Gundemxeber.az » Ölkə » Cəmiyyət » DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan açıqlama gəldi
Dünən Göyçay şəhəri, M. Hüseynzadə küçəsi, bina-29, mənzil-14 ünvanında yaşayan Musayev Rauf Rafayıl oğlunun və digər zərərçəkmiş şəxslərin, o cümlədən Musayev Rafayıl Abdul oğlunun, Cəbrayılova Gülşən Zeynəddin qızının, Cəbrayılova Şəhla Zeynəddin qızının, Musayeva Gülnar Rəfayıl qızının, Musayeva Kəmalə Kamal qızının, Məmmədova Ülviyyə Kamal qızının, Daşdəmirov Mürsəl Cavid oğlunun, Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis general-polkovniki cənab Vilayət Eyvazova yazmış olduqları şikayət ərizəsinin GundemXeber.Az saytında “Zərərçəkənlər polislərin ört-basdır etdikləri dələduzluq əməlləri ilə bağlı Vilayət Eyvazova şikayət etdilər - ŞOK GƏLİŞMƏ” (https://gundemxeber.az/gundemxeber/68266-zerercekenler-polislerin-ort-basdir-etdikleri-deleduzluq-emelleri-ile-bagli-vilayet-eyvazova-sikayet-etdiler-sok-gelsme.html) başlıqlı yazının dərc olunmasından sonra, bu gün DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan açıqlama gəldi.
Redaksiyamıza daxil olan açıqlamada bildirilir ki, bir qrup Göyçay rayon sakininin onlara qarşı dələduzluq edən şəxs barədə polisə olunan müraciətlərinin araşdırılmaması ilə bağlı iddiaları həqiqəti əks etdirmir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, həmin şəxslər Rəvanə Kərimovanın onların etibarından sui-istifadə edərək, biznes qurmaq adı ilə xeyli məbləğdə pullarını ələ keçirdiyini bildirib və barəsində qanuni tədbir görülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Nizami Rayon Polis İdarəsində aparılan ilkin araşdırmanın nəticəsində məsələnin mülki xarakterli olduğu aydınlaşıb və zərərçəkmişlərin məhkəməyə müraciət etmələri bildirilib.
Sentyabrın 20-də isə Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rafael Musayev Rəvanə Kərimovanın qardaşı Əbülfəz Həbibbəylinin onun oğlu Rauf Musayevdən 70 min manat pul tələb etdiyini, əks təqdirdə onu öldürəcəyi ilə hədələdiyini bildirib. Buna səbəb kimi isə Rəvanə Kərimova barəsində polisə etdiyi şikayəti əsas gətirib.
Hazırda daxil olmuş müraciət əsasında Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
GundemXeber.Az
6-10-2021, 19:07
28-06-2019, 11:17
3-04-2018, 13:42
26-04-2021, 14:25
25-12-2013, 13:45
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?