorxudur? Kərbəla şəhidləri ilə Qarabağ şəhidlərinin müqayisəsi nə dərəcədə doğru yanaşmadır? Halbuki Qarabağ şəhidləri İmam Hüseyn (ə) fəlsəfəsinə münasibəti də xeyli dəyişib. İmam Hüseyn məktəbi zalıma qarşı dayanmağın, zülmə boyun əyməməyin ən doğru təqdimatı, nümunəsinə çevrilib.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan İlahiyyatçı Hacı Şahin Həsənli bildirdi ki, bir hadisə 14 əsrdir yaşayırsa, özü də kitablarda yox, qəlblərdə yaşayırsa, insanlar bunu hər il qeyd edirsə, artıq düşünməyə dəyər: “Mən ziyalılarımızı da bu mövzu ilə bağlı düşünməyə dəvət edirəm. Onu da bilməliyik ki, Kərbəla hadisəsi həm də bütün yasaqlara - Xilafət dövründəki qadağalara, sovet dövründəki qadağalara və sairə rəğmən. Artıq elə bir zaman deyil ki, deyək bu hadisəni 5-10 nəfər cahil insan gedib xurafatçı əməllər edərək yada salır. Məhərrəmliyin yaşadılması artıq dünyada kütləvi hal alıb. Avropa ölkələrinin müxtəlif paytaxtlarında qeyd olunur. Türkiyədə, İstanbulda hər il Halkalıda böyük bir izdihamla bu mərasim qeyd olunur. Dünyanın hər yerində Məhərrəmlik məclisləri keçirilir və bundan qorxmaq lazım deyil, ziyalılar buna kənardan baxmamalıdırlar. Araşdırmaq lazımdır ki, səbəb nədir? Səbəb əlbəttə ki, İmam Hüseynin (ə) şəxsiyyəti ilə bağlıdır. Bu tarixdə misli görünməmiş bir hadisədir. Peyğəmbərimizin ən yaxın insanları Kərbəla çölündə qətlə yetirilib. Sıradan bir hakimiyyət savaşı deyil, hakimiyyət uğrunda savaşlar tarixdə çox olub, saysız-hesabsız insanlar ölüb. Ancaq onların heç biri insanlar tərəfindən bu şəkildə yad olunmur. Əksinə, İmam Hüseynin (ə) özü deyir ki, mən fəsad törətmək üçün yox, babam peyğəmbərin dini olan İslam dinini yaşatmaq üçün, İslam ümmətini islah etmək üçün bu hərəkatı başlayıram. Bu hərəkatda niyyət başdan-ayağa Allah rizası üçün idi, minlərlə insanın içindən seçilmiş insanlar Kərbəla çölünə toplaşmışdı. Kərbəla hadisəsində saysız- hesabsız dərslər, örnəklər var. Bunu hər il qeyd etməklə əslində o örnəkləri də yaşadırıq”.

İlahiyyatçı vurğuladı ki, Kərbəla hadisəsi ilə manipulyasiya edən müəyyən qruplar tarix boyu olub: “İfrat əzadarlıq elementləri də hər zaman olub. Bəzi ölkələrdə bu gün də var ki, insanları baş yarır, qan tökür və sair bu kimi düşünülməmiş addımlar, radikal hərəkətləri ilə Kərbəla hadisəsinə də ən böyük zərbəni vurmuş olur. Dinimiz əslində bunu qadağan edir. Birmənalı şəkildə insanlar öz bədənlərinə xəsarət yetirə bilməzlər. Bu, yolverilməz haldır”.

Hacı Şahin Həsənli əza məclislərində mərsiyə oxunub, sinə vurulmasına münasibət bildirərək qeyd etdi ki, bu, məsələnin emosional tərəfidir: “Dinimiz bir çox məsələləri həm rasional, həm emosional müstəvidə insanlara çatdırır. Deyirlər, olmaz ki, biz, sadəcə, İmam Hüseynin (ə) haqqında danışaq. Biz onsuz da danışırıq, hər il bu hadisənin mahiyyətini təhlil edirik. Mən özüm də çıxışlar edirəm. Ancaq daha sonra bu hadisənin insanların ruhuna, təfəkkürün emosional qatlarına sirayət etməsi lazımdır. Bu, insanlara müsbət enerji ötürür. İnsan o məclisdən çıxanda qəribə, ona tanış olmayan hisslər keçirir. Orada insanları cəzb edən də elə budur. Əlbəttə, məsələ qaragünlükdən, ağlamaqdan, sızlamaqdan getmir. Burada söhbət müsbət düşüncənin insanların qəlbinə yol tapmasından gedir. Həmin insanların qəlbləri mərhəmət hissi ilə dolursa, bu, cəmiyyətdə xeyirxah hisslərin artmasına gətirib çıxarır”.

İlahiyyatçı vurğuladı ki, Qarabağ savaşında biz şəhidlik düşüncəsinin nə qədər təsirli olduğunu gördük: “İllərlə insanlara məscidlərdə Kərbəla hadisəsini aşılayırdıq. İllər öncə mən demişdim ki, savaş başlayanda bu məktəbin, İmam Hüseynin (ə) şəhadət məktəbinin nə dərəcədə faydalı olduğunu bir daha görəcəyik. Döyüş meydanlarında bunu gördük. Kərbəla hadisəsi inancından asılı olmayaraq hər kəs üçün məktəbdir və mən şəhidlərimizi inancına görə bölmək istəmirəm. Bu savaşda xalqımız bütünlüklə qəhrəmanlıq göstərdi. Mən o qəhrəmanları hər hansı qrupa aid etmək istəmirəm. Kərbəla hadisəsi də hər hansı bir qrupun inhisarında olmamalıdır, bu, ümumbəşəri məsələdir. Hətta sünni, şiə mövzusu da deyil, İmam Hüseyn (ə) bütün müsəlmanlar üçün əzizdir. Kərbəla hadisəsi bir vəhdət nöqtəsidir”.

Məhərrəm və Səfər aylarında toyların keçirilməməsi məsələsinə gəlincə, Hacı Şahin vurğuladı ki, bu məsələni olar-olmaz kontekstində dəyərləndirmək doğru deyil: “Burada bir şəriət hökmü yoxdur. Bu, insanların qəlb məsələsidir. İnsanlar böyük bir faciənin ildönümündə əsrlərlə toy etməyiblər və insanları heç kim buna məcbur etməyib. Bu gün də heç kimin səlahiyyəti yoxdur ki, qadağa qoysun. Toy etmək istəyən edir, sadəcə, insanlar var ki, o toya dəvəti qəbul etmirlər. Mən razıyam ki, İslamda dini düşüncənin islahata ehtiyacı var. İslam dini ilahi bir dəyərdir, onun islahata ehtiyac yoxdur, amma dini düşüncənin islahata ehtiyacı var. Lakin islahat adı ilə də hər şeyi inkar edə bilmərik. İlahiyyatçılar var ki, islahatçı imici formalaşdırır və hər bir şeyi inkar etməyə çalışırlar. Hətta guya hansısa islahat aparmaq kimi bir missiya üzərinə götürürlər. Ancaq bu çıxışlar həddindən çox populist xarakter daşıyır. Biz isə dini düşüncənin islahatı ilə bağlı addımlar atırıq. Bu, bəzən ağrılı olur, bəzən çox oturuşmuş, daşlaşmış düşüncələr olur. Onların dəyişdirilməsi cəhdləri olar, amma bütün dəyərlərimizi hədəfə almamalıyıq. Azərbaycanda insanların böyük əksəriyyəti dünyagörüşündən, məzhəbindən, hətta dinindən asılı olmayaraq bu adətə sayğı ilə yanaşırlar. Sovet dövründə hətta xristianlar da bu adətə sayğı ilə yanaşırdı, o günlərdə şadlıq mərasimləri keçirmirdilər”.

