GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda intihar edən gənc qadının anası: “Əri vəhabi idi, qızımı “meşok”a keçirib...” - Foto

Bakıda intihar edən gənc qadının anası: “Əri vəhabi idi, qızımı “meşok”a keçirib...” - Foto

Tarix: 26-08-2021, 13:09 Bölmə :Cəmiyyət Baxış: 320


Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonunda yaşayan, 1990-cı il 26 may təvəllüdlü Nəbizadə Turan Məmmədəli qızı 22 avqust 2021-ci il tarixində yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
Ata-anası Rusiya Federasiyasında yaşayan Turanın valideynləri cəsədi morqdan götürəndə, 10 illik ailədən heç kim morqa gəlməyib və dəfndə iştirak etməyib. Turanın uzun müddət ailədaxili psixi zorakılığa məruz qaldığı deyilir.
Qeyd də edək ki, Turan Nəbizadənin qayınatası alim, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyevdir. O, uzun müddət yüksək vəzifələrdə çalışıb, hətta bir müddət Dövlət Əmək Müfəttişliyinin rəhbərlikdə təmsil olunub.
Gundemxeber.Az Cebhe.info-ya istinadən xəbər verir ki, Rauf Tağıyev sayta açıqlamasında deyib ki, Turanın evlənmədən öncə də psixoloji problemləri olub, hətta ruhi dispanserdə də uzun illər müalicə alıb. O, gəlinini ruhi xəstə adlandırıb.
Məsələyə aydınlıq gətirmək üçün cebhe.info-nun əməkdaşı mərhumun anası Yeganə Aslanova ilə əlaqə yaradıb.
Yeganə Aslanova saytımıza açıqlamasında bildirib ki, qızında heç bir problem olmayıb, onu intihar həddinə qayınatası Rauf Tağıyev, qayınanası Nailə Tağıyeva və həyat yoldaşı Şahin Tağıyev çatdırıb:
"Rauf yalan danışır. Öldürən adam hər şey deyər, sabah hələ başqa şey də deyəcək. Mən balamın evinə qonaq gələndə də orada Rauf müəllimdən, onun yoldaşı Nailədən təzyiqlər gördüm. Mənim balamı da aşağıladılar. Dedilər, sən savadsızsan, sən pulla oxumusan. Allah şahiddir ki, mənim övladım öz biliyinə oxuyub, Rusiya o şaxtalı havalarda ağıllı-başlı dərsinə gedib-gəlib. Bu adamın 4 diplomu var. Necə ola bilər ki, ruhi dispanserdə yatsın? Gül kimi bala vermişdim onlara.
Mənim övladımı psixoloji cəhətdən pis duruma salan qayınatası Rauf, qayınanası Nailə və yoldaşı Şahindir. Mən onların evinə gedəndə, gözümün qabağında qızımı Nailə ilə Raufun bir tək döymədikləri qaldı. Ona yalnız Şahin tərəf dururdu, onu da öyrətdilər. Nailə mənə dedi ki, iki ildir Şahin sənin qızının idi, indi sevinirəm, çünki mənimdir, istədiyimə nail oldum. Mənim qızıma deyib ki, mən Nailə deyiləm, əgər səni bu evdə arvad eləsəm, qoymayacağam ki, sən bu evdə arvad olasan. Əvvəl pişim-pişim etdilər. Qızım ərə gedəndən sonra yoldaşımı o evdən pis sözlərlə qovdular. Onlarda tərbiyə, namus, qeyrət - heç nə yoxdur".
Həmsöhbətimiz qarşı tərəflər bağlı bir sıra iddialar da səsləndirib:
"Həyat yoldaşı Şahin Tağıyev vahabi olub və Turanı Suriyaya aparmaq istəyib. Nailə isə milliyyətcə ermənidir. Nailənin anası Gilə xanım ermənidir. Mənim yoldaşım qazidir, Qarabağda vuruşub. Nailə də erməni olduğu üçün mənim yoldaşıma pis baxırdı. Deyirdi ki, kişisənsə, erməniləri vurma, get, Suriyada döyüş. Bu düzgündür? Ona görə də həmişə mənim qızıma qarşı çıxdı. Özü ateist idi, deyirdi ki, gəlin başını örtməməlidir. Dedim ki, sən başa düş, sənin oğlun molladır, bu qızla evlənir, başı örtülməlidir.
Necə qarşı dura bilərik? Çox əfsuslar olsun, mən sonradan anladım ki, qızımın yoldaşı Şahin vahabidir. Sumqayıtda bir kampaniya vardı, Suriyaya pul göndərirdi. Şahin onlara qoşulmuşdu. Özünün də ürəyindən keçirmiş ki, arvadını da götürüb gedib Suriyada döyüşsün. Mən qızıma dedim ki, sən oxumuş adamsan, bu yoldan qayıt. Allaha səcdə elə, namazını qıl, amma başqa şeylər lazım deyil".
Y.Aslonovanın sözlərinə görə, Turanı sağlam olduğu halda ərinin ailəsi ruhi dispanserə qoymaq istəyib:
"Övladının 3 yaşı olanda mənim uşağımı xəstə elədilər. Hələ bizdən icazəsiz Maştağadan təcili tibbi yardım çağırıblar. İstəyiblər ki, ora göndərsinlər. Deyiblər, qızın nə atası, nə anası var, götürün, aparın, dəlidir. Niyə o həkimlər qızımı aparmadı? Çünki mənim uşağımda problem yox idi. Mənim uşağımı qorxudan bu həddə çatdırdılar. Həkimlər də deyib ki, bunun ailəsinin telefonunu verin.
Sonra digər qızımı həkimlər tapıb deyiblər ki, sənin bacını bunlar dəlixanaya salmaq istəyirlər. Bu dəlidirsə, niyə evi yandırmadı? Niyə kiməsə xəsarət yetirmədi? Niyə özünü doğramadı? Niyə balasına nəsə eləmədi? Balalarını qoruyurdu ki, heç kim onlara nəsə edə bilməz. Bilirsiniz, balalarını qorumaqdan niyə qorxurdu? Çünki Nailə onu o həddə çatdırmışdı. Sabunçuda psixatriya xəstəxanası var, orada Əsmayə həkim onu müalicə etmişdi. O, uşağımın halını görəndən sonra dedi, yoldaşını da çağırın. Şahinə dedi ki, sən bu qızı niyə bu həddə çatdırmısan?"
Mərhumun anası deyib ki, həyat yoldaşı Şahin qızını hər şeydən məhrum edib, hətta çölə çıxmağa da qoymayıb:
"Qapı, pəncərələr bağlı, ancaq Quran, dua oxumalısan. Heç yerə getmək olmaz, televizora baxmaq olmaz, ancaq evdə oturmalısan. Dırnaqlarına boya çəkməyə də qoymurdu ki, sənə kişilər baxar. Bu, nə deməkdir? Çox adam başına hicab örtür. Niyə 21 yaşında balama "meşok” geyindirdi? Nailənin, Raufun, Şahinin üzünə baxın, görün, xəstə kimdir. İndi məlum deyil ki, mənim uşağım özü-özünü atıb, yoxsa Rauf, Nailə, Şahin əlbirliyi ilə qızımı öldürüb tullayıblar. Mənim uşağım 6-cı mərtəbədən düşənə bənzəmir. Hansı ata-ana istəməz ki, balasını bəladan xilas etsin? Mənim qızım uşaqlarına görə orada oturdu. Şahin iki nəvəmlə qızımı qorxutdu ki, sən bu evdən çıxsan, səni iki balana həsrət qoyacağam, verməyəcəyəm. Əməyimi onlara halal eləmirəm. Balamın ailəsini dağıtmamaq üçün ora getmədim”.
Yeganə Aslanova deyir ki, nəvəsini də qızının taleyi gözləyir:
"Mən bu işi bu yerdə qoymayacağam. Nəvəmin 9 yaşı var. O qızı da Turanın aqibəti gözləyir. Nəvəmin başına hicab keçirib Suriyaya göndərəcəklər, ya da dədəsi yaşında kişiyə verəcəklər. Nəvəm mənə dedi ki, Nailə nənəm deyir ki, nənən xəstədir, anana keçib, sənə də keçə bilər. Bunu hansı nənə deyər? Şahinə yazdım ki, anana de, belə etməsin, ayıbdır, məni bloka atdı. Qızıma yalvarırdım ki, balam, ona ərə getmə, dedi ki, gedəcəyəm. Özünü də bu günə qoydu. Haqq-ədalət ortaya çıxsın, üçü də həbs olunsun”.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda ruhi xəstə özünü asdı

    Bakıda ruhi xəstə özünü asdı ...

    28-11-2015, 14:21

  • 
  • Bakıda 36 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq öldürüb

    Bakıda 36 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq ...

    12-03-2015, 21:21

  • 
  • Arda Turanın həyatı kitab olacaq

    Arda Turanın həyatı kitab olacaq ...

    16-12-2014, 11:43

  • 
  • Ermənistana keçən qadının görüntüləri yayıldı

    Ermənistana keçən qadının görüntüləri yayıldı ...

    10-06-2016, 00:27

  • 
  • Turanın "ATV səhər"i yenidən bağlandı?

    Turanın "ATV səhər"i yenidən bağlandı? ...

    26-09-2017, 23:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu