“Ermənistan heç bir şəkildə Türkiyənin bölgədəki “dağıdıcı” müdaxiləsi ilə bağlı mövqeyini dəyişdirməyib”.
Gundemxeber.az xəbər verir ki, bu sözləri Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan deyib.
Onun sözlərinə görə, sərhədyanı ərazilərdə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirilməsi Ermənistanı narahat edir.
Qeyd edək ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Qarabağda status-kvo güc yolu ilə dəyişdiriləndən sonra Türkiyənin Ermənistan ilə sərhədləri bağlı saxlaması üçün başqa bir səbəbin olmadığını bildirmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?