İlahiyyatçı onu da qeyd etmək etdi ki, bu günlərdə ən təhlükəli bir hal dini dəyərlərlə milli dəyərlərin qarşı-qarşıya qoyulmasıdır: “Bu çox yanlış bir şeydir. Biz əslində real həyatda daha çox milli dəyərlərlə dini dəyərlərin vəhdətini görürük. Sosial şəbəkədə isə bu iki istiqamət üz -üzə qoyulur. Real həyatda bütün bunlar vəhdətdədir və bizim xalqımız ondan faydalanır. Biz öz şəhidlərimizlə Kərbəla şəhidlərini qarşı-qarşıya qoymamalıyıq, İmam Hüseyn (ə) ərəb hərəkatının lideri deyil, yalnız ərəblərə məxsus deyil, o, bəşəri dəyərlər və ideyalar uğrunda şəhid olub. Azərbaycan xalqının dəyərləri də bununla üst- üstə düşür. İmam Hüseyn (ə) bu gün bütün dünyanın diqqətini cəlb etmiş şəxsiyyətdir. Kərbəla şəhidlik məktəbidir, Aşura günü şəhidlik günüdür və həmin gün biz bütün şəhidlərimizi yad edirik. Məscidlərdə şəhidlərimizin fotoşəkillərini əks etdirən şəkillər olur, insanlar onları ziyarət edir. Müqəddəs günlərdə biz Vətən şəhidlərini yad edirik. Bunların biri digərinə mane olmur, bir-birini tamamlayır. İmam Hüseynin (ə) şəhadətinə sayğı ilə yanaşan insan Vətən uğrunda şəhid olanlara da eyni sayğı ilə yanaşır, böyük hörmətlə yanaşır. Ona görə də inancların, dəyərlərin bu şəkildə müzakirə olunmasının əleyhinəyəm. İnsanlar fikirlərini sərbəst şəkildə ifadə edə bilərlər, amma din bir qədər həssas mövzudur. İnsanların hissiyyatına toxunur, böyük bir kütlənin hörmət etdiyi şəxsiyyətləri bu şəkildə hədəfə almaq, onu iki ərəbin vəzifə savaşı kimi göstərmək doğru deyil. Ərəb tarixində vəzifə uğrunda çox savaşlar olub. Bəs İmam Hüseyn (ə) digərlərindən fərqləndirən hansı cəhətdir? Bəlli olur ki, Kərbəla qəhrəmanları tarixdə ən böyük insanlar olublar, onlar insanlara alturist duyğuları aşılayıblar, fədakarlığı, insanlara təmənnasız yardımı aşılayıblar. Bundan ehtiyatlanmaq yox, bunu araşdırmaq, təbliğ etmək lazımdır. Bəzən bizim inancımıza xurafat qarışır. Təkcə Kərbəlaya yox, namaza da, Qurana da xurafat qarışa bilər. Biz xurafat qarışdığına görə məsələnin özünü inkar etməməliyik, onu xurafatdan təmizləməliyik”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabah Məhərrəmlik başlayır

    Sabah Məhərrəmlik başlayır ...

    21-09-2017, 22:48

  • 
  • Məhərrəmlik nə vaxt başlayır? - Fətva verildi

    Məhərrəmlik nə vaxt başlayır? - Fətva verildi ...

    27-08-2019, 12:57

  • 
  • Məhərrəm ayının başlama vaxtı açıqlanıb

    Məhərrəm ayının başlama vaxtı açıqlanıb ...

    21-08-2018, 13:22

  • 
  • Qafqaz Müsəlmanları İdarəsindən Məhərrəm ayı AÇIQLAMASI

    Qafqaz Müsəlmanları İdarəsindən Məhərrəm ayı ...

    17-08-2020, 14:49

  • 
  • Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

    Məhərrəm ayının başlanacağı tarix açıqlanıb ...

    14-08-2019, 13:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu