Gəncədə küçəyə atılan körpənin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Gəncə şəhər 2 saylı uşaq xəstəxanasından məlumat verilib:
“30.08.2021-ci il tarixdə Gəncə şəhər Adilxanlı küçəsində polis əməkdaşları tərəfindən atılmış uşaq tapılıb və uşaq xəstəxanasına təhvil verilib. Uşağın çəkisi 7 kiloqram, boyu 64 sm, təxmini 5-6 aylıq.
Körpə həkimlər tərəfindən müayinə edilib, ümumi vəziyyəti praktiki sağlam qiymətləndirilib. Bu barədə icra hakimiyyətinə və qəyyumluq komissiyasına məlumat verilib”.
09:32
Gəncədə dörd aylıq körpə küçəyə atılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.
Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi.
Gundemxeber.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?