Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması nəzərdə tutulur.
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi qeyd edib ki, pandemiya hələ bitməyib.
“Yəqin ki, Operativ Qərargahın bu məsələ ilə bağlı qərarı olacaq”, - deyə Ş. Mövsümov vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?