GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 7 min tələbə təhsil haqqına görə təhsilini yarımçıq qoyub - NƏ BAŞ VERİR?

7 min tələbə təhsil haqqına görə təhsilini yarımçıq qoyub - NƏ BAŞ VERİR?

Tarix: 14-10-2021, 15:53 Bölmə :Cəmiyyət Baxış: 282



Azərbaycanda tədris ilinin başlaması ilə bir çox məsələlər yenidən gündəmə gəlib. Onlardan biri də təhsil haqqıdır. ADA Universitetində yerli tələbələr üçün təhsil haqqı 6000-6500 arasında dəyişir. Universitet bəzi tələbələrə ödənişsiz əsaslarla təhsil almaq hüququ da verir, amma bu tələbələr universitetə “tələbə xərci” kimi illik 750 manat ödəniş etməlidirlər.

Xarici ölkə vətəndaşları üçün isə bütün fakültələr üzrə təhsil haqqı 8500 manatdır. Xəzər Universitetində ödənişli təhsil 4000-5000 AZN-ə başa gəlir. Bakı Dövlət Universitetində ən bahalı ixtisas hüquqşünaslıqdır - 4500 manat. Digər ixtisaslarda qiymətlər 2500-2900 AZN civarındadır. Bakı Ali Neft Məktəbində təhsil almaq istəyənlər informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə illik 4500 manat ödəməlidirlər.

Azərbaycan Universitetində illik təhsil haqqı maksimum 3000 AZN, minimum 2000-2500 AZN-dir. Azərbaycan Turizm və Menecment Universitetində ödənişli təhsil 2400-3000 AZN, Bakı Mühəndislik Universitetində 2700-2900 AZN-ə başa gəlir.

Görəsən, Azərbaycanda ali təhsil üçün ödənişlər verilən təhsilə uyğundurmu?

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat” a açıqlamasında statistik göstəricilərə diqqət çəkdi: “2021-ci ildə ali təhsil müəssisələrinə 50 minə qədər plan yeri ayrıldı. Qəbul planı 2020-ci illə müqayisədə 5,37 faiz artırıldı. Bunlardan 138 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (64 yer ADA Universitetinə SAT balına əsasən qəbul olunanlar) tərəfindən tutulub. Qalan yerlərdən 31554-ü Azərbaycan bölməsi, 3783-ü rus bölməsi, 9684-ü isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulmuşdu”.

Ekspertin sözlərinə görə, qəbul planındakı 38429 yer dövlət, 6730 yer isə özəl ali təhsil müəssisələrinin payına düşürdü. 11871 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulmuşdu: “Bunlardan 66 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub. Bu il ali təhsil müəssisələrinə qəbul planı 2020-ci illə müqayisədə daha çox idi. Ümumilikdə, 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişli plan yerlərinin sayı kəskin artırıldı. 50 min plan yerindən 22 min yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43% artım deməkdir”.

K.Əsədov bildirdi ki, 2021-cu ildə ali təhsil müəssisəsində bəzi universitetlərdə təhsil haqları kifayət qədər yüksəkdir. Yerli universitetlərdə ən bahalı ixtisaslar hüquqşünaslıq, beynəlxalq münasibətlər, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s. tibb sahəsi üzrə müalicə işi və əczaçılıq ixtisaslarıdır. O hesab edir ki, tələbələrdən təhsil haqqını birdəfəlik ödəməyi tələb etmək düzgün deyildi: “Ödəniş hissə-hissə olmalı idi. Çünki valideynlərin vəziyyətini nəzərə almaq lazımdır. Təcrübə göstərir ki, tələbələr imtahanlara buraxılmırlar və universitetdən xaric olunurlar. Azərbaycanda təhsil haqlarının ödənilməsi dünya təcrübəsindən fərqlidir. Dünyada tələbələr təhsil haqqını birinci kursdan sonuncu kursa qədər hissələrlə ödəmək imkanına malikdir. Son 5 il ərzində ölkəmizdə 7000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub”.

K.Əsədov qeyd etdi ki, 1992-2020-ci illər ərzində ali məktəblərdən 40 minə yaxın tələbə xaric edilib. Onun sözlərinə görə, ödənişli əsaslarla oxuyan tələbə hər hansı səbəbdən təhsil haqqını ödəyə bilmədikdə müxtəlif variantlardan yararlana bilir: Kimi hər hansı imkanlı şəxslərin hesabına oxuyur, kimi də çalışdığı şirkətin vasitəçiliyi ilə bu problemi həll edir. Təhsil haqlarına baxanda deyə bilərəm ki, Azərbaycanın bəzi universitetlərinin bir illik təhsil haqqı ilə qonşu Türkiyədə bir il ərzində bir tələbənin yaşayış xərclərini də qarşılamaq mümkündür. Üstəlik, orada təhsilin keyfiyyəti, tanınma daha yüksəkdir. Tələbə yataqxanası var və qiyməti 50-150 manatdır. Burada isə ən pis evdə kirayə haqqı 300 manatdır. Yemək məsələsi də orada daha ucuzdur, tələbələr universitet yeməkxanalarında daha ucuz nahar edə bilirlər".

Ekspertə görə, ali məktəblər keyfiyyətli təhsilə görə pul qazanmağı bacarmalıdırlar: “Bu pul da tələbəyə bu və ya digər formada keyfiyyətli təhsil kimi qaytarılmalıdır. Belə bir mexanizm olmalı və işləməlidir. Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Məsələn, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür, bu zaman ortaya az məbləğ çıxır. Amma xalq çalğı alətləri, solo oxuma, dirijorluq və digər ixtisaslar üzrə plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu, əlbəttə, təklif olunan qiymətlərdir. Bunun qarşılığında universitetlər aldıqları təhsil haqqına uyğun keyfiyyətli kadr hazırlaya bilmirlər. Hazırladıqları kadrlar əmək bazarının tələblərinə cavab vermir. Çox az sayda universitetimiz əmək bazarının, çağdaş tələblərin səsinə səs verərək yeni ixtisasların tədrisinə şərait yaradır. ADA Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC, son illərdə də ATU bu prinsiplərə əməl edir və əmək bazarının tələblərini diqqətə alır”.



Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan universitetlərində ən bahalı ixtisaslar - SİYAHI

    Azərbaycan universitetlərində ən bahalı ...

    31-08-2018, 11:53

  • 
  • Dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı? - Siyahı

    Dövlət universitetlərinin təhsil haqlarında artım ...

    21-07-2017, 16:43

  • 
  • Ən bahalı və ən ucuz ixtisaslar — SİYAHI

    Ən bahalı və ən ucuz ixtisaslar — SİYAHI ...

    24-07-2017, 22:21

  • 
  • Tibb Universitetində həyəcan - Təhsil haqqı 4000-4500 manata qaldırılıb

    Tibb Universitetində həyəcan - Təhsil haqqı ...

    13-08-2018, 15:42

  • 
  • Ölkənin ən pullu  məktəbləri bunlardır

    Ölkənin ən pullu məktəbləri bunlardır ...

    26-11-2013, 22:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (287)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu