GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tarix yazan “Alaşkert”, tənəzzül edən “Neftçi”

Tarix yazan “Alaşkert”, tənəzzül edən “Neftçi”

Tarix: 7-09-2021, 21:44 Bölmə :Cəmiyyət Baxış: 617


Ən yüksək hədəflər üçün "Neftçi"dəyik.

Samir Abbasov


“Neftçi”nin sükanı arxasına keçən Samir Abbasov yuxarıdakı ifadə ilə çox böyük vəd versə də, ötən ölkə çempionatında “Qarabağ”ın vacib xallar itirməsi və hakimlərin müstəsna “kömək”likləri sayəsində çempionluqdan başqa heç bir yüksək hədəfi fəth edə bilmədi. “Neftçi”nin avrokuboklarda fiaskolu çıxışı sübut etdi ki, ölkənin ən qocaman klubunun rəhbərliyi və baş məşqçisi yalnız boğazdan yuxarı populist vədləri ilə “pəhləvanlığ”ı bacarır. 

25 ildən çoxdur avrokuboklarda çıxış edən, 2008-ci ildə “İntertoto kuboku”nda iki mərhələ keçən, UEFA Avropa Liqasının (AL) 2012-2013-cü illər mövsümünün qrupunda oynamaqla müasir Azərbaycan futbolu tarixində ilkə imza atan “Neftçi” nə qədər enişli yollardan keçsə də, avrokuboklarda keçirdiyi son 4 oyundakı nəticələri kimi rüsvayçılığı  olmamışdı. 

Necə olur ki, 10 il bundan əvvəl AL-nın qrup mərhələsində oynayan klub daha da inkişaf etmək əvəzinə ildırım sürəti ilə deqradasiyaya məruz qaldı?! 

2013-cü ildən bu yana “Neftçi” avrokuboklarda ən yaxşı halda iki mərhələ keçə bilib. Qarşılarında “Çin səddi”nə çevrilən komandaların əksəriyyəti əslində keçiləsi rəqiblər olub, hətta adından qorxduğumuz “Olimpiakos”da. Yunanıstan nəhənginə hər iki oyunda minimum hesablarla uduzan ağ-qaralar, Finlandiya “HİK”i, İsrailin “Makkabi Hayfa”sı ilə oyunlarda darmadağın olundu. Ümumilikdə ölkə çempionatındakı oyunlarını da nəzərə alsaq, ağ-qaralar son 10 oyunda qapısından 19 top buraxıb. Hansı ki, ötən ölkə çempionatının dörd dövrəsində 25 top buraxmışdı. Bu statistika onu göstərir ki, komandanın müdafiə xətti iflic vəziyyətindədir. Ümumilikdə isə klub batmaqda olan gəmini xatırladır. Belə bir ifadə var: “Batmaqda olan gəmini ən birinci siçanlar tərk edər”. Burulğana düşən Neftçi donanmasını isə ən birinci aparıcı oyunçusu Namiq Ələskərov tərk etdi, özü də qalmaqalla. Klubla müqaviləsi olan futbolçu heç kimin xəbəri olmadan başqa klublarla danışıqlar aparır, günlərin bir günü isə bəlli olur ki, “Neftçi”yə məxsus futbolçu artıq başqa klubun oyunçusudur. "Xala, xətrin qalmasın" deyə, şəxsi hesabından da köhnə klubuna 50 min avro "şirinlik" göndərir ki, məsələni şişirtməyin. Ən əsası nə baş məşqçinin, nə də aidiyyatı digər şəxslərin bu komediyadan xəbərləri yoxdur. "Fil qulağında yatan" Samir Abbasov "Makkabi Hayfa" ilə oyundakı fiaskodan sonra yuxudan oyanaraq, “heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq” deməsi ilə futbol ictimaiyyəti və azarkeşlər arasında ikraha səbəb olur. Görəsən, “çempionluq” eyforiyasına düşən Samir Abbasov, klubun seleksiyaçı məşqçiləri,  prezidenti Kamran Quliyev avrokuboklara hazırlıq ərəfəsində nə işlə məşğul idilər?! Heyətin avrokuboklarda yetərli olması üçün lazımi futbolçular niyə cəlb olunmadı?! Baş məşqçi niyə komandanın oyununu kollektiv üzərində yox, fərdi futbolçular üzərində formalaşdırmışdı?! Bütün bu sualları vaxtında həll etməyən aidiyyatı şəxslər ölkənin ən qocaman klubunu yaşıl meydanlarda rüsvay edəndə, düşmən ermənilərin çempionu “Alaşkert” tarix yazdı. Özü də tarixi yazan əsas fiqur klubun baş məşqçisi Aleksandr Qriqoryandır. O Aleksandr Qriqoryan ki, onun Samir Abbasovdan fərqli olaraq uğurlu futbolçu karyerası olmayıb. O, artıq 20 yaşında qarşısına peşəkar baş məşqçi olmağı hədəf qoyur. Onun baş məşqçi karyerası daha çox Rusiya futbolu, əsas da qadın futbolu ilə bağlıdır. Ən böyük uğurları da məhz Şimal qonşumuzun qadın futbol klubları ilə qazanıb. Beləki, A.Qriqoryanın rəhbərlik etdiyi “Lada” qadın klubu dörd dəfə Rusiya Kubokunu qazanır, bir dəfə Rusiya çempionu olur. Ardınca digər qadın klubu “Zvezda 2005”lə ölkə daxilində bütün titulları qazanmaqla yanaşı, komandasını 2009-cu ildə qadınlar arasındakı UEFA ÇL-ın finalçısı da etməyi bacarır. Qadın futbolunda uğurlar qazandıqdan sonra bir çox Rusiya klublarının, o cümlədən "Anji", "Tambov" kimi klubların sükanı arxasında olur. İkinci klub məhz onun sayəsində Rusiya Premyer Liqasına vəsiqə qazanır. A.Qriqoryan Rusiya futbolunda (həm kişi, həm də qadın) kifayət qədər uğurlar əldə etdikdən sonra özünü vətəni Ermənistanda sınamaq qərarına gəlir. 2019-2021-ci illərdə "Urartu" klubunun sükanı arxasına keçir, lakin uğur qazanmayaraq istefa verir. 2020-2021-ci il mövsümünün sonuna səkkiz gün qalmış “Alaşkert” klubuna keçir və komandanı çempion edir. Onun bu uğuru Ermənistanın bütün idman mətbuatında “8 günə çempionluq qazanan baş məşqçi” başlıqlı yazılarla ölkə gündəmini zəbt edir. Ardınca ÇL-nın I mərhələsində Uelsin “Konas” klubunu məğlub edir. II mərhələdə “Şerif”lə bacarmayaraq AL-ya yuvarlanır. Burda özündən qat-qat güclü Qazaxıstan “Kayrat”ını məğlub edərək pley-off mərhələsinə keçməklə, Şotlandiyanın ən titullu, 150 yaşlı “Reyncers” klubuna rəqib olur.  Çoxları düşünürdü ki, Stiven Cerrardın rəhbərlik etdiyi “Reyncers” erməniləri darmadağın edərək məsələni ilk oyunda həll edəcək və A.Qriqoryanı rüsvaycasına Ermənistana yola salacaq. Lakin gözlənilənlərin əksinə olaraq  A.Qriqoryanın komandası şotlandlara son dərəcə ciddi müqavimət göstərdilər. Yekunda Qlazqo təmsilçisi çətinliklə 1-0 hesabı ilə matçı başa vurdu. Ermənistandakı cavab oyununda “Alaşkert” daha güclü pressinq tətbiq edərək  alınmaz qalaya çevrilir. Hətta 50 dəqiqədən çox 10 nəfərlə oynayan A.Qriqoryanın komandasına "Reyncers" nə qol vura, nə də qalib gələ bilir. Nəticədə matç qolsuz heç-heçə ilə bitir. “Alaşkert”in AL macərası bitsə də, Konfrans Liqasının (KL) qrupuna vəsiqəni təmin etməklə, avrokubokların qrup mərhələsinə düşən ilk Ermənistan klubu kimi tarix yazır. 

Xüsusi olaraq vurğulayım ki, “Alaşkert” klubu yarandığı gündən (1990-cı ildən) onun sükanı arxasında ancaq erməni məşqçilər dayanıb ki, nəticəsi də göz önündədir. Sovet dövrünü nəzərə almasaq, 1992-ci ildən bu yana "Neftçi"də yerli-əcnəbi kimlər gəldi, kimlər getdi, amma ağ-qaralılar zirvələri fəth edə bilmədi. “Neftçi”nin CL-dan guppultu ilə Azərbaycan Premyer Liqasına yuvarlanmasında əsas pay sahiblərindən ən birincisi olan Samir Abbasov olub keçənlərə bu cür şərh verir:

“Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq. "Neftçi" avrokuboklarda oynamaq üçün hazır deyil”.

Bu ifadəsi ilə Samir Abbasov da “Neftçi”nin tarixində uğursuz və səmərəsiz baş məşqçilər halqasına qoşulmuş oldu.  

Populistliklə önə çıxan, amma bir kibrit çöpü kimi tez sönən, ağ-qaraların baş məşqçisindən fərqli olaraq, düşmən ölkənin futbol klubunun baş məşqçisi A.Qriqoryan müsahibələrinin birində vurğulayır: 

“Futbol üzrə hegemonluğunun olub-olmamasından asılı olmayaraq istənilən ölkədə ciddi klub yaratmaq olar” 

Düşmən ölkənin futbol klubunun baş məşqçisinin dedikləri ilə əməlləri göz önündədir. 

Beləliklə, 26 avqust 2021-ci il təqvimi futbol tarixində özünəməxsus iz qoydu. Acından ölən, UEFA reytinqində 43-cü pillədə qərarlaşan Ermənistanın “Alaşkert”, eləcə də futbol ölkəsi olmayan Estoniyanın “Flora” (UEFA reytinqqində 50-ci), Cəbəllütariqin həvəskarlardan ibarət “Linkoln Red İmps” ( UEFA reytinqində 52-ci) kimi klubları KL qrupuna vəsiqə qazandıqları halda, 84 illik tarixə, sponsor gücünə, infrastruktura, bazaya sahib və dovlətin neft fondundan milyonlarla maliyyəsi olan "Neftçi" rüsvaycasına ofsaydda qaldı.

 

Abdulla İsmayıloğlu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Neftçi"nin yeni vitse-prezidenti optimistdir

    "Neftçi"nin yeni vitse-prezidenti ...

    6-09-2014, 13:37

  • 
  • "Neftçi" Azərbaycanın reytinqini yüksəltdi

    "Neftçi" Azərbaycanın reytinqini ...

    7-12-2012, 12:42

  • 
  • "Neftçi"nin baş məşqçisi dəyişdi

    "Neftçi"nin baş məşqçisi dəyişdi ...

    24-12-2015, 15:25

  • 
  • "Neftçi"nin köhnə "düşməni"nə UEFA-dan şok

    "Neftçi"nin köhnə "düşməni"nə ...

    7-07-2016, 18:36

  • 
  • "Neftçi"nin futbolçusu Sloveniya klubunda

    "Neftçi"nin futbolçusu Sloveniya ...

    8-02-2016, 22:11


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu