GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DİN əməliyyat keçirib, 20 narkotacir tutulub - Foto

DİN əməliyyat keçirib, 20 narkotacir tutulub - Foto

Tarix: 18-08-2021, 10:53 Bölmə :Cəmiyyət Baxış: 397


Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının paytaxtın Nizami və Yasamal rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələri qəbul edib hissə-hissə onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edən, həmçinin narkotik vasitələrin satışından əldə edilən çirkli pulların müxtəlif yollarla xarici ölkələrdəki banklara transfer olunmasına köməklik göstərən Xəyal Quluzadə, onun tanışı Aydın Kərimov və Zaur Məmmədov saxlanılıblar. Xəyal Quluzadə və Aydın Kərimovun üzərində şəxsi axtarış aparılan zaman onlardan 100 qrama yaxın, paytaxtın Nizami rayonunda yaşadıqları evdən isə əlavə 3 kiloqram 205 qram heroin, 794 qram tiryək, 2 kiloqram 400 qram marixuana və 1 kiloqram 30 qram metamfetamin aşkar olunub. Zaur Məmmədovun üzərindən və yaşadığı evdən isə ümumilikdə 11 kiloqram 650 qram heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, Xəyal Quluzadə, Aydın Kərimov və Zaur Məmmədov xaricdə yaşayan narkotacirlərlə əlaqə yaradaraq onlar üçün ölkə ərazisində narkokuryerlik edən yerli vətəndaşlardan ibarət şəbəkə yaradıblar. Bu şəxslər narkokuryerliyə cəlb etdikləri şəxslərə müxtəlif şirnikləndirici vədlər verərək onları ələ almağa çalışıblar.

Qeyd edək ki, Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində şəbəkəyə daxil olan şəxslərin anket məlumatları dəqiqiləşdirilib. Həmin narkokuryerlərin də saxlanılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan əməliyyatlar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Baş İdarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri növbəti əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər – Elçin Məmmədov, Əzizbala Məmmədov və Zülfü Həsənov saxlanılıblar. Elçin Məmmədovun üzərindən 204 qram heroin, yaşadığı evdən isə 314 qram metamfetamin aşkar edilib. Əzizbala Məmmədov və Zülfü Həsənovdan isə ümumilikdə 6 qram heroin, 29 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Mirvaqif Bağırov, Zərbəli Şahverdiyev və Qurban Yusifov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 12 qrama yaxın heroin və elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Nərimanov və Qaradağ rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı da narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Ramin Abdullayev və Ələsgər Zərbəliyev saxlanılıblar. Ramin Abdullayevin üzərindən və yaşadığı evdən 126 qram metamfetamin və 221 qram heroin , Ələsgər Zərbəliyevin üzərində şəxsi axtarış aparılan zaman isə 50 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Sumqayıt şəhəri Corat qəsəbəsində həyata keçirdikləri sonuncu əmliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüqar Mehtiyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 51 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 30 qram heroin aşkar edilib. Araşdırma zamanı Vüqar Mehtiyevin Sumqayıt şəhəri və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduğu məlum olub.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən rayonun Şahağacı kənd sakinlərindən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. Nəticədə kənd sakinləri əvvəllər məhkum olunmuş Əlibala Məmmədov, Fazilə Rzayeva, Şəhruz Quliyev, Ramin Ağayev, Şəhriyar Mirzəyev və İsmayıl Mirzəyev tutulublar. Dəstə üzvlərinin hər birinin üzərindən və yaşadıqları evlərdən ümumi çəkisi 316 qram olan heroin və metamfetamin aşkar edilib.

Qeyd olunub ki, adları sadalanan şəxslərin ətraflarında əməliyyat tədbirləri həyata keçirilən zaman onların xaricdə yaşayan və ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələrinin mövcudluğu ortaya çıxarılıb. Araşdırma zamanı bu şəxslərin narkotik maddələrin ölkə ərazisində yayılması üçün kuryerlik edikləri və satışı ilə məşğul olduqları məlum olub.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran şəhəri və Biləsuvar rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik maddələrin dövriyyəsi ilə məşğul olan Şahin Ağayev və Ramil Quluzadə də saxlanılıb. Şahin Ağayevinin yaşadığı evdən ümumi çəkisi 74 qram olan heroin, eləcə də metamfetamin, Ramil Quluzadədən isə 2 kiloqram 322 qram marixuana aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslərdən 19-u məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan, 1 nəfər haqqında isə alternativ növdən olan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqdim etdiyimiz sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərdən bəziləri aktiv narkotik vasitə və psixotrop maddə istifadəçisidirlər. Müayinələr zamanı bu şəxslərin bir neçəsinin narkotik vasitə istifadə etməsi nəticəsində insan həyatı üçün olduqca təhlükəli olan hepatit və QİÇS virusuna yoluxduqları və daşıyıcıları olduqları müəyyən edilib.
Odur ki, sağlam gələcək naminə vətəndaşlara bir daha müraciət edərək onları narkotik vasitələrdən uzaq durmağa səsləməklə yanaşı bu maddələrin qanunsuz dövriyyəsi barədə əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməyə çağırırıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polis əməliyyatlar keçirdi, dövriyyədən 35 kq narkotik çıxarıldı - VİDEO

    Polis əməliyyatlar keçirdi, dövriyyədən 35 kq ...

    7-06-2021, 11:01

  • 
  • DİN daxil olan məlumatlar əsasında hərəkətə keçdi -FOTO/VİDEO

    DİN daxil olan məlumatlar əsasında hərəkətə keçdi ...

    15-07-2021, 13:38

  • 
  • DİN əməkdaşları 8 milyon manatlıq narkotik maddəni qanunsuz dövriyyədən çıxarıblar - FOTOLAR

    DİN əməkdaşları 8 milyon manatlıq narkotik ...

    12-09-2020, 22:37

  • 
  • Azərbaycanda narkotik maddələrin onlayn satışı ilə məşğul olan dəstə üzvləri tutulub

    Azərbaycanda narkotik maddələrin onlayn satışı ...

    2-12-2017, 21:23

  • 
  • DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotacirlərə qarşı əməliyyat keçirib

    DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi ...

    8-01-2020, 17:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu