Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fəzail Ağamalının qızının bağçasında uşağı döyüblər: Saatlarla tualetdə oturdub qorxudublar
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçasında 7 yaşlı daun sindromlu uşağın döyülməsi ilə bağlı polisə şikayət daxil olub.
Əldə etdiyimiz məlumata görə, Bakı şəhər sakini A.K Nərimanov RPİ 16-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, bu ilin iyun ayından sentyabrın 14-dək olan müddətdə 2014-cü il təvəllüdlü qızı təhsil aldığı “Buta” bağçasının müəllimləri tərəfindən döyülüb.
Gundemxeber.az xəbər verir ki, “Qafqazinfo” həmin bağçanın sahibi Günay Ağamalı ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, həmin valideyn uşağını son 3 ay ərzində bağçaya göndərsə də, sonra ödənişləri geri istəyib: “Üç ay üçün aylıq 270 manat ödəniş edib, loqoped müəllimə isə 200 manat vermişdi. Son günlər isə bağçada uşağına yaxşı baxılmadığını deyərək həmin pulu geri istəyir. Əgər bu aylar ərzində uşağı bağçaya qoyub narazı idisə, nəyə görə övladını dərsə gətirməyə davam edirdi? Həmin valideyn bizi təhdid etdiyi üçün mən polisə müraciət etdim. Bizim müraciətimiz əsasında polis həmin qadını izahat almaq üçün dəvət edəndə o, bizimlə bağlı şikayət yazıb. Əgər onun övladı döyülmüşdüsə, bundan öncə niyə polisə müraciət etməyib? O xanımın məqsədi bizim bağçanın nüfuzuna xələl gətirmək və ödədiyi pulu geri almaqdır”.
G.Ağamalının sözlərinə görə, xanımın iddiası ilə bağlı araşdırma aparıb: “Həmin uşaq daun sindromludur və xüsusi qayğıya ehtiyacı olan kateqoriyaya aiddir. Buna görə də o uşağa xüsusi qayğı göstərilib və döyülmə barədə hər hansı söhbət gedə bilməz”.
“Buta” bağçasının sahibi Günay Ağamalı valideynin narazılığı ilə bağlı onunla yazışmalarını da redaksiyaya təqdim edib.
Yazışmalardan görünür ki, 7 yaşlı qızın valideyni A.K bildirib ki, bağçada uşağı cırmaqlayıblar: “Nəzarətsizlikdən yıxılıb, üstünə qışqırıblar. Saatlarla tualetdə oturdub qorxudublar. Müəllimləri sınaq müddəti adı ilə işə götürüb hər 15 gündən bir çıxarırsınız. Ona görə də nəticə belə olur. Cədvəldə yemək saatı 17:45 göstərsə də, qızım saat 5-də evə göndərilir.
Siz yəqin vəzifədə olan kiməsə güvənib belə rahat danışırsız. Amma mən deyirəm ki, bu ölkənin qayda-qanunları var”.
Tərəflərin müraciətləri ilə bağlı polis bölməsində araşdırmalara başlanılıb.
Qeyd edək ki, G.Ağamalı eyni zamanda Fəzail Ağamalının müşaviridir.
GUNDEMXEBER.AZ
8-09-2014, 12:07
13-02-2020, 18:35
3-09-2017, 09:32
6-06-2018, 20:21
5-09-2019, 14:14
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?