Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin sabiq rəisi Əliağa Əsgərbəyli əmisi tərəfindən bıçaqlanıb.
Hadisə Xaçmaz rayonunda baş verib. Belə ki, əmisi Ə.Əsgərbəylini bıçaqladıqdan sonra intihar edib. Əliağa Əsgərbəyli yaralı halda Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Əliağa Əsgərbəyli avqust ayının 19-da Siyəzən DYP-nin rəisi vəzifəsindən azad edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?