Gundemxeber.az » Ölkə » Cəmiyyət » Goranboyun sabiq polk komandiri Rasim Əkbərov bıçaqlandı
Keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. GundemXeber.Az Goranboyun Facebook səhifəsinə istinadən bildirir ki, R.Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov adlı gəncdir. O, polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Əkbərova 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilsə də, həbs olunandan sonra 2001-ci ildə bu addan və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilib. O, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası almışdı.
GundemXeber.Az
18-11-2016, 23:36
28-04-2017, 10:20
18-04-2017, 10:13
25-10-2015, 19:33
25-08-2013, 01:38
Sorğu
Yeni dizaynımız necədir?