GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həbs edilən nazir işçilərin dərman pulunu fermasına xərcləyib - YENİLƏNİB

Həbs edilən nazir işçilərin dərman pulunu fermasına xərcləyib - YENİLƏNİB

Tarix: 24-09-2021, 14:55 Bölmə :Cəmiyyət Baxış: 331

Naxçıvanın hazırda həbsdə olan daxili işlər naziri Əhməd Əhmədov 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.

Ə.Əhmədov həmin illərdə nazirliyin işçilərinə maddi yardım verilməsi məqsədilə ayrılmış puldan 265 883 manat vəsaiti əməkdaşlara verməyərək özü mənimsəyib. Xüsusi xərclər üçün ayrılmış 211 330 manatın cəmi 18 120 manatını xərcləyib, qalan vəsaiti isə mənimsəyib.
İşçilərin həvəsləndirilməsi üçün ayrılmış 1 milyon 535 min 483 manatdan əməkdaşlara 50-150 manat arası ödəniş edib, bəzi qurumların işçilərinə ümumiyyətlə mükafat verməyib. 1 milyon manat külli miqdarda vəsaiti mənimsəyib.
Xaricə ezam olunduğu sənədlərdə göstərilmiş əməkdaşlar xaricə ezamiyyətə getməyib, bunun üçün ayrılmış 186 970 manatı Əhməd Əhmədov özünə götürüb. Dəftərxana və təsərrüfat mallarının alınması məqsədilə ayrılmış 65 000 manat vəsait “TEMA” şirkətinə köçürülüb. Şirkətindən hər ay 380 manat olmaqla, cəmi 11 400 manat dəyərində dəftərxana və təsərrüfat malları alınıb, qalan 53 600 manat vəsaiti mənimsənilib.
Əməkdaşlar üçün dərman preparatlarının alınmasına ayrılan 29 000 manata heyvan dərmanları alınıb və Əhməd Əhmədova məxsus fermaya göndərilib.
Yanacaq-sürtkü materiallarının alınması məqsədilə 1 milyon 175 min 385 manat 10 qəpik pulun 760 725 manat 10 qəpiyinə yanacaq alınıb, qalan pulun 228.000 manatı nağdlaşdırılaraq mənimsənilib, 186 660 manatlıq yanacaq-sürtkü materialları isə Ə.Əhmədovun şəxsi işlərinə sərf olunub.
DİN-dəşəxsi heyətin geyim formalarının alınması məqsədilə 2 milyon 454 min 893 manat vəsaitdən 836 738 manatlıq inventar alınaraq işçilərə paylanılıb, qalan 1 milyon 618 min 155 manat mənimsənilib.
Yol boyası və qatqı maddələrinin alınması üçün 1 milyon 250 min 427  manat “TEMA” şirkətinə köçürülüb. Həmin vəsaitdən Naxçıvan MR Nazirlər Kabinetinin 2015-ci il 18 iyun tarixli sərəncamına əsasən Türkiyə Respublikasından 146 250 manat dəyərində 10 ədəd motosiklet, dəbilqə və siqnal sistemi alınıb.
Qalan 1 milyon 104 min 177 manat, həmçinin avadanlıq alınması üçün ayrılan 47 585 manat heç bir sənədləşmə aparılmadan məxaricə silinərək, cəmi 1 milyon 151 min 762 manat mənimsənilib.
Qeyd edək ki, sabiq nazir Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
***
09:51
11 il müddətinə azadlıqdan məhrum edilən Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi ilə bağlı bəzi detallar məlum olub.
"Qafqazinfo" xəbər verir ki, sabiq nazir Ə.Əhmədovun həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib.
Belə ki, onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün faktiki olaraq həbs edilməyib. O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılaraq həbs edilib. Əhməd Əhmədov Şərur rayonunun Tumaslı kəndində anadan olub, lakin vəzifədən çıxarıldıqdan sonra Bakıya köçərək Sabunçu rayonunda yaşamağa başlayıb.
Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədovun “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. Hökmün icrası üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.
Qeyd edək ki, Ə.Əhmədov 2000-2017-ci illərdə Naxçıvanda daxili işlər naziri olub.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramil Usubovdan 40 milyonluq hesabat

    Ramil Usubovdan 40 milyonluq hesabat ...

    17-02-2014, 14:49

  • 
  • Vergilər Nazirliyinin "gözəgörünməz" xərcləri

    Vergilər Nazirliyinin "gözəgörünməz" ...

    8-04-2016, 01:01

  • 
  • Vüqar Səfərli apelyasiya şikayəti verməkdən imtina etdi

    Vüqar Səfərli apelyasiya şikayəti verməkdən ...

    19-01-2021, 14:45

  • 
  • 22 milyon 396 min 316 manata tikilən jurnalistlərin evi

    22 milyon 396 min 316 manata tikilən ...

    1-02-2014, 23:35

  • 
  • Sumqayıt İcra Hakimiyyətinin «uşaq bağçası» əməliyyatı - ÖZƏL

    Sumqayıt İcra Hakimiyyətinin «uşaq bağçası» ...

    29-02-2016, 22:50


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu