Nabranda polis və vətəndaşlar arasında dava – REAL GÖRÜNTÜLƏR 62 sürücü barədə protokol tərtib edildi.
Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həftə sonu Nabran qəsəbəsi ərazisində reyd keçirib.
gundemxeber.az APA TV-yə istinadən xəbər verir ki, reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər barədə protokol tərtib edilərək, qanunamüvafiq tədbirlər görülüb. Bəzi hallarda sürücülər polis əməkdaşlarını tələblərinə əməl etməkdən boyun qaçırdıqda tərəflər arasında qarşıdurma yaranıb.
Xaçmaz Dövlət Yol Polisi Bölməsinin rəisi Əliağa Əsgərbəylinin verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 62 sürücü barədə protokol tərtib edilib.
Əliağa Əsgərbəyli bildirib ki, reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?