GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "MÖVLAM ŞIXƏLİYEV ÖZÜNÜ ARXAYIN APARIR, KİMƏSƏ ÇOX ARXAYINDIR" - TƏFƏRRÜAT

"MÖVLAM ŞIXƏLİYEV ÖZÜNÜ ARXAYIN APARIR, KİMƏSƏ ÇOX ARXAYINDIR" - TƏFƏRRÜAT

Tarix: 15-10-2021, 12:57 Bölmə :Cəmiyyət Baxış: 300

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş və hazırda törətdiyi əməllərə görə məhkəmədə mühakimə olunan general-mayor Mövlam Şıxəliyevin istintaqa verdiyi ifadəsi məlum olub.


Tezadlar.az zərərçəkən Hüseyn Səfərova istinadla bildiri ki, Mövlam Şıxəliyev kimə arxayındırsa, ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir, ayrı-ayrı epizodlar üzrə danışarkən zərərçəkənlərin heç birini şəxsən tanımadığını, onlardan pul almadığını, yaxud pul almaq üçün öz işçilərinə göstəriş vermədiyini deyir. Məsələn, o, “Texnikabank”da iri məbləğdə depozitim olan iş adamı Hüseyn Səfərovun MTN-ə aparılaraq ondan 2 milyon dollar alınması epizodu üzrə danışarkən belə deyib: “2015-ci ilin sentyabrında “Texnikabank”ın filial müdiri Zal Yusifov tərəfindən aldadılaraq 50 min manatı alınan bir nəfər şəxsin barəsində Baş Prokurorluqdan ərizə daxil olmuşdu. Həmin ərizə ilə bağlı cinayət işi başlanıldı. Hüseyn Səfərov da həmin iş üzrə dindirilmək üçün istintaq baş idarəsinə dəvət edildi. Hüseyn Səfərovu həmin vaxt görmüşəm. Müstəntiq Vüsal Ələkbərova idarə rəisi kimi göstəriş verdim ki, istintaqı obyektiv aparsın. Hüseyn Səfərovla mənim heç bir münasibətim və əlaqəm olmayıb. Bir neçə dəfə bayramlarda zəng edib, məni təbrik edib. Bu danışıqlar zamanı hər hansı bir problemlə, o cümlədən pulla bağlı mənimlə söhbət etməyib. Müstəntiq Vüsal Ələkbərova Hüseyn Səfərovdan hər hansı bir məbləğdə pul istəməsi ilə bağlı göstəriş verməmişəm. Müstəntiqlə Hüseyn Səfərov arasında gedən söhbətlərdən xəbərim olmayıb. Vüsal Ələkbərov qanunun tələblərinə görə, sərbəst müstəqil şəxs olub, qəbul etdiyi qərarla görə özü məsuliyyət daşıyır”.

Qeyd edək ki, “MTN işi” üzrə bundan əvvəli məhkəmə proseslərində Hüseyn Səfərov Şıxəliyevin idarəsinə necə aparıldığı, təhdid edildiyi, ondan 2 milyon dolların necə alındığı barədə bütün təfərrüatlar açıqlamışdı.

M.Şıxəliyev digər zərərçəkən, iş adamı Mehrac Qurbanovdan da pul alınmasında rolu olduğunu inkar edib: “Müavinim Təhsin Ağayevlə Mehrac Qurbanov barəsində söhbətimiz olmayıb”.

General digər zərərçəkən, iş adamı Elşən Mədətovu tanımadığını, sonuncunun onun əleyhinə verdiyi ifadələrin əsassız olduğunu söyləyib: “Belə bir adam tanımıram. Vüsal Ələkbərovla Elşən Mədətov barədə heç bir söhbətim olmayıb. O, ümumilikdə 250 min dolları MTN-in komendaturasından keçirə bilməzdi. Heç vaxt istintaqa müdaxilə etməmişəm. İstintaqa müdaxilə etmək vəzifəmə aid olmayıb. Rəis kimi vəzifəm yalnız təşkilatı tədbirləri həyata keçirmək olub. Elşən Mədətovla Vüsal Ələkbərovun arasında olan söhbətdən də xəbərim yoxdur”.

Ümumiyyətlə, M.Şıxəliyevin istintaqa verdiyi ifadə bütünlüklə faktların inkar edilməsi üzərində qurulub. Ötən məhkəmədə isə Şıxəliyev istintaqı ələ salmışdı və barəsindəki cinayət işini “bədii əsər” adlandırmışdı.

«Məlum oldu ki, hakim Elbəy Allahverdiyev vaxtilə MTN-də Mövlam Şıxəliyevin işçisi olub…»

«Məhkəməyə sədrlik edən hakim Elbəy Allahverdiyevin cinayətkar, müttəhim Mövlam Şıxəliyevə «Mövlam müəllim…» deməsi zərərçəkənləri şoka saldı, hamı ayağa qalxıb sərt etiraz etdi və…»

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə materiallar artıq məhkəmə baxışındadır və dünən növbəti məhkəmə prosesi baş tutub. Bu dəfə məhkəməyə sədrlik edən hakim Elbəy Allahverdiyev olub. Məhkəmə prosesində jurnalistlərin iştirakına qadağa qoyulduğundan (?) prosesi jurnalist olaraq izləyə bilmədim. Lakin məhkəmə prosesi başa çatandan sonra zərərçəkən Hüseyn Səfərovdan (Mövlam Şıxəliyev hədə-qorxu ilə ondan 2 milyon manat alıb) ekslüziv müsahibə aldıq:

-Hüseyn müəllim, bu dəfə məhkəmə prosesində nə baş verdi? MTN-nin «qoçu»ları ziyanı ödəmək fikrindədirmi?

