Həyat yoldaşını qisqanclıq zəminində qətlə yetirən Elvin Qəhrəmanlının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İradə Həsənzadənin icraatındadır. Məhkəmənin hazırlıq iclası sentyabrın 20-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 22-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb. Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir. Hadisədən sonra 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən E.Qəhrəmanlı həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?