“İran səfirliyi qarşısında törədilmiş tərbiyəsizlik İranın dövlət atributlarına hörmətsizlikdən başqa, ilk növbədə, Azərbaycan dövlətinə qarşı düşmənçilikdir”
Bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov öz “Facebook” hesabında yazıb. “Birincisi, heç bir, o cümlədən qonşu dövlətin rəmzlərinə qarşı, bizə düşmən münasibətinə baxmayaraq, hörmətsizlik etmək olmaz. Bu, o hərəkəti edənlərin mədəniyyət göstəricisidir. İkincisi, bu addımı atanlar fars hakimiyyətinə İranda yaşayan azərbaycanlılar arasında bizə qarşı düşmən münasibətinin təbliğ etməsinə fürsət verir. Bu isə yolverilməzdir. Həmin hərəkətin təxribat olması ehtimalını da yüksək sayıram. Ona görə də hesab edirəm ki, müvafiq strukturlar hadisəni hərtərəfli araşdırmalı, bu addımı atanları və onları buna sövq edənləri qısa müddətdə müəyyən edib cəzalandırmalıdır. Bu günə qədər qonşu dövlətlərarası münasibətləri lağ-lağıya çevirmək heç kimə uğur gətirməyib”, – deyə Aslan İsmayılov fikirlərini tamamlayıb. Xatırladaq ki, ötən gecə naməlum şəxslər Bakıda İran səfirliyinin binasının önünə İran bayrağı rəngində 3 ədəd aftafa qoyublar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?