Finlandiya hökuməti peyvənd olunmamış əcnəbilərin ölkəyə daxil olması ilə bağlı koronavirus məhdudiyyətlərinin vaxtının uzadılması ilə əlaqədar qərarını açıqlayıb.
Xarici KİV xəbər verir ki, peyvənd olunmamış əcnəbilər ən azından bu ilin sonuna qədər mənfi koronavirus testlərini təqdim etmədən Finlandiyaya daxil ola bilməyəcəklər.
Finlandiyanın sosial işlər naziri Krista Kiuru, bu cür tədbirlərin Avropa İttifaqının digər ölkələrindəki məhdudiyyətlərə bənzədiyini bildirib.
Nazirin sözlərinə görə, məhdudiyyətlərə baxmayaraq, təxminən 300 milyon tam peyvənd olunmuş Avropa İttifaqı vətəndaşı yenidən maneəsiz olaraq Finlandiyaya daxil ola bilər.
Öz növbəsində, peyvənd edilməmiş sərnişinlər ən azı ilin sonuna qədər Finlandiyaya daxil olmaq üçün mənfi koronavirus testləri təqdim etməlidirlər. Tam peyvənd edilmiş sərnişinlərin bu testlərə ehtiyacı yoxdur.
Hökumət bildirib ki, mövcud sərhəd nəzarəti Finlandiya əhalisinin ən azı 80 faizi tam peyvənd olunana qədər davam edəcək.
Sorğu
Yeni dizaynımız necədir?