- Mən məhkəmədə də dedim, nəhayət, cənab Prezidentin Paşinyanın və Ermənistanın başında çatlayan dəmir yumruğu bu korrupsionerlərin başında çatladı. Onlar bəlkə də o vaxt yatsalar yuxularına da girməzdi ki, bir gün o haqsızlıq onları dəmir «reşotka» arxasına salacaq… Ən dəhşətlisi budur ki, məhkəmə prosesindəcə məlum oldu ki, prosesə sədrlik edən hakim Elbəy Allahverdiyev vaxtilə MTN-də Mövlam Şıxəliyevin tabeliyində işləyib, işçisi olub… Ona görə də dünən prosesin gedişində nəyəin şahidi olsaq yaxşıdır?! Məhkəməyə sədrlik edən hakim Elbəy Allahverdiyev cinayətkar, müttəhim Mövlam Şıxəliyevə «Mövlam müəllim…» deyə müraciət etdi. Yaxşı, belə bir hakim Mövlam Şıxəliyevə qarşı hansı ədalətli, obyektiv hökm çıxara bilər??? «Məhkəmə və hakimlər haqqında» Qanunda yazılıb ki, hakim qərarını özünün daxili inamı əsasında çıxarır. Hakim Elbəy Allahverdiyevin daxili inamı deməyəcək ki, vaxtilə rəhbəri olmuş bir adama 15 il azadlıqdan məhrumetmə cəzasını necə verirsən???

-Bilirsiniz ki, ortada 32 zərərçəkmişlər var. Müttəhimlər onların ziyanını ödəməyə razıdırmı?

-Məsələ ondadır ki, hakim Elbəy Allahverdiyev vaxtilə M.Şıxəliyevin tabeliyində işləməsini əməli ilə sübut etdi. O, 4 müttəhimin hamısına həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar verdi. Biz vəsatət verdik ki, əksinə, onların hamısı həbs edilməlidir… Dedik, onlar çöldə olanda rahatlaşırlar, ziyanı ödəmək barədə düşünmürlər. Müttəhim Sahib Ələkbərov isə görün nə dedi: «Möhtərəm hakim, bizim hamımızın dövlətimiz qarşısında müstəsna xidmətimiz var, xahiş edirik həbs qərarı olmasın…». Mən bunu eşidəndə dərhal ayağa durub dedim: «Möhtərəm hakim, görürsünüz, onlar sahibkarlara divan tutub soymağı dövlətə xidmət kimi başa düşürlər. Deməli, onlar ömürlük həbs edilməlidirlər, çünki belə düşüncə ilə dövləti gözdən salıblar, dövlətə, cənab Prezidentin siyasətinə zərbə vurublar… Dedim, siz dövlətə xəyanət etmisiniz. Və əlimi yuxarı, onların başı üzərinə qaldırıb qışqıraraq dedim, baxın, cənab Prezidentin dəmir yumruğu sizlərin başında belə çatladı…». Hakim də məcbur olub Sahib Ələkbərova dedi ki, görürsünüz, siz elə deyirsiniz, onlar da qızışırlar… Yəni, sakit olun…

Bir daha deyirəm, hakim Elbəy Allahverdiyev Mövlam Şıxəliyev MTN-də Baş İstintaq İdarəsinin rəisi olanda o, Mövlamın tabeliyində işləyib, işçisi olub. Belə bir hakim bu gün Mövlam Şıxəliyevin məhkəməsinə necə sədrlik və hakimlik edə bilər??? Biz zərərçəkənlər cənab Prezidentə müraciət hazırlayırıq ki, hakim Elbəy Allahverdiyevi bu prosesdən kənarlaşdırsınlar…

***

Xatırladırıq ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə materiallar artıq məhkəmə baxışındadır. Ortada çoxsaylı zərəçəkmiş sahibkarlar var. MTN-nin yüksək rütbəli şəxsləri sözün əsl mənasında sahibkarlara qənim kəsiliblərmiş. Onlar (32 nəfər) aşağıdakılardır: Səfərov Hüseyn Nəriman oğlu, Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı.

İttiham AKT-ına görə, təqsirləndirilən keçmiş MTN-nin bu yüksək rütbəliləri sahibkarları qorxudub-həbs edib, hədə-qorxu gələrək pul tələb edib, külli miqdarda rüşvət alıblar. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində qətimkan tədbiri seçilib.

***

Bəli, hakimin bu günkü dindirmə taktikasından da görünür ki, Mövlam Şızəliyev nəsə çox arxayın danışır, törətdiyi əməlləri danır... 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: `O, burada şifrəli danışır...`

    'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: O, ...

    10-02-2017, 11:49

  • 
  • “TORBATİKƏN GENERAL”dan  JURNALİSTƏ zəng

    “TORBATİKƏN GENERAL”dan JURNALİSTƏ zəng ...

    15-01-2017, 18:57

  • 
  • Eldar Mahmudovla Mövlam Şıxəliyev barəsindəki qərardadı “gedər-gəlməz”ə yollayıblar - MTN işi

    Eldar Mahmudovla Mövlam Şıxəliyev barəsindəki ...

    7-09-2017, 16:23

  • 
  • MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisinin həbsini oğlu təstiqlədi

    MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisinin ...

    5-04-2021, 22:45

  • 
  • NAXÇIVANLI İŞ ADAMININ ZİNDANDAKI QARA GÜNLƏRİ – General Şıxəliyevin “maskalıları”

    NAXÇIVANLI İŞ ADAMININ ZİNDANDAKI QARA GÜNLƏRİ – ...

    18-01-2017, 00:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (294)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu