Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, N.Zeynalov barəsində həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Gündəmxəbər.az
1-02-2021, 11:17
9-03-2016, 17:31
20-08-2020, 13:59
4-02-2021, 15:45
29-06-2016, 16:09
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?