GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » LAÇINDAKI BİRGƏ TƏLİMLƏ VERİLƏN MESAJ ÜNVANINA ÇATDI... - “Ermənistan qorxu içindədir, Rusiya narahatdır”

LAÇINDAKI BİRGƏ TƏLİMLƏ VERİLƏN MESAJ ÜNVANINA ÇATDI... - “Ermənistan qorxu içindədir, Rusiya narahatdır”

Tarix: 10-09-2021, 11:56 Bölmə :Cəmiyyət Baxış: 211


Sülhəddin Əkbər: "Ermənistanın ən müxtəlif təxribatlara əl atacağı gözləniləndir. Azərbaycan hər an hazırlıqlı olmalıdır"

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Laçında keçirilməsi gözlənildiyi kimi, Ermənistanı, qorxuya salıb. Ermənistan Xarici İşlər Nazirliyi Laçın rayonunda Azərbaycan və Türkiyə birgə təlimlərinin keçirilməsinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olmadığı və sülh və təhlükəsizliyə xələl gətirdiyini iddia edib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Laçındakı təlimlərlə bağlı Ermənistanın iddiasına cavab verib. “Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi, digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altıda saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır. Əgər Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir”, - deyə XİN-in bəyanatında deyilir.

Bir sıra siyasi analitiklərə görə, birgə hərbi təlimlərin müharibədən sonra ilk dəfə işğaldan azad bölgədə keçirilməsi Moskvanı da narahat edə bilərdi. Çünki Qarabağda özünün “üsul-idarəsini” qurduğunu zənn edən Rusiya Türkiyə kimi güclü ordunun Laçında keçirdiyi birgə təlimlərin alt yapısındakı mesajı oxumamış deyil. O səbəbdən Ermənistanın bəyanatında Moskvanın qarant ölkə olduğu 10 noyabr razılaşmasının şərtlərinin pozulduğu iddiası qabardılır. Ehtimal ki, Rusiya da diplomatik kanallarla bu təlimlərə etiraz etsin və ya İrəvanı qızışdırıcı addımlara sövq etsin. O səbəbdən Azərbaycan ehtiyatı əldə verməməli, Qarabağda təxribatlara hazır olmalıdır.


Sülhəddin Əkbər


Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirib ki, burada başlıca məsələ ikinci Qarabağ savaşında Azərbaycanın həm qlobal, həm regional geopolitik durumu düzgün dəyərləndirməsi, operativ-taktiki planda düzgün müttəfiq və tərəfdaşlar seçməsidir: “Məsələnin kökündə bu dayanır. Ermənistana burada böyük əhəmiyyət verilməməlidir, çünki bu, strateji məsələ olduğuna görə burada strateji oyunçunu-Rusiyanı nəzərə almaq lazımdır. Rusiya bu vəziyyətdən çox narahatdır. Çünki ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ortadadır və bu müharibədən sonrakı dövrdə də Azərbaycan özünün münasibətlər sistemini inkişaf etdirir. İkinci Qarabağ müharibəsinin geopolitik nəticələrindən biri də budur ki, Türkiyə legitim şəkildə regiona daxil oldu. Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Bütün bunlar Rusiyanı narahat etməyə bilməz. Ermənistan isə bütün bunlardan qorxuya düşüb. Ermənistan qorxu içindədir. Onları narahat edən və qoxudan əsas məsələ qeyd etdiyim münasibətlərin inkişafıdır. Birgə hərbi təlimlər isə təbii ki, bu münasibətlərin inkişafı çərçivəsində həyata keçirilir. Qarşıda hələ Ermənistanın qorxusunu daha da artıracaq ”Üç qardaş-2021"- Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri olacaq. Rusiya təbii ki, bundan da narahat olacaq. Çünki bu təlimdə də geopolitik mesaj var. Bu təlimin yerinin Azərbaycan ərazisi seçilməsi də təsadüfi deyil. Yəni 10 noyabr üçtərəfli razılaşması tam yerinə yetirilməzsə, Azərbaycan istənilən an həmin razılaşmadan çıxar və Laçın dəhlizini də bağlaya bilər. Bundan sonra ermənilər və dəstəkçiləri ortada qalan kiçik “kotyol”da nə edəcəklər?! Birgə təlimin Laçında keçirilməsi ilə bax bu mesaj verilir. Bu mesaj ilk növbədə Rusiyaya verilir ki, təxribatlar durdurulsun, Ermənistan 10 noyabr razılaşmasından irəli gələn addımları atsın".

S.Əkbərin sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin son gördüyü bu tədbir adekvat tədbirlərdən biridir, çox yerində, düzgün atılmış addım idi ki, “Rusiya ”sülhməramlıları"nın nəzarət zonasından Azərbaycan tərəfinə atılan atəş çox effektiv şəkildə susduruldu: “Rusiyanın narahatlığı, Ermənistanın qorxusu getdikcə artacaq. Narahatlıq və qorxu artdıqca, müxtəlif təxribat cəhdlərinə əl atılacağı da gözləniləndir. Mən əvvəllər də demişəm ki, bir müddət sonra Rusiya ilə həm bizim, həm də Türkiyənin münasibətləri gərginləşəcək və müəyyən bir nöqtədə kəskinləşəcək. Bunu gözləmək və buna hazırlıqlı olmaq lazımdır. Çünki bu, zaman məsələsidir.

Artıq Türkiyə Azərbaycanın beynəlxalq təhlükəsizlik təminatçısıdır. Rusiyanı narahat edən və narazı salan münasibətlərimizin bu səviyyəyə gəlib inkişaf etməsidir. İndi də Pakistan qeyd etdiyim prosesə cəlb olunur. Bu da Azərbaycanın beynəlxalq təhlükəsizlik təminatının gücləndirilməsi istiqamətində atılan növbəti addımdır. Rusiyanı bu da narahat edir.

Ermənistanın ən müxtəlif təxribatlara əl atacağı gözləniləndir. Azərbaycan hər an hazırlıqlı olmalıdır. Ümumiyyətlə, kəşfiyyat, təhlükəsizlik və müdafiə sahəsi elə bir sahədir ki, mümkün olan bütün variantlar qiymətləndirilir, ehtimallar sırasına görə düzülür və buna uyğun da hazırlıqlar görülür. Odur ki, Azərbaycanın hərbi müvafiq qurumlarının hazırlıqları ciddi şəkildə olmalıdır".

S. Əkbərin fikrincə, biz Rusiyaya göstərməliyik ki, onun Azərbaycana olan hər bir təzyiqi Azərbaycanı yolundan döndərmir, Azərbaycanı Rusiyaya tərəf gətirmir, Azərbaycan əvvəlki kimi baş əyib Rusiyanın dizinin dibində oturmur. Əksinə, hər bir təzyiq Azərbaycanı Rusiyadan uzaqlaşdırır və Azərbaycanı öz təbii müttəfiqləri ilə yaxınlaşdırır: “Rusiya bunu bir nöqtədə anlayacaq. Əgər rasional siyasət aparacaqsa, təzyiqləri durduracaq, irrasional siyasət aparacaqsa, Azərbaycana yönəlik daha sərt tədbirlərə əl ata bilər. Bunu da daha çox ermənilərin əli ilə həyata keçirməyə çalışa bilər və biz buna ciddi hazır olmalıyıq”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan XİN-dən Laçındakı təlimlərlə bağlı Ermənistana CAVAB

    Azərbaycan XİN-dən Laçındakı təlimlərlə bağlı ...

    8-09-2021, 15:46

  • 
  • Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər keçirəcək

    Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər ...

    27-07-2020, 19:17

  • 
  • ABŞ Dövlət Departamenti: ABŞ genişmiqyaslı təlimlərlə bağlı şəffaflığın olmaması barədə narahatlığını Azərbaycanla bölüşüb

    ABŞ Dövlət Departamenti: ABŞ genişmiqyaslı ...

    24-06-2020, 16:47

  • 
  • Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər

    Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin ...

    7-08-2020, 17:17

  • 
  • Türkiyənin regiondakı hadisələrə qarışmasını istəmirik – Ermənistan XİN

    Türkiyənin regiondakı hadisələrə qarışmasını ...

    12-02-2021, 12:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (362)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu