Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rüşvətə görə tutulan vəzifəli şəxsin məhkəməsi başlayır
Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Urufulla Qocayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
“Report” xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Qocayev Urufulla Yadulla oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olan vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu cinayət başında yaxalanaraq barəsində Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən U. Qocayevin kəndin ərazisində yerləşən 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29 il müddətinə icarəyə verilməsi, 0,12 hektar torpaq sahəsinin satılmasının təmin edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsinə ümumi himayədarlıq göstərilməsinə görə 12 min manat məbləğində pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan mötəbər sübutlar əsasında U.Qocayev 2021-ci ilin iyun ayının 3-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə şübhəli şəxs qismində tutulub.
Gundemxeber.az
7-06-2021, 17:13
11-09-2018, 13:48
9-09-2020, 12:02
12-12-2018, 12:35
7-12-2018, 22:53
